Dünya
ABŞ-da “İmmiqrantlarsız gün” şüarı altında kütləvi aksiyalar keçirildi
Birləşmiş Ştatlarda “İmmiqrantlarsız gün” şüarı altında etiraz aksiyası keçirilib. Prezident Trampın immiqrasiya siyasətinə etiraz əlaməti olaraq ölkənin bir neçə şəhərində, o cümlədən Vaşinqton, Hyuston, Boston, Miluoki, Nyu-York, Filadelfiya və Çikaqoda yüzlərlə immiqrant işə çıxmayıb, yüzdən artıq xidmət müəssisəsi bir gün bağlanıb. Ölkə iqtisadiyyatının fəaliyyəti üçün immiqrantların vacibliyini göstərmək məqsədilə keçirilən bu aksiyanın təşkilatçıları işləmək hüququna malik olan leqal immiqrantlara sosial şəbəkələr vasitəsi ilə müraciət edərək onları işə çıxmamağa çağırıblar.
Rusiya Duması Türkiyə ilə vacib sazişi ratifikasiya etdi
Rusiya Dövlət Duması Türkiyə ilə imzalanmış “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və cinayət axtarışında olan şəxslərin təhvil verilməsi haqqında” Sazişi ratifikasiya edib. Sənəd 2014-cü il dekabrın 1-də Ankarada imzalanmışdı.
İspaniya kralının yeznəsi həbs edildi - 6 il
İspaniya kralının bacısı infanta Kristina maliyyə fırıldağı ilə bağlı işdə məhkəmə tərəfindən bəraət alıb. Onun həyat yoldaşı İnyaki Urdanqarin isə həmin ittihamla 6 il 3 ay həbs cəzası alıb.
Hərbçilər uçqun altında qaldı
Qazaxıstanda hərbçilər qar uçqununun altında qalıblar. Bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, hadisə ölkənin cənubunda, Cambul vilayətinin Koksay dərəsində, 91678 saylı hərbi hissənin təlimlər keçirdiyi ərazidə baş verib.
Ermənistan “referendum oyunu” ilə özünü aldadır
Ermənistanın yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisinin əhali tərkibi ermənişəldirilib. Baxmayaraq ki, mövcud vəziyyət Ermənistanın ziyanına işləyir, ancaq işğalçı dövlət müxtəlif siyasi və hərbi təxribatlarla mövcud status-kvonu qoruyub saxlamağa çalışır. Elə bu səbədən də işğal altında saxladığı Azərbaycan ərazisində tamaşa göstərməklə məşğuldir. Belə tamaşalardan növbətisi Dağlı Qarabağda konstitusion dəyişiklikləri ilə bağlı “referendim” keçirmək isətiyidir.
Ohanyan Sarkisyanı tənqid etdi: "Hakimiyyətə qarşıyam"
Mən xalqın əksəriyyəti kimi bugünkü hakimiyyətə qarşıyam . Bu barədə keçmiş müdafiə naziri, "Ohanyan-Rafffi-Oskanyan" seçki blkounun rəhbərlərindən biri olan Seyran Ohanyan deyib.
Ukrayna 8 Martdan imtina edir
Ukraynada 8 Mart - Beynəlxalq Qadınlar Gününün qeyd olunmaması təklif edilir.
Qaranlıq düşən kimi şəhərdə alt paltarında gəzən qızlar peyda olur
Tatarıstanın paytaxtı Kazanda gənc qadınlar gecə saatlarında yola çıxaraq avtomobillərin qarşısını kəsməyə başlayıblar. Yarıçılpaq halda gecə yol kəsən qadınlar sürücüləri dayandıraraq onlaran pul istəyirlər. Qadınların pul istəmə səbəbləri isə bir xeyli marağa səbəb olub.
Ermənistan ordusu Qarabağda itki verdi
Ermənistan ordusunun daha bir əsgəri ölüb. Fevralın 17-də Qarabağda hərbi hissələrdən birinin əsgəri, 1997-ci il təvəllüdlü Qareqin Ara Arqamanyan dəm qazı zəhərlənməsindən ölüb.
İrəvanda qarşıdurma: Sarkisyanın adamı öldü
Ermənistanda aprel seçkilərinə hazırlıq çərçivəsində rəqiblərinə qarşı mübarizəni sərtləşdirən Qarabağ klanı artıq ilk qurbanını verib. İlk qurban hakim Respublika Partiyasının Artaşat vilayəti üzrə başçısının müavini Qaqik Beqlaryan olub.
Azərbaycanı hədələdikdən sonra öldürülən terrorçu kimdir? - ŞOK DETALLAR
Bir neçə gün əvvəl sosial şəbəkələrdə radikal dini təriqətlərdən birinin üzvü olduğu ehtimal edilən terrorçunun Azərbaycanı hədələməsini əks etdirən video yayılmışdı. Çox keçmədən həmin terrorçunun məhv edilməsi barədə mediada xəbərlər yayılıb və onun meyidinin fotoları ictimailəşdirilib.
Bələdiyyədə şöbə müdiri kabinetində vuruldu - Türkiyədə
Türkiyədə Adana Böyükşəhər Bələdiyyəsinin əməkdaşı bələdiyyənin şöbə müdirinə silahlı hücum edib.
100 kiloqram partlayıcı qurğu zərərsizləşdirildi
Tələbələr qorxulu anlar yaşadı
İki qızın sosial şəbəkə yazışması qorxunc cinayət planlarının üstünü açdı
Keçən ilin oktyabr ayında ailəsinin itkin düşməsiylə bağlı müraciət etdiyi Esra İ. (19) İstanbulda qaldığı evdən Kocasinan Polis Mərkəzinə gələrək öz istəyiylə İstanbula gəldiyini, itkin olmadığını söyləyincə İŞİD-lə əlaqəsi ortaya çıxıb.














