Dünya

"Təcavüz olunduğum otaqda 6 kişi var idi"

22 Fevral 2017 19:21

Model Şenay Akay aparıcılıq etdiyi proqramın istehsalçılarına açdığı təcavüz davasından danışıb. Ötən günlərdə məhkəmə modeli dinləyib. O, başına gələnləri belə ifadə edib: "A.S. onu vurduğumu iddia edir, amma bu, mümkün deyil. Mən təcavüzə məruz qaldım. Prodakşnın pul üstündə mübahisə etdiyim işçilərindən T.S. məni bir otağa salıb qapını bağladı. Qardaşı isə dodağımdan öpməyə çalışdı və sonra da döydü. Məni təhqir etdilər. Otaqda 6 kişi vardı. Orada birini döyə biləcəyim mümkün deyildi. Psixologiyam pozulub".

Ancelinadan gözlənilməz cavab: "Bred çox yaxşı atadır"

22 Fevral 2017 19:16

Aktrisa Ancelina Coli "Good Morning America" proqramının qonağı olub. Ancelina verdiyi açıqlamaları ilə hər kəsi təəccübləndirib. O, "Bredi bir valideyn kimi necə görürsünüz" sualına belə cavab verib: "Biz Pittlə ayrılsaq da, həmişə bir ailə olaraq qalacağıq. O, çox yaxşı atadır".

Yeni tip akkumulyatorlar yaradılıb

22 Fevral 2017 19:05

ABŞ alimləri dünyada ilk dəfə olaraq enerji daşıyıcısı kimi yalnız hidroksonium ionlarından istifadə edən batareya yaradıblar. Bu, enerjinin stasionar saxlanılması sahəsində yeni imkanlar açır. Bura, həmçinin alternativ enerji mənbələrindən hasil olunan elektrik enerjisinin elektrik şəbəkələrində saxlanılmasını aid etmək olar.     

ABŞ sakinlərinin 54 faizi Trampın fəaliyyətindən narazıdır - SORĞU

22 Fevral 2017 18:09

ABŞ sakinləri arasında sorğu keçirilib. Trend-in məlumatına görə, sorğuda iştirak edənlərin yarıdan çoxu prezident Donald Trampın fəaliyyətinin ilk ayından narazı olduğunu bildirib. Belə ki, rəyi soruşulanların 54 faizi D.Trampın fəaliyyətini mənfi qiymətləndirib.

Ərdoğanla Trampın görüş vaxtı MƏLUM OLDU

22 Fevral 2017 18:05

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla görüşəcəyi tarix açıqlanıb. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın dövlət başçılarının may ayında görüşəcəyini bildirib. O, may ayında NATO-da aralıq zirvə görüşünün təşkil ediləcəyini deyib: "Türkiyə prezidenti də bu tədbirə qatılacaq. Orada Donald Trampla təkbətək görüş keçiriləcək. Görüşdə ABŞ-Türkiyə münasibətləri müzakirə olunacaq".

Fətullah Gülənin vəkili həbs olunub

22 Fevral 2017 17:26

İstanbulda Fətullah Gülənin vəkili tutulub. Türkiyə mətbuatı  xəbər verir ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin daha bir vəkili, Orhan Erdemli İstanbulda həbs olunub.

Kiyev Rusiyanı BMT TŞ-da veto hüququndan məhrum etməyə çağırdı

22 Fevral 2017 16:44

Ukraynanın Xarici işlər naziri Pavel Klimkin Rusiyanı BMT-nin Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyə çağırıb.

Kim Çen Inın öldürülən qardaşının erməni dostu üzə çıxdı və nələri danışdı...

22 Fevral 2017 16:42

"The Guardian" qəzetinin eksklüziv məqaləsində deyilir ki, Şimali Koreya liderinin atabir qardaşı Kim Çen Nam ömrünün son bir neçə ilini səksəkədə yaşayırmış. Onu tanıyanlar deyirlər ki, o həm ögey qardaşının divanından gizlənir, həm də vətənin taleyi üçün nəsə etməkdə gücsüzlyünə görə dərd çəkirmiş.

Ermənistan ordusunda siqaret qadağan edilir

22 Fevral 2017 16:36

Ermənistanda əsgərlərə siqaret və kibritin verilməsi qadağan olunacaq. Bu barədə qərar hökumətin fevralın 23-də keçirilən iclasında müzakirə olunacaq.  Qərarı müdafiə naziri Viqen Sarkisyan təqdim edəcək.

Restoranında dava: müştəri pizzanı satıcının üzünə çırpıb, yerə atdı - VİDEO

22 Fevral 2017 16:25

Amerikanın Texas ştatındakı məşhur pizza restoranlarının birində alıcı ilə satıcı arasında mübahisə yaranıb. Müştəri satıcı sifarişi səhv götürdüyünə görə onu təhqir edib. Qadın alıcı pizzanı onun üzünə çırpıb, yerə atdıqdan sonra restorandan çıxıb. Bu barədə Milli.az "The Sun"a istinadla xəbər verir.

Oğurluq edərkən tutuldu - Polis həqiqəti öyrənincə ŞOK OLDU - VİDEO

22 Fevral 2017 16:23

Adanada marketdən oğurluq edərkən tutulan 13 yaşlı qız uşağının 16 yaşlı bir yeniyetmə ilə evli və 7 aylıq hamilə olduğu ortaya çıxıb. 13 yaşlı qızı yataqxanaya yerləşdirən polis 16 yaşlı yeniyetmə haqqında "Cinsi istismar" cinayət əməli iddiası ilə istintaqa başlayıb. Hadisə Seyhan mahalında Mirzaçelebi məhəlləsində meydana gəlib. İddiaya görə, 13 yaşlı A. M. qohumlarıyla birlikdə bir marketə gələrək burada oğurluq etmək istəyib. Ancaq market səlahiyyətliləri bunu hiss edərək dərhal polisə xəbər veriblər.