Bazarda partlayış olub, 4 nəfər ölüb, 22 nəfər yaralanıb

Əfqanıstanın cənub-şərqində yerləşən Paktike əyalətindəki bazarda partlayışın törədilməsi nəticəsində azı 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

Əfqanıstanın cənub-şərqində yerləşən Paktike əyalətindəki bazarda partlayışın törədilməsi nəticəsində azı 4 nəfər ölüb, 22 nəfər yaralanıb. Bu barədə yerli hakimiyyət nümayəndələri bildiriblər. Məlumata görə, partlayış mopedə quraşdırılımış bombanın partlaması nəticəsində törədilib. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Xəbərdə bildirilib ki, partlayışı törədən "Taliban" üzvüdür. Bu barədə "Report" "Khaama"ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31