Dünya

Dini mərasim zamanı yanğın: 22 ölü, 87 yaralı

13 Aprel 2017 18:56

Seneqalın cənub-şərqində müsəlmanların dini mərasimi zamanı baş verən yanğın nəticəsində 22 nəfər ölüb, 87 nəfər xəsarət alıb.  Hadisə ölkənin Mədinə Qonas şəhərində yerləşən ziyarətgahda olub. İnformasiyaya əsasən, xəsarət alanlardan 20-sinin vəziyəti ağırdır. Yanğının səbəbi haqda məlumat yayılmayıb.  

Özündən 24 yaş böyük ərini öldürdü: Təcili tibbi yardıma zəng etdi - VİDEO

13 Aprel 2017 18:34

İstanbulun Tokat ərazisindəki Turhal mahalında yaşayan Alattin Akbaş evində mübahisə etdiyi həyat yoldaşı Qamze Gülməz tərəfindən ov tüfəngi ilə vurularaq öldürülüb. 

İrəvanda erməni analar AYAĞA QALXDI: “Övladlarımız Qarabağa getməsin” – VİDEO

13 Aprel 2017 18:27

Ermənistanda ordusunda beş əsgərin qeyri-döyüş şəraitində ölməsi ilə bağlı iş illərdir açılmamış qalır. Həmin əsgərlərin valideynləri isə övladlarının qatillərinin tapılması tələbi ilə bu gün Ermənistan hökumətinin binası önündə növbəti aksiya keçiriblər.

100-dən çox insan dənizdə boğuldu

13 Aprel 2017 18:24

Aralıq dənizinin Liviya sahillərində çoxlu sayda miqrantı Avropa ölkələrinə daşıyan gəmi batıb. Hadisə nəticəsində 100-dən çox miqrant itkin düşüb. İtkin düşənlərin suda boğulduğu ehtimal edilir. 

"Türkiyə ilə sərhəddə kürd dövlətinin qurulmasına icazə verməyəcəyik"

13 Aprel 2017 17:55

"Türkiyə ilə sərhəddə kürd dövlətinin qurulmasına icazə verməyəcəyik". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kütahyada çıxışında bəyan edib. Dövlət başçısı qeyd edib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur: "Məzlumun torpağını özünə verəcəyik".

ŞOK - Xəstəxananın damına helikopterdən meyit atdılar

13 Aprel 2017 17:32

Meksikanın şimalındakı Sinaloa ştatındakı İMSS xəstəxanasının damına helikopterdən insan cəsədi atılıb. Hazırda həbsxanada olan məşhur narkobaron El Kapo (Bücür) ləqəbli Xoakin Quzmanın Sinaloa narkokartelinin təsiri altında olan əyalətdə baş verən hadisə səhər saat 7:30 radələrində baş verib.

"Canlı bomba" tutuldu - Türkiyəni qana bulayacaqdı

13 Aprel 2017 17:30

Türkiyəni qana bulamağa hazırlaşan "canlı bomba" yaxalanıb. Qaziantepdə hücuma hazırlaşan İŞİD üzvi yaxalanıb. Terrorçu terror törətmək üçün Suriyadan Türkiyəyə keçməyə çalışarkən yaxalanıb. 

Ermənistandakı korrupsiya Avropa İttifaqını narahat edir

13 Aprel 2017 17:26

"Ermənistanda siyasi korrupsiya sistemli hal alıb. Bu, Avropa İttifaqını (Aİ) narahat edir". Aİ-nin Ermənistandakı səfiri Petr Svitalskinin bu açıqlaması işğalçı ölkədə böyük əks-səda doğurub. Ermənistanda siyasi korrupsiyanın pik həddə çatdığını vurğulayan Petr Svitalski deyib: "Seçki prosesində səslərin satın alınması Ermənistanın imicinə zərbədir. Bu, bizi narahat edir. Ona görə, bunu səsvermə korrupsiyası adlandırırıq. Seçkidə alış-veriş yolverilməzdir. Beynəlxalq müşahidəçilər də bizimlə eyni fikirdədirlər. Onlar da hesab edirlər ki, belə hallar seçki prosesinə kölgə salır. Mən obyektiv olacağam, bu cür neqativ hadisələrə göz yummayacağıq".

17 yaşlı müğənninin yalanını paylaşımı ifşa etdi

13 Aprel 2017 17:24

Gənc müğənni Aleyna Tilki üzərində 18 noyabr yazan bir reklam lövhəsi qarşısında aylar öncə çəkdirdiyi fotosunu İnstagram hesabından paylaşıb.  "Cevapsız çınlama" klipi ilə izlənmə rekordları qıran Aleyna Tilkinin İnstagram hesabından etdiyi paylaşımdakı tarix təqibçilərinin gözündən qaçmayıb.

Amerikadan Suriyaya daha bir zərbə

13 Aprel 2017 16:35

Suriya ordusuAmerikanın Deyr əz Zor şəhərində yerləşən silah anbarını vurduğunu bildirir. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Amerika İŞİD  terror qrupuna aid silah anbarını vurub. Hadisə nəticəsində çoxlu sayda sadə vətəndaşların, uşaqların həlak olduğu bildirilir. Vurulma anında havada sarı tüstülərin görüldüyü bildirilir. Verilən məlumata görə, silahlar anbardakı qaz deposunu hədəf alıb. Ərzidə kimyəvi təhlükənin olması qaçılmazdı.

"Mənə bax! Qorxubsunuz, yuxunuz qaçıb!" - BMT-də böyük qalmaqal - VİDEO - FOTO

13 Aprel 2017 16:20

"Bundan belə Rusiyanı aşağılamağa cürət etmə! Qorxmusunuz, yuxunuz qaçıb ki, Suriya məsələsində Birləşmiş Ştatlarla əməkdaşlıq edəcəyik. Siz bundan qorxursunuz! Mənə bax, gözlərini yayındırma. Hara baxırsan?!"

“Binnətin yanı”nda özbəklərlə azərbaycanlılar arasında kütləvi dava

13 Aprel 2017 16:07

Aprelin 8-də Rusiyanın Nijniy Taqil şəhərində azərbaycanlılarla Orta Asiyadan gəlmiş bir qrup şəxs arasında kütləvi dava olub.  “Binnətin yanı” kafesində dalaşan şəxslərin əksəriyyətinin idmançı olduğu və təkbətək döyüş növləri ilə məşğul olduqları bildirilir.

Suriya Baş Qərargahı: Koalisiya qüvvələri İŞİD-in kimyəvi silah anbarını vurub, yüzlərlə ölən var

13 Aprel 2017 15:50

"Beynəlxalq koalisiyaya məxsus təyyarələr İŞİD-in Deyr-əz-Zor vilayətində kimyəvi silah anbarına zərbə endirib. Zəhərli maddələrin ətrafa yayılması nəticəsində yüzlərlə terrorçu və dinc sakin həlak olub".

Vitali Kliçko "Eurovision" müsabiqəsində Rusiya nümayəndəsinin iştirakı məsələsini şərh edib

13 Aprel 2017 15:41

Kiyevdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Rusiya nümayəndəsinin iştirakı siyasiləşdirilir. Bu barədə jurnalistlərə Bakıda səfərdə olan Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko bildirib.

"Ərim xəyanət etdi" deyirdi, özünün görüşdüyü kişi ortaya çıxdı

13 Aprel 2017 15:30

Yanvar ayında boşanan Bircə Akalay ilə Sarp Levendoğlu sosial şəbəkə hesablarından ad çəkmədən bir-birlərini hədəf alıblar. Qarşılıqlı mesajlara Akalayın anası və ailə həyatlarının bitmə səbəbkarı olaraq göstərilən Derya Şensoy da daxil edilib.