Baş nazir: "Tramp dənizdən şikayət edən dənizçi kimidir"
ABŞ prezidenti Donald Tramp kütləvi informasiya vasitələrini tənqid etməklə çox vaxt itirir. Belə bir bəyanatla Avstraliyanın baş naziri Malkolm Törnbull çıxış edib.
17 Fevral 2017 12:52 DünyaABŞ prezidenti Donald Tramp kütləvi informasiya vasitələrini tənqid etməklə çox vaxt itirir. Belə bir bəyanatla Avstraliyanın baş naziri Malkolm Törnbull çıxış edib.
Böyük britaniyalı siyasətçi Uinston Çörçilldən sitat gətirən avstraliyalı nazir D.Trampı KİV-lərə ayırdığı diqqəti azaltmağa çağırıb: "Böyük siyasətçi Uinston Çörçill bir dəfə demişdi ki, qəzetlərdən şikayət edən siyasətçi dənizdən şikayət edən dənizçi kimidir".
Qeyd edək ki, D.Tramp tez-tez mətbuatı tənqid edərək onları "saxta" və "müxalif partiya" adlandırır. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31