Sərnişin avtobusu qəzaya uğradı - 19 ölü
18 Fevral 2017 19:43 DünyaArgentinanın qərbində baş vermiş yol qəzasında 19 nəfər həyatını itirib.
Hadisə Mendosa vilayətində baş verib. Hadisə zamanı daha 21 nəfər xəsarət alıb. Qəzaya uğramış avtobusun "TurBus" şirkətinə məxsus olduğu bildirilir.
Şirkət sərnişinlərdən 32-nin Argentina, 4-nün Çili, 1-nin Kolumbiya və Haiti vətəndaşı olması barədə məlumat yayıb. Avtobusda həmçinin azı 3 uşaq olub.
Portal isə qəza zamanı 16 nəfərin hadisə yerində, daha 3 nəfərin xəstəxanada öldüyünü xəbər verib. Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31