Dünya
Memarın ideyasıyla hazırlanan HEYRANEDİCİ TORT NÜMUNƏLƏRİ
“Samsung”un rəhbəri həbs edildi
Marsda daşqın izləri aşkarlandı
Niderlandda smartfon istifadəçiləri üçün xüsusi işıqfor quraşdırılıb
Niderlandın Bodeqraven-Reuveyk şəhərində piyadaların hərəkətini yaxşılaşdırmaq məqsədilə küçələrdə hərəkət edən zaman diqqətini smartfon ekranlarından ayıra bilməyən sakinlər üçün xüsusi svetofor quraşdırılıb.
“Flash Player” adı altında yayılan mobil virus aşkar edilib
“Eset” beynəlxalq antivirus şirkəti “Adobe Flash Player” yenilənməsi adı altında mobil qurğularda yayılan troyan barədə xəbərdarlıq edib. Virus bank hesablarındakı pulun oğurlanması üçün istifadə olunur.
“Yahoo!” istifadəçilərinə mümkün müdaxilələr barədə xəbərdarlıq edilib
“Yahoo!” şirkəti istifadəçilərə ötən il aşkarlanan böyük məlumat sızması haqqında bildirişlər göndərməyə başlayıb. Təhlükəsizlik şöbəsinin rəhbəri Bob Lordun elektron məktubuna görə, cinayətkarların uzun illər saxta “cookie” fayllarından istifadə edərək istifadəçilərin şəxsi hesablarına müdaxilə etmələri ehtimal olunur. Bildirişlər “Yahoo!”-nu satın almaq istəyən “Verizon Communications” şirkətinin insidentə görə qiyməti 250 milyon dollar azaltmağı tələb edəcəyi ilə bağlı yayılan şayiələr fonunda göndərilməyə başlayıb.
Yeni çip danışığın tanınması imkanlarını genişləndirəcək
Massaçusets Texnologiya İnstitutunun alimləri danışığın avtomatik tanınması üçün yüksək keyfiyyətli çip hazırlayıblar və bu, səsli köməkçilərin imkanlarını genişləndirəcək.
Dünyada ən kiçik kompüter yaradılıb
"Micro Mote" şirkəti 1 kub millimetr ölçüdə işlək kompüter modeli təqdim edib. Kompüterin hesablama gücü müxtəlif qurğular, o cümlədən kiçik kamera, tibbi alətlər və populyar "Əşyalar interneti"nin digər miniatür texnikası üçün hesablama mərkəzi kimi çıxış etməyə imkan verir.
“Facebook” istifadəçilərin xəbər lentində videonu səsli şəkildə avtomatik göstərəcək
“Facebook” sosial şəbəkəsi sosial şəbəkənin mobil proqramında istifadəçilərin xəbər lentində videoçarxların nümayişi və avtomatik göstərilməsi ilə bağlı bir sıra yeniliklər elan edib. Şirkətin bloqunda yeni funksiyaların təsviri dərc edilib.
“Skype” proqramının rəqibi istifadəyə verilib
“Amazon” şirkəti səs, videozəng, messencer və görüş təşkili funksiyalarını birləşdirən “Chime” proqramını istifadəyə verib. “Amazon Web Services”in tərkibinə daxil olan yeni proqramın hədəfi istifadəçilər arasında ünsiyyəti asanlaşdırmaqdır.
Castin Biber məhkəməyə verildi
Məşhur kanadalı müğənni Castin Biberə qarşı adam döymə ittihamı ilə məhkəmədə iddia qaldırılıb. İddiaçı, 34 yaşlı Las-Veqas sakini Rodni Kennonmüğənninin şəklini çəkdikdən sonra pop ulduz onu vurub. Ardından davaya musiqiçinin qrupu qoşulub.
"Arka sokaklar"ın aktrisası huşunu itirib yıxıldı
Aktrisa Filiz Taçbaş bu gün məhkəmə binasında huşunu itirərək yıxılıb. "Arka sokaklar" serialında rol alan aktrisa ona məcburən sənəd imzalatdıran şəxsdən şikayətçi olsa da, məhkəmə həmin adam barəsində bəraət hökmü çıxarıb.
Beren Saata pis xəbər
Aktrisa Beren Saatın İstanbulda aldığı evlərdən birini su basıb. Seriallardan qazandığı pulları daşınmaz əmlaka yatıran Beren illər əvvəl Arnavutköydə 2,5 milyon dollara bir mülk almışdı. Bir müddətdir yaşayış olmayan mənzilin su təchizatı sıradan çıxdığı üçün boru partlayıb və bu səbəbdən ev ciddi ziyan görüb. Aktrisa artıq həmin evi satmaq qərarı verib.
NATO-dan Rusiyaya ÇAĞIRIŞ: ordunu Gürcüstandan çıxar
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaq qərarından vaz keçərək öz ordusunu Gürcüstan ərazisindən çıxarmağa çağırıb.
Putin: Rusiya FTX 16 terror aktının qarşısını alıb
Rusiya xüsusi xidmət orqanları ötən il terror təmayüllü 45 cinayətin, o cümlədən 16 terror aktının qarşısını alıb.














