Dünya

Nüvə silahından istifadəyə bir neçə saat qaldı – Yarımadada "qırmızı həyəcan"

14 Aprel 2017 12:17

Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) rəhbərliyi ilə ABŞ dövləti arasında yaranan gərginlik nüvə müharibəsi riskini daha da artırıb. Şimali Koreya lideri Kim Çen İnin ABŞ-a qarşı hərbi təhdidlərindən sonra ABŞ hərbi dəniz donanmasının aid nəhəng “USS Carl Vinson” təyyarədaşıyanı və döyüş gəmiləri Koreya yarımadası sularına daxil olub.

Beyninə qan sızan müğənnidən bir yaxşı, bir pis xəbər

14 Aprel 2017 12:10

Məşhur müğənni İbrahim Erkalın dünən beyninə qan sızdığı və əməliyyat olunduğu haqda məlumat vermişdik. Onun vəziyyəti hələ də ağır olaraq qalır. Bu barədə məlumatı həkimlər bugünkü açıqlamalarında veriblər.

Ukrayna polisi: Kiyevdə terakt törətməyə hazırlaşan Rusiya vətəndaşı saxlanılıb

14 Aprel 2017 12:03

Ukrayna polisi Kiyev vilayətində silahlı Rusiya vətəndaşının saxlanıldığını bəyan edib. Üzərində həmçinin partlayıcı qurğu aşkarlanan rusiyalı terror aktı törətməyə hazırlıqda şübhəli bilinir. Ukrayna Milli Polisinin rəisi Sergey Knyazev bildirib ki, hazırda 33 yaşlı Rusiya vətəndaşının ölkəyə hansı məqsədlə gəldiyi araşdırılır.

Yaponiya Çinə etiraz notası təqdim edib

14 Aprel 2017 12:01

Yaponiyanın Xarici İşlər Nazirliyi Çinin Tokiodakı səfirinə etiraz notası təqdim edib. Etiraz Çin gəmilərinin iki ölkə arasında mübahisəli ərazi hesab olunan Senkaku adalarına yaxınlaşması ilə əlaqədardır. Məlumatda qeyd olunur ki, Çin sahil mühafizə xidmətinə məxsus 4 gəmi adalara yaxınlaşıb. Bu, təkcə 2017-ci ildə 10-cu belə hadisə olub.

Türkiyə qırıcıları İraqın şimalında

14 Aprel 2017 11:33

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında əməliyyat keçirib.  Zap bölgəsində aparılan əməliyyat zamanı PKK terror təşkilatının mövqeləri məhv edilib. 

Təyyarələr üçün “ağıllı” kreslo yaradılıb

13 Aprel 2017 19:46

Böyük Britaniyanın “Simba Sleep” şirkəti təyyarə uçuşları üçün yüksək texnologiya ilə təchiz edilən “Air-Hybrid” kreslosunu təqdim edib.  

Smartfonlar üçün soyutma sistemli plyonka istehsal ediləcək

13 Aprel 2017 19:41

Çin alimləri soyutma sisteminə malik plyonkanın buraxılışına başlamağa hazırlaşırlar. Qrafen və mis tərkibli materiallardan ibarət plyonka cihazların soyudulması məqsədilə yeni nəsil mobil qurğularda tətbiq ediləcək.

Çap plataları üçün qrafen mürəkkəb icad edilib

13 Aprel 2017 19:36

Kembric Universitetinin mütəxəssisləri çap plataları üçün qrafen materialından istifadəni təklif edərək xüsusi qrafen mürəkkəb yaradıblar. Tədqiqat müəllifi Ceyms Maklaud bütün tip elastik elektronikanın çapı üçün elektrikkeçirici mürəkkəblərin yaradılması üzərində iş aparıldığını bildirib. “Bizim qrafen mürəkkəb mahiyyət etibarilə elektron sxemlərin çapı üçün istifadə edilən spirtə qatılmış tozaoxşar qrafendir. Spirtdən mürəkkəbin yaradılması üçün ilk dəfədir istifadə olunur”, - o qeyd edib.

İlk robotlaşdırılmış ayaq nümayiş olunub

13 Aprel 2017 19:31

“Toyota” şirkəti ilk robotlaşdırılmış “Welwalk WW-1000” ayaq prototipini nümayiş etdirib. Şirkət nümayəndələrinin sözlərinə görə, bu ilin sonunda satışa çıxarılması gözlənilən “Welwalk WW-1000” qurğusu onun yuxarı hissəsində yerləşən xüsusi kontrollerdən siqnallar alan robotlaşdırılmış ramadan ibarətdir və sinir sonluqlarına xüsusi sensorlar vasitəsilə qoşulur. Bu, siqnalların ötürülməsini, eləcə də hərəkətə gətirilmə üçün onların şifrlərinin açılmasını təmin edir.  

“Microsoft Edge” növbəti dəfə ən enerji səmərəli brauzer adına layiq görülüb

13 Aprel 2017 19:26

Ötən il "Microsoft", "Google", "Opera" və "Mozilla" şirkətləri arasında hansı brauzerin daha az enerji sərf etməsi ilə bağlı mübahisə olmuşdu. Hər bir şirkət öz proqram təminatının üstün olmasını iddia edirdi, amma "PCWorld" resursunun müstəqil ekspertləri tərəfindən keçirilmiş test nəticəsində məlum olub ki, "Microsoft Edge" brauzeri "Windows" əməliyyat sistemi üçün ən enerji səmərəli brauzerdir. "Microsoft" şirkəti "Windows 10 Creators Update" yenilənməsinin çıxarılmasından sonra brauzerlərin enerji səmərəliliyi üzrə daha bir test keçirməyə qərar verib.

43 milyon “iPhone” istifadəçisi “iOS 11” sistemini quraşdıra bilməyəcək

13 Aprel 2017 19:21

“iOS 11” əməliyyat sisteminin illik yenilənməsi və mobil qurğuların texniki tələblərinə dəyişikliklərə görə əksər “iPhone” istifadəçiləri onu quraşdırmaq imkanından məhrum olacaq. Bununla əlaqədar olaraq “Apple” şirkəti köhnəlmiş qurğuların dəstəklənməsini dayandıracaq, “iPhone” smartfonlarının çoxu yalnız “iOS 10” sistemini dəstəkləyəcək.

Real vaxt rejimində çapın virtual monitorinqi üçün 3D” printer yaradılıb

13 Aprel 2017 19:18

İspaniyanın “Eurecat” şirkəti operatora real vaxt rejimində çap prosesini izləməyə və işin sonunadək nəticəni görməyə imkan verən xüsusi ekranla təchiz edilən “3D” printer hazırlayıb.

Sərxoş halda yıxılan müğənniyə daha bir zərbə

13 Aprel 2017 19:12

Aktyor Nejat İşler İstanbul Film Festivalındakı münsiflikdən kənarlaşıb. Buna səbəb aktyorun bir neçə gün əvvəl dostları bir əyləncə məkanında səhərəcən vaxt keçirdikdən sonra sərxoş halda pilləkənlərdən yıxılaraq zədələnməsidir. 

Gecə vaxtı beyində nələr baş verir?

13 Aprel 2017 19:08

Alimlər beynin yuxugörməyə cavabdeh olan hissəsini araşdırıblar. Məlum olub ki, gündüzlər görmə qabiliyyətini tənzimləyən beynin arxa hissəsi axşamlar yuxugörməyə cavabdehdir.