Dünya

Savçenkonun maşın ilə adam vurdular - Deputat da avtomobildə olub 

13 Aprel 2017 15:27

Ukrayna Ali Radasının deputatı, Milli qəhrəman Nadejda Savçenkonun içərində olduğu avtomobil Kiyevdə adam vurub. 

Yaxın Şərqdə vəziyyət daha da kəskinləşə bilər

13 Aprel 2017 14:57

“Rusiya ilə ABŞ  Suriya münaqişəsinin həllində  ortaq məxrəcə gəlməsə,  Yaxın Şərqdə vəziyyət daha da kəskinləşə bilər və  proseslərin  kəskinləşməsi isə bütünlüklə bölgə üçün  daha ciddi  təhdidlər yaradacaq”.  Bunu  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Nəsirov deyib.

Hərbi akademiyanın kursantı terrora dəstək şübhəsi ilə həbs edildi

13 Aprel 2017 14:37

Rusiyanın Mojaysk adına Hərbi-Kosmik Akademiyanın kursantı saxlanılıb. Bu barədə Sankt-Peterburq qarnizon hərbi məhkəməsinin mətbuat-katibi Yekaterina Savçenko deyib.    

"Peterburq terrorçusu" barədə YENİ FAKT: Türkiyədən deportasiya edilmişdi

13 Aprel 2017 14:15

Rusiyanın Sankt Peterburq şəhərində metroda terror aktı törətmiş Qırğızıstan əsilli Əkbərcan Cəlilov 2016-cı ildə Türkiyə hüdudlarından kənara çıxarılmışdı.

Türkiyədə "seçki qutularına hücum"a qarşı əməliyyat: İŞİD-çilər tutuldular

13 Aprel 2017 14:09

İŞİD terror qruplaşmasının Türkiyədə aprelin 16-da keçiriləcək referendumda bütün seçki qutularının ələ keçirilməsi ilə bağlı çağırışından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyata başlayıblar.

İrəvanda etiraz aksiyası: "Sarkisyan üzr istəməlidir"

13 Aprel 2017 14:08

Ermənistanın paytaxtı İrəvanda dinc vəziyyətdə öldürülən, lakin cinayətlərin üstü açılmayan əsgələrin anaları etiraz aksiyası keçiriblər.

CNN: ABŞ kəşfiyyatı suriyalı hərbçilərin kimyəvi hücuma hazırlıqla bağlı danışıqlarını ələ keçirib

13 Aprel 2017 13:36

ABŞ kəşfiyyatı İdlibə kimyəvi silah hücumuna hazırlığı müzakirə edən suriyalı hərbçilərin və kimyəvi silah mütəxəssislərinin telefon danışıqlarını ələ keçirib. Bu barədə CNN Donald Tramp administrasiyasının yüksək vəzifəli məmuruna istinadən xəbər yayıb. Bildirilir ki, həmin danışıqların detallarına əsasən İdlibə olan hücumun bütün məsuliyyətinin Suriyaprezidenti Bəşər Əsədin üzərinə düşməsinə heç bir şübhə qalmır.

Tramp: "Dollar çox güclənib, FES uçot dərəcəsini endirməlidir"

13 Aprel 2017 13:34

"ABŞ dolları həddən artıq güclənməkdədir və bu proses nəticə etibarilə iqtisadiyyatımıza ciddi zərər verə bilər". Bunu "Wall Street Journal" nəşrinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.

Müsəlman hakim qadının cəsədi tapıldı

13 Aprel 2017 13:27

Ötən gecə Nyu – York və Nyu Cersi vilayətləri arasında yerləşən Hudson gölündə qadın cəsədi aşkarlanıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, aşkarlanan cəsəd ABŞ – da ilk müsəlman hakim qadın olan 65 yaşındakı  Sheila Abdus Salaam məxsusdu. Xanım hakim 1991 – ci ildə ABŞ – da ilk müsəlman hakim qadın kimi fəsliyyət göstərirdi. Nyu –York polisi hakimin ölüm səbəbini araşdırıldığını bildirib.

Keçmiş respublika rəhbəri həbs edildi

13 Aprel 2017 13:13

Rusiyada keçmiş respublika başçısı həbs edilib. Mari El respublikasının keçmiş başçısı Leonid Markelov külli-miqdarda rüşvət almada ittiham olunur. Markelov bir həftə əvvəl vəzifəsindən azad edilmişdi.

Acun İlıcalı məhkəməni uduzdu 

13 Aprel 2017 12:39

TV8-in rəhbəri Acun İlıcalı "O səs Türkiyə" və "Yetenek sizsiniz" kimi yarışmalarda mahnıların icazəsiz istifadəsinə görə məhkəməyə verilib.

Moskvanın addımlığında quş qripi aşkar edildi

13 Aprel 2017 12:35

Rusiyanın Moskva vilayətində quş qripinin mənbəyi aşkar edilib. Uşakovo kəndində ölən quşların birində qrip virusunun izləri tapılıb. Bununla əlaqədar olaraq bölgədə dezinfeksiya işləri aparılıb. Virusa yoluxduğu ehtimal olunan 15 toyuq və 10 ördək məhv edilib. 500-ə yaxın yumurta analizlər üçün laboratoriyaya göndərilib.

1100 il əvvələ aid qadın cəsədi tapıldı - Ayağında "Adidas" ayaqqabısı var - FOTO

13 Aprel 2017 12:24

Monqolustan dağlarından 1100 il əvvələ aid olduğu təxmin edilən çürümüş qadın cəsədi tapılıb.

Lavrov: "Rusiya Suriyada nə Bəşər Əsədə, nə də başqa birinə üstünlük verir"

13 Aprel 2017 12:19

Rusiya Suriyada nə prezident Bəşər Əsədə, nə də başqa birinə üstünlük verir. Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ABŞ dövlət katibi Reks Tillersonla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Terrorçuları maliyələşdirən İlyas Xəlilov öldürüldü

13 Aprel 2017 12:12

Ötən gecə Dağıstanın Kumtorqala rayonundakı Tyube qəsəbəsinin yaxınlığındakı Federal avtomobil trasında terrorçular məhv ediliblər. Zərərsizləşdirilmiş silahlılar arasında silahlı qruplaşmanın rəhbəri İlyas Xəlilovun da olduğu bildirilir.