Dünya
Neft emalı zavodunda PARTLAYIŞ - Ölənlər var
Çinin şimal-şərqində zavodda baş vermiş partlayış nəticəsində 3 nəfər həlak olub. Hadisə nəticəsində xəsarət alanların da olduğu bildirlir. Lakin onların sayı barədə dəqiq məlumat verilməyib.
Baş nazir: "Tramp dənizdən şikayət edən dənizçi kimidir"
ABŞ prezidenti Donald Tramp kütləvi informasiya vasitələrini tənqid etməklə çox vaxt itirir. Belə bir bəyanatla Avstraliyanın baş naziri Malkolm Törnbull çıxış edib.
Pakistanda 36 terrorçu məhv edilib
Fevralın 16-da Pakistanın Sind əyalətinin Sexvan Şərif şəhərində törədilən terror aktından sonra hökumət qüvvələri Kəraçi şəhərində 11, Sinda Kator yaşayış məntəqəsində 7 terrorçunu məhv edib.
Ukraynada qanlı döyüşlər: 3 ölü, 10 yaralı
Son 24 saat ərzində üç Ukrayna hərbçisi separatçılar tərəfindən öldürülüb. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib. "Son 24 saat ərzində 3 qəhrəman hərbçimiz həlak olub, 10 hərbçimiz isə yaralanıb", - deyə qeyd edib.
Qoyunun cəmdəyindən silah çıxdı
4 nəfər məktəbli qıza təcavüz etdi
Türkiyədə daha bir təcavüz hadisəsi qeydə alınıb. İzmirdə 4 məktəbli əqli qüsurlu sinif yoldaşları M.B.-yə təcavüz edib. Qız başına gələnləri valideynlərinə danışıb. Onlar polisə müraciət ediblər. 4 nəfər saxlanılıb.
Türkiyədə məktəblər bağlanıb
Türkiyənin 8 əyalətində qarlı hava şəraiti ilə əlaqədar məktəblər bir günlüyə bağlanıb. Buna səbəb kimi şagirdlərin məktəblərə daşınmasında yollarda problemlərin olduğu göstərilib.
ABŞ dövlət katibinə otellərdə yer tapılmadı
ABŞ-ın dövlət katibi Reks Tillersona Almaniyanın Bonn şəhərindəki otellərdə yer tapılmayıb. R.Tillerson görüşdə iştirakını təsdiq edəndə şəhərin otellərindəki bütün nömrələr bronlaşdırılıb. Dövlət katibi şəhərdən 30 dəqiqə aralıdakı kənddə, sanatoriyada qalmağa məcbur olub. Bu, R.Tillersonun dövlət başçısı qismində ilk xarici səfəri olub.
Evlilik proqramı Türkiyənin Milli Məclisində müzakirə olundu
Çoxsaylı tənqidlərə məruz qalan evlilik proqramları Türkiyənin Milli Məclisində (TBMM) müzakirəyə çıxarılıb. MHP partiyasının bu verilişlərlə bağlı araşdırılma aparılması təklifi AKP-li millət vəkillərinin səs çoxluğu ilə rədd edilib. MHP rəhbərinin müvəkkili Erhan Usta AKP-nin bu qərarına belə münasibət bildirib: "İndi belə bir xeyirli iş üçün olan məsələyə AKP-nin yox deməsini başa düşmürəm".
İstanbulda Xocalı faciəsi
Bu gün Türkiyə Omurlik Fəlçlilərinin Mərkəzində Xocalı soyqırımının qurbanları anılacaq. Azərbaycanın İstanbul Baş Konsulluğunun təşəbbüsü ilə təşkil edilən tədbir Xocalı Soyqırımının 25 illiyinə həsr edilib. Tədbirdə “Uşaqların Gözü ilə Xocalı” rəsm sərgisi keçiriləcək. Sərginin fevral ayının 20 nə qədər davam edəcəyi bildilir.Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Pakistan Əfqanıstanla sərhədi bağladı
Pakistan ötən gün Sehvan-Şərif şəhərində baş vermiş terror hadisəsindən sonra Əfqanıstanla sərhədini qeyri-müəyyən vaxta bağlayıb.














