Dünya
Ermənistanın Müdafiə Nazirliyinə hücum edildi
Ermənistanın paytaxtı İrəvanda insident baş verib. Fevralın 23-də saat 00:20 radələrində sərxoş paytaxt sakini A.Epremyan idarə etdiyi "Opel Astra" markalı avtomobillə Ermənistanın Müdafiə Nazirliyinin 2 nömrəli kompleksinin giriş qapısını dağıdaraq nazirliyin ərazisinə daxil olub. Qanunsuz olaraq nazirlik ərazisinə daxil olan şəxs nəzarət-keçid məntəqəsində xidmət aparan əsgər tərəfindən atəşə tutulub.
Böyük şəhəri su basdı: bənd də dağıla bilər
ABŞ-ın Kaliforniya ştatındakı San-Xose şəhərini su basıb. Koyot-Krik çayının məcrasından çıxması səbəbindən 14 min sakin təxliyə oldunub. "Su basmış ərazilərdəki evlərin sakinlərinə bu gün geri qayıtmağa icazə verilməyəcək.
Rusiyada bank sistemi dəyişir
2019-cu ilin 1 yanvar tarixindən etibarən 1 milyard rubla qədər kapitala sahib banklar baza lisenziyası almalı olacaqlar. Bu barədə Dövlət Duması tərəfindən qəbul edilən “Çoxmərhələli bank sistemi haqqında qanun” layihəsində bildirilir. Qanun layihəsinə əsasən, kredit təşkilatlarını iki növ lisenziya üzrə ayırmaq təklif edilir – 1 milyard rubla qədər kapitala sahib olan banklar baza lisenziyası, 1 milyard rubl və ondan daha çox kapitala sahib təşkilatlar isə universal lisenziyası əldə edəcək.
ABŞ-da daha bir polis vəhşiliyi: 13 yaşlı oğlanı vurmaq istədi - VİDEO
ABŞ-da polis zabitinin silahsız vətəndaşa qarşı vəhşicəsinə davranması ilə bağlı yeni etiraz aksiyaları başlanıb.
Ermənistandakı “İsgəndər” raketlərinin sayı məlum oldu
İsveçdə yerləşən Stokholm Beynəlxalq Dünya Problemləri İnstitutu 2016-cı ilin silah ticarəti ilə bağlı hesabat yayımlayıb. Ötən il Ermənistan Rusiyadan 4 ədəd "İsgəndər" zenit-raket kompleksi və onlar üçün 25 ədəd raket satın alıb. 2016-cı ildə rəsmi İrəvan 79 milyon dollar dəyərində silah alıb.
Türkiyə təyyarəsində HƏYƏCAN - "Üzərimdə bomba var"
Türk Hava Yollarına (THY) məxsus TK-78 saylı Boeing 777 tipli təyyarə Mayamidən İstanbula uçmaq üçün son hazırlığını görərkən sərnişinlərdən biri üzərində bomba olduğunu deyib.
Pakistanda daha bir PARTLAYIŞ: 6 ölü
Pakistanın Lahor şəhərində partlayış olub. Hadisə nəticəsində 6 nəfər ölüb, 15-dən çox şəxs xəsarət alıb. İlkin məlumata əsasən, partlayış səhər saatlarında ofisdə baş verib, binanın bir hissəsi dağılıb. Partlayışın gücündən yaxınlıqdakı binaların pəncərə şüşələri qırılıb. Polis səbəbi araşdırır.
Liderin qardaşını öldürən qadın əvvəllər "Yeni Ulduz"a "qatılıb" - VİDEO
Fevralın 14-də Kuala-Lumpur aeroportunda KXDR lideri Kim Çen Inın 46 yaşlı qardaşına qarşı sui-qəsd törədilib. Həmin anın görüntüləri yayılıb. Görüntülərə görə, qadınlardan biri Kim Çen Namın gözlərini əlləri ilə bağlayıb, digəri isə onun kürəyinə zəhərli iynə batırıb.














