Dünya
ABŞ-ın Türkiyədəki konsulluğunun əməkdaşı TERRORÇU ÇIXDI? - VİDEO
ABŞ-ın Adana Konsulluğunda tərcüməçi olaraq çalışan H.Ü. terror təşkilatı PKK-nın üzvü olması iddiasıyla saxlanılıb.
Amerika konsulluğunun əməkdaşı həbs olundu
Verilən son dəqiqə xəbərinə görə, Türkiyənin Adana şəhərində fəaliyyət göstərən Amerika Birləşmiş Ştatlarının Konsulluğunda tərcüməçi kimi çalışan Hamza Uluçay həbs olunub. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, Hamza Uluçay pKK – a terror qruplaşmasına qarşı aparılan əməliyyatlar zamanı həbs olunub.Adana Təhlükəsizlik Qüvvələrinin Terrorla Mübarizə İdarəsinin şöbə müdirliyindən verilən məlumata əsasən, həkim nazarətindən keçdikdən sonra Hamza Uluçay həbs olunub.
Hər kəsin tanıdığı məşhurun arvadı ona iş adamı ilə xəyanət edir - ŞOK İDDİA
Türkiyədə karyerasını davam etdirən ulduz futbolçunun həyat yoldaşının gənc bir iş adamıyla görüşdüyü iddiası kübar təbəqədə böyük əks-sədaya səbəb olub. Məlumatda hər kəsin yaxşı tanıdığı, lakin hələlik adı gizli saxlanılan əcnəbi məşhur futbolçunun həyat yoldaşının bir iş adamı ilə oteldə fərqli vaxtlarda 2 gecə keçirdiyi qeyd edilib.
İspaniya kralının yeznəsi azadlıqda - 200 min avro girov müqabilində
Bir müddət əvvəl İspaniya kralının bacısı infanta Kristinanın həyat yoldaşı İnyaki Urdanqarin maliyyə fırıldağı ilə bağlı işdə ittiham olunaraq məhkəmə tərəfindən 6 il 3 ay həbs cəzası almışdı. Trend-in məlumatına görə, prokurorluq onun pul girovu müqabilində azadlıqda qalması üçün 200 min avro tələb edib.
Konqoda Gürcüstan vətəndaşını əsir götürdülər - Polkovniki yaraladılar
Konqo silahlıları Gürcüstan vətəndaşını girov götürüb. Qiyamçılar hökumət qüvvələrinə məxsus iki helikopteri vurublar. Həmin helikopterlərdən birini gürcüstanlı pilot, polkovnik Soso Osurauli idarə edib. Nəticədə helikopterdə olan başqa bir Gürcüstan vətəndaşı, istefada olan polkovnik David Makişviliyaralanıb, pilot isə əsir götürülüb.
Malayziya Şimali Koreya səfirliyini bağlaya bilər
Malayziya Şimali Koreya liderinin qardaşı Kim Çen Namın ölümü ilə bağlı qalmaqalın fonunda bu ölkənin diplomatik nümayəndəliyinin bağlanacağını istisna etmir.
Mosul aeroportu İŞİD-dən tamamilə alındı
İraq ordusu Mosul hava limanını İŞİD-dən geri alıb. Daha əvvəl İraq təhlükəsizlik qüvvələrinin Mosul aeroportu istiqamətində genişmiqyaslı əməliyyatlara başlaması ilə bağlı xəbər yayılmışdı.
Trampın yeni VİZA QADAĞASI gələn həftə açıqlanacaq
Prezident Donald Trampın yeni viza qadağası ilə bağlı qərarının elanı gələn həftəyə qədər təxirə salınıb. Azadinform “BBC”yə istinadən xəbər verir ki, Ağ Evdən yenilənmiş qadağanın məhkəmələrdə baxılan bəzi məsələləri əhatə edəcəyini bildirilib. ABŞ Daxili İşlər Nazirliyinin katibi Con Kelli yeni qərarın birincidən sərt və daha səmərəli olacağını bildirib.
Amerikalı senator Suriyadakı kürd ərazilərinə gizli səfər edib
Amerikalı respublikaçı senator Con Makkeyn gizli şəkildə Suriyadakı Kobani şəhərinə səfər edərək oradakı amerikalı hərbiçilər və kürd nümayəndələri ilə görüşüb.
Gürcüstandan Rusiya vətəndaşlarına Ermənistan qadağası
Rusiya vətəndaşlarının Ermənistana daxili pasportla səfəri etməsi proseduru yalnız Yerevanın Jvarnots Beynəlxalq Aeroportu və Gümrünün Şirak Beynəlxalq Aeroportu üçün nəzərdə tutulub.
Türkiyə Azərbaycanda yeni nümayəndəlik açacaq
Türkiyə Azərbaycanda kənd təsərrüfatının inkişafı üzrə nümayəndəlik açacaq. Bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov brifinqdə deyib.
Mixail Saakaşviliyə “torba tikirlər”
Ukrayna hüquq müdafiəçisi Oleq Kurçin Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə qarşı Baş Prokurorluğa ərizə verib. Hüquq müdafiəçisi onu Ukraynanın müstəqilliyinə qəsd etməkdə ittiham edir.
Məktəbdə BİABIRÇILIQ: müəllim uşağı soyundurub zorlamaq istəyəndə arvadı zəng edib... - VİDEO
Türkiyənin Van şəhərindəki məktəblərin birində biabırçılıq olub. Vanın Erdemit mahalındakı məktəbdə müəllim şagirdini zorlamaq istəyib. O, uşağı soyundurub, təcavüz etmək istədiyi anda arvadı zəng edib.
Kosmonavt YADPLANETLİLƏRİN SİRLƏRİNİ AÇDI
Beynəlxalq Kosmos Gəmisində (İSS) 6 ay işləyən alman kosmonavt Aleksander Gerst kosmosda tək olmadığımızı açıqlayıb. Gerst 2018-ci ildə yenidən İSS-də uçacaq. O, Marsın həyatın sirrini açmağa kömək edəcəyini düşünür.
"WhatsApp"ın bu yeniliyi narazılıqlara səbəb oldu
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "WhatsApp"ın Android platformalı smartfonlar üçün son yenilənməsi çoxlarının narazılığına səbəb olub.














