Dünya
Kiyevdə YENİ MAYDAN: 20 min insan küçələrə çıxdı - VİDEO
Kiyevin mərkəzində Ukraynanın sabiq prezident Viktor Yanukoviçin ölkədən qaçmasının üçüncü ildönümünə həsr edilmiş marş başlayıb.
Meyitxanalarda minlərlə cəsəd: Türkiyə üçün BÖYÜK TƏLƏ HAZIRLANIR
“Fərat Qalxanı” hərəkatı çərçivəsində Əl-Babın İŞİD-dən təmizlənməsindən sonra gözlər Rakka əməliyyatına çevrildi. Almaniya səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyənin baş naziri Binəli Yıldırım Rakkada əməliyyata birbaşa qatılmayacağını, taktikı dəstək verəcəklərini bildirib.
Bazarda partlayış olub, 4 nəfər ölüb, 22 nəfər yaralanıb
Əfqanıstanın cənub-şərqində yerləşən Paktike əyalətindəki bazarda partlayışın törədilməsi nəticəsində azı 4 nəfər ölüb, 22 nəfər yaralanıb.
Tələbələri daşıyan avtobus aşıb, 40 nəfər xəsarət alıb
Cənubi Koreyada tələbələri daşıyan turistik avtobusu sürətli yolda 5 metr hündürlükdən aşağı yuvarlanıb. Hadisə nəticəsində 40 nəfər xəsarət alıb. Qəza Çhunçhon-Pukto əyalətinin Tanyan qəzasında sürüşkən yolda baş verib. Hazırda yerli xilasetmə qüvvələri avtobus sərnişinləri arasında ölən adamın olub-olmadığını dəqiqləşdirir. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
RƏZALƏT! Tibb bacısı reanimasiyada göbək atır - VİDEO
Antalyada özəl bir xəstəxananın reanimasiya şöbəsində, tibb bacısı və xəstə baxıcıların qəhqəhə çəkib göbək atdıqları görüntülər 4 il sonra keçmiş tibb bacısı tərəfindən sosial şəbəkədə paylaşılıb.
Rusiyada polis polkovnikini və beş ailə üzvünü öldürən azərbaycanlılara hökm oxunub
Rusiyanda polis polkovnikini və onun ailə üzvlərini öldürməkdə ittiham olunan Azərbaycan və Tacikistan vətəndaşlarına hökm oxunub. Samara məhkəməsinin qərarına əsasən Azərbaycan vətəndaşları Məhəmməd Əhmədov və Roman Fətəliyev ömürlük, İslam Babayev 25 il, Tacikistan vətəndaşı Orxan Zöhrabov isə 26 il həbs cəzası alıb. İttiham olunanlar günahlarını qismən etiraf ediblər. Təqsirləndirilən şəxslər silahlı basqın, iki və daha artıq şəxsin ölümü və azyaşlı uşağın həyatına qəsddə ittiham olunurlar.
Moskvada Lavrovla Nalbandyan arasında görüş keçirilib
Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib. Görüşdən öncə Rusiya XİN-in iqamətgahında Rusiya-Ermənistan diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan sərgi açılıb. Sərgidə nazirlər çıxış edib.
Vaşinqton-Tehran münasibətlərində yeni gərginlik
Son günlər Birləşmiş Ştatlarla İran arasında münasibətlərdə yeni bir gərginlik müşahidə edilməkdədir. Xüsusilə, Donald Trampın Ağ Ev rəhbəri seçilməsindən sonra bu mənfi tendensiya özünü göstərməyə başlayıb. Yeni Ağ Ev rəhbəri Obama zamanında bir qədər istiləşən Vaşinqton-Tehran münasibətlərinə yenidən nəzər salmağı qarşıya məqsəd qoyub. Xüsusilə, Birləşmiş Ştatların İran siyasəti İsrail baş naziri Benyamin Netanyahunun Donald Trmpla görüşməsindən sonra, daha da aqressiv çalar almaqdadır.
Bahalı toylar qadağan edildi, 7-dən çox yemək olmaz
Apreldən dəbdəbəli, bahalı toyların keçirilməsinə icazə verilməyəcək. Bu qadağa Hindistanın Kəşmir və Cammu vilayətlərində qüvvəyə minəcək. Gəlin tərəfi toya 500-dən çox qonaq dəvət edə bilməyəcək. Bəy tərəfindən olanların sayı isə 400-ü keçə bilməz.
Türkiyə Silahlı Qüvvələrində baş örtüyü qadağası ləğv olunub
Türkiyə Silahlı Qüvvələrində xidmət edən qadınlar üçün nəzərdə tutulan baş örtüyü qadağası aradan qaldırılıb. Türkiyə Ordusunda xidmət edən qadın zabit və gizirlər bundan sonra başlarını örtə biləcəklər.
Antarktidanın dərinliklərində gizlənənlər üzə çıxdı - ALİMLƏR ŞOKDA - VİDEO
Alimlərin Antarktidadakı kəşfi özlərini belə dəhşətə gətirib. Antarktidada Tueyts buzlağının altında dörd buzaltı göl aşkar edilib. Avropa Kosmik Agentliyi (ESA) bildirib ki, göllərin ortaya çıxmasında "CryoSat" agentliyinin peyki xüsusi rol oynayıb.
Özbəkistandan olan alim dünyanın ən gənc və güclü 100 iqtisadçısı sırasına düşüb
Daşkənddəki Beynəlxalq Vestminister Universitetinin iqtisadiyyat müəllimi Rauf Salaxujaev dünyanın ən gənc və güclü 100 iqtisadçısı sırasına düşüb.
Ölümdən sonra həyat var - ELM SÜBUT ETDİ
Britaniyalı alimlər ölümdən sonra həyatın mövcudluğunu sübut ediblər. Bu iddianı isbat edən tədqiqat iki ildən çox davam edib. Eksperimentdə 2 min nəfər iştirak edib. Onların hamısı daha öncə kliniki ölüm keçiriblər. Alimlər ürək dayanandan sonra beynin hələ 30 saniyə işlədiyini müəyyən ediblər. Bu saniyələr ərzində insanın beynində xatirələr canlanır.
İstanbulda 35 İŞİD-çi saxlanıldı
İstanbul şəhər Polis İdarəsi İŞİD terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı 35 İŞİD-çi saxlanılıb. Yoxlama aparılan 41 ünvanda terror təşkilatına məxsus sənədlər və elektron vasitələr ələ keçirilib. Əməliyyat davam edir.
Bollivud Tuba Büyüküstünü istəyir?
67-ci Berlin Film Festivalında hindistanlı film istehsalçıları Tuba Büyüküstünlə maraqlanıblar. Onlar aktrisanın həyat yoldaşı Onur Saylakla birgə çəkildiyi "Rüzgarın hatıraları" filminin nümayiş hüququnu alıblar.














