Dünya
Sərnişin avtobusu qəzaya uğradı - 19 ölü
Fransada partlayış
Trampın avtomobil karvanı daşa basıldı
“Apple” şirkətinin növbəti təqdimatının tarixi məlum olub
“Apple” şirkətinin təşkil etdiyi tərtibatçıların illik ümumdünya “WWDC 2017” (Worldwide Developers Conference) konfransının keçirilmə tarixi açıqlanıb. Bu barədə şirkətin saytında deyilir.
Dünyada beşinci nəsil şəbəkəsini dəstəkləyən ilk smartfon nümayiş olunacaq
Çinin “ZTE” şirkəti “MWC” sərgisində dünyada beşinci nəsil şəbəkəsini dəstəkləyən ilk smartfonu nümayiş etdirməyi planlaşdırır.
Venerada işləyəcək kompüter çipi icad olunub
ABŞ Kosmik Agentliyinin (NASA) alimləri Venera planeti səthində yüksək temperatura dözə bilən kompüter çipi ixtira ediblər. Bu barədə agentliyin rəsmi saytında deyilir.
64 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi
İspaniyanın Burqos şəhərində 64 yaşlı qadın əkiz uşaq dünyaya gətirib. "Rekoletas" xəstəxanasında suni mayalanma yolu ilə uşaq sahibi olan ananın bir oğlu və bir qızı olub. Bu hadisə tibb tarixində möcüzə hesab edilir. Bu qadının həmin xəstəxanada 6 il öncə də sağlam bir övlad dünyaya gətirdiyi məlum olub.
İrem Derici məhkəməlik oldu
Müğənni İrem Derici Almaniyada xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar və idman klubu üçün təşkil olunan konsertə qatılmaqdan son anda imtina edib.
Türkiyədə SİLAHLI QARŞIDURMA - 1 polis və 1 əsgər yaralandı
İranda TƏHLÜKƏ - Bənd dağıldı
İranın cənubunda Fars əyalətinin Cəhron şəhərinin Məhəmmədabad bölgəsində güclü daşqın torpaq bəndi dağıdıb. Fəlakətin qarşısını almaq üçün bəndin aşağı hissəsindəki ərazidə yaşayan əhalidən ehtiyat tədbirləri görmək xahiş edilib.
ABŞ Donanmasında rüşvət qalmaqalı
ABŞ Donanması rüşvət qalmaqalı ilə sarsılıb. Məlumata görə, rüşvət qalmaqalında şübhəli bilinən 40 nəfər istintaqa cəlb edilə bilər ki, onlardan 30-u admiral rütbəsindədir. “Olaylar”ın Türkiyə bürosunun xəbərinə görə, aparılan təhqiqatlar zamanı Cənub və Cənubi-Şərqi Asiyanın bir çox limanında ABŞ-ın 7-ci donanmasına təmizlik xidməti göstərən Sinqapur mənşəli, Glenn Defence Marine Asia şirkətinin sahibi Leonard Qlenn Frensis ABŞ FTB (FBİ) tərəfindən həbs edilib. İstintaq zamanı Frensis bir çox Amerikan dənizçi zabitləri ilə əlbir olaraq maliyyə fırıldağı, saxtakarlıq, mənimsəmə və rüşvət əməlləri törətdiyini etiraf edib.
Təyyarədə QORXUNC OLAY - Sərnişin şüşəsin açıb... - VİDEO
Təyyarədə şüşəni açıb şəkil çəkmək istəyən sərnişinin başına iş gəlib. Şüşəni açıb telefonu çölə çıxaran şəxs telefonundan olub.
Türkiyənin satirik jurnalı bağlandı - Peyğəmbəri təhqir etdiyinə görə
Türkiyənin satirik jurnalı bağlanıb. Türkiyənin məşhur "Qırqır" satirik jurnalının son buraxılışında Musa peyğəmbəri təhqir edən karikatura dərc olunmuşdu.
Con Kerri yeni iş tapdı
ABŞ-ın sabiq dövlət katibi Con Kerri Yel Universitetində yeni təhsil proqramına rəhbərlik edəcək. Bu barədə "Associated Press" məlumat yayıb. Qlobal problemlərin həllinə həsr edilmiş proqram çərçivəsində Kerri süquta uğramaqda olan dövlətlər, avtoritar rejimlər, təcavüzkar ekstremizm və iqlim dəyişikliyi kimi mövzularda seminarlar aparacaq.
Türkiyənin baş nazirini bu “şok silah”la qoruyacaqlar
Türkiyənin baş naziri Binali Yıldırımın 15 iyul çevriliş cəhdindən sonra gələn "sui-qəsd planları"na qarşı daha etibarlı mühafizəsi üçün tədbirlər görülür.














