Dünya

Son bir həftədə 543 nəfər saxlanıldı

13 Aprel 2017 12:06

Türkiyə Daxili İşlər nazirliyi son bir həftə ərzində PKK və İŞİD terror qruplaşmasına qarşı apardığı əməliyyatları açıqlayıb. “Olaylar” “SadeceHaber” - ə istinadən bildirir ki, təhlükəsizlik qüvvələrinin apardığı əməliyyat zamanı 543 nəfər şübhəli qismində saxlanılıb. Türkiyənin 21 bölgəsində PKK terror qruplaşmasına qarşı aparılan əməliyyat nəticəsində 412 nəfər, 13 bölgədə İŞİD terror qruplaşmasına qarşı aparılan əməliyyat zamanı isə 131 nəfər şübhəli qismində saxlanılıb.

Beyninə qan sızan müğənninin xanımının son halı ürək dağladı

13 Aprel 2017 11:26

Məşhur müğənni İbrahim Erkalın dünən beyninə qan sızdığı və əməliyyat olunduğu haqda məlumat vermişdik. Həkimlərin 72 saat vaxt qoyduqları Erkalın başına gələnlər hər kəsi üzüb.

Beren və Kənanın yeni avtomobili - 250 minlik

13 Aprel 2017 11:21

Aktyor Kənan Doğulu və xanımı Beren Saat ötən gün Etiler istiqamətində görüntüləniblər. Bir məkanda şam yeməyi yedikdən sonra cütlük yeni aldıqları "BMW X1" markalı avtomobillərinə əyləşiblər. Şən əhval-ruhiyyədə olan cütlük kameralara da əl edib. 

"Şimali Koreya nüvə proqramını inkişaf etdirir"

13 Aprel 2017 11:19

Şimali Koreya aşkar surətdə nüvə proqramını inkişaf etdirir. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano NHK telekanalına müsahibəsində bəyan edib. "Yon Bon nüvə obyektində uranın zənginləşdirilməsi məqsədi ilə tikililərin sayı iki dəfə artıb. Ətraf ərazilərdə yardımçı binaların inşası davam etdirilir", - Y.Amano qeyd edib.

Rusiya Suriya üzrə qətnaməsinin qəbul edilməsinə imkan verməyib

13 Aprel 2017 11:16

Veto hüququndan istifadə edən Rusiya BMT TŞ-nin Suriya üzrə qətnaməsinin qəbul edilməsinə imkan verməyib. Qətnamə layihəsi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən təqdim edilib.

Etiraf: "AB Komissiyasının planı uğursuz olub"

13 Aprel 2017 11:14

AB Komissiyasının sayları sürətlə artan və Yunanıstan və İtaliya üçün böyük yük təşkil edən qaçqınların kvota üsulu ilə üzv ölkələr arasında paylaşılması planı uğursuz olub.

İsveçrə turistlər üçün cəlbediciliyini itirir

12 Aprel 2017 19:52

Ümumdünya İqtisadi Forumu dünyanın turistlər üçün ən cəlbedici ölkələrinin 2017-ci il üçün reytinq cədvəlini açıqlayıb. Reytinqin hazırlandığı 2007-ci ildən 2015-ci ilə qədər siyahıda 1-ci yeri, 2016-cı ildə isə 6-cı yeri tutmuş tutan İsveçrə bu il 10-cu yerdə qərarlaşıb. 

Proqram təminatlarında aşkar edilmiş boşluqların sayı rekord səviyyədədir

12 Aprel 2017 19:47

20 ildən çox müddətdə informasiya təhlükəsizliyi sahəsində tədqiqatlar dərc edən "IBM X-Force" laboratoriyası boşluqlar haqda yeni hesabatını təqdim edib. Məlum olub ki, boşluqların sayı rekord səviyyədədir və hakerlər ən uğurlu maliyyə yönümlü zərərverici proqramların imkanlarını genişləndirərək onları beynəlxalq səviyyədə tətbiq edirlər.

Dünyanın ən böyük smartfon istehsalçısı kimdir?

12 Aprel 2017 19:42

“TrendForce” analitik şirkəti cari ilin birinci rübündə dünyada 307 milyon smartfon buraxılmasını və bunun əvvəlki rübdən 23 faiz az olmasını açıqlayıb.

Qrafen əsaslı “OLED” ekranlar yaradılıb

12 Aprel 2017 19:38

Cənubi Koreyanın elektronika və telekommunikasiya sahəsində tədqiqat institutunun mütəxəssisləri “OLED” ekranlar üçün qrafen materialından şəffaf elektrodlar yaradaraq displey istehsalçıları üçün ciddi irəliləyişə nail olublar.

Kompüterlərin tədarük həcmi 10 il geriyə qayıdıb

12 Aprel 2017 19:33

“Gartner”in qiymətləndirməsinə görə, 2017-ci ilin yanvar-martında istehsalçılar ümumilikdə 62,18 milyon masaüstü və noutbuk tədarük ediblər ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 2,4% azdır. Sözügedən bazarın rüblük həcmi 2007-ci ildən bəri ilk dəfə 63 milyondan az olub.

4 aylıq arvadını "çay evi"ndə başqa kişiylə tutdu

12 Aprel 2017 19:23

Türkiyədə, Kocaelinin İzmit mahalında 4 aylıq arvadını başqa bir adamla "çay evi"ndə tutan ər Serkan S. və qayınata polisə şikayət edib. Gələnlərin polis olduğuna inanmayaraq müqavimət göstərməyə çalışan Tuğba S. adlı 4 ayın gəlini saxlanılıb.

Uşaqlar barmağını niyə əmir?

12 Aprel 2017 19:19

Ümumiyyətlə, barmaq əmmək körpənin hələ ana bətnindəykən öyrəndiyi ilk davranış reflekslərindən biridir. Körpələrin ilk zövq alma duyğuları ağız ətrafında reallaşır. Ana döşünü əmərək qidalanan uşaq üçün ətrafını tanıma prosesi yenə ağız yolu ilə refleks olaraq baş tutur. Buna görə uşaq bu dövrdə hər şeyi, ayaq və əl barmaqlarını belə, ağzına salıb əmir. Hətta oyuncağı, yorğanını əmən körpələr var. Onlar hər bir obyekti ağızlarına apararaq dadmağa və anlamağa çalışarlar. Bu hal yalnız qidalanma instinkti ilə bağlı olan bir vərdiş deyil. Bu davranışla həm də müxtəlif obyektləri tanımağa çalışırlar. Diş çıxarma zamanı da diş əti qıcıqlamasından dolayı körpə barmağını əmə bilər.

Kənan İmirzalıoğlu geri qayıdır

12 Aprel 2017 19:13

Serial saatı azalmadıqca çəkiliş meydançasına qayıtmayacağını deyən məşhur aktyor Kənan İmirzalıoğlu yeni layihədə çəkilməyə hazırlaşır.

Dişi kariesdən qoruyan "ömürlük" plomb kəşf edildi

12 Aprel 2017 19:04

Rusiyadan olan bir qrup alim tərəfindən plombların istifadə müddətini uzadan, dişləri karies və mikroblardan müdafiə edən "ömürlük" nanomaterial hazırlanıb.