Dünya
Suriyadakı bombalar: geosiyasi risklərə verilən təkan
Son vaxtlar Suriyada hadisələr çox təhlükəli istiqamətdə cərəyan edir. Amerikanın Bəşər Əsəd ordusuna məxsus hərbi bazanı bombalamasından sonra vəziyyət daha da gərginləşib. Rusiyanın təpkisi çox sərt olub. Moskva hətta savaşla hədələyib.
Baş Prokurorluq Dortmunddakı partlayışı terror adlandırdı: Saxlanılan var
Almaniyanın Baş Prokurorluğu Dortmunddakı partlayışın terror aktı olduğunu açıqlayıb. Baş Prokurorluq hadisənin törədilməsində "İslam izinin" olduğunu istisna etməyib. Məlumata görə, terror aktının törədilməsində iki dini ekstremist şübhəli bilinir. Onlardan biri həbs olunub.
Yaponiya qırıcıları havaya qaldırıldı
Yaponiya Hərbi Hava Qüvvələrinin qırıcıları Rusiyanın altı təyyarəsinin ölkənin hava sahəsinə yaxınlaşması səbəbi ilə havaya qaldırılıb.
Pentaqon rəhbəri: “Rusiya ilə ABŞ arasında müharibə mümkün deyil”
Vaşinqton və Moskva arasında münasibətlərin kəskin şəkildə soyumasına baxmayaraq tərəflər əlaqələr kanalını aktiv şəkildə saxlayır. “Amerikanın səsi” xəbər verir ki, bunu Pentaqon rəhbəri Ceyms Mettis bildirib.
Trampın arvadından “Daily Mail” nəşrinə 150 milyonluq TƏZMİNAT TƏLƏBİ
Britaniyanın “Daily Mail” tabloidi ABŞ-ın birinci xanımı Melana Trampa onun keçmiş həyatı ilə bağlı məqalə dərc etməsinə görə pul vəsaiti ödəyəcəyi və təkzib verəcəyi ilə bağlı öhdəlik götürüb. SİA xəbər verir ki, bu barədə adıçəkilən nəşrdə qeyd edilib.
"Türkiyə prezident sisteminə keçidə hazırdır"
“Türkiyədə referendum bütün hallarda baş tutacaq. Orada iştirak edəcək insanların böyük əksəriyyəti də düzəlişlərə səs verəcəklər”.
Namizədlər rüşvət verdikləri seçiciləri necə izləyib?- İDDİA
“Bunun üçün innovasiya və informasiya texnologiyalarından istifadə olunub” “Aprelin 2-də Ermənistanda keçirilən parlament seçkilərində hakim “Respublika” partiyasından olan bir neçə reytinqli namizədlər seçicilər üzərində nəzarət saxlamaq üçün maraqlı innovasiya vasitələrindən istifadə ediblər”.
“Jamanak”: “Sarkisyan parlamentdə “cavanlaşma” apararaq öz adamlarını təyin edir”
“Bu günlərdə parlamentin sədri vəzifəsinə hansı namizədlərin seçiləcəyi fəal şəkildə müzakirə olunmaqdadır və bu günə qədər ən mümkün namizəd kimi rusiyalı oliqarx Samvel Karapetyanın qardaşı Karen Karapetyan hesab edilirdi. Fəaliyyətdə olan parlament sədri Qalust Saakyan da Karen Karapetyanın sözügedən vəzifəyə təyin olunacağı ehtimallarını demək olar ki, təsdiq etmişdi ”. Bu fikirlər Ermənistanın “Jamanak” qəzetində sözügedən mövzuya həsr edilən yazıda verilib.
Rusiyanın məşhur mediaholdinqi satışa çıxarıldı
"RBK" Media Holdinqi xüsusi mülkiyyətdir. Hesab edirik ki, onun taleyinə qarışmaq haqqımız yoxdur". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məşhur "RBK" televiziyasının, xəbər saytının və eyniadlı nəşrin satılmasına münasibət bildirərkən deyib.
Yeni təklif: pensiya yaşı 35 olsun
“35 yaşda pensiyaya çıxmaq”. Bu fikir xeyli maraqlı görünür. Artıq ABŞ-da bu məsələ bloq və sosial şəbəkə istifadəçiləri arasında ciddi müzakirəyə çevrilib. Hətta yollarını axtarıb, təkliflər irəli sürənlər də var.
Ermənilər "Qarabağ" pomidorlarını ölkəyə buraxmadılar
Ermənistanın gömrük orqanları Türkiyədən gətirilən və üzərində "Qarabağ" markası olan pomidorları ölkəyə buraxmayıb. Ümumilikdə, 50 kiloqramlıq pomidor olan yeşiklər geri qaytarılıb.
Rusiya prezidenti Suriyadakı kimyəvi hücumun əsas versiyalarını açıqlayıb
“Suriyanın İdlib əyalətində baş vermiş kimyəvi hücumla bağlı iki əsas versiya var”. Bunu Rusiya prezidenti Vladimir Putin "Mir" telekanalına müsahibəsində deyib.
Putin: "Suriyada döyüşən əcnəbilərin təxminən yarısı MDB ölkələrinin vətəndaşıdır"
"Suriyada təxminən 20 minə yaxın əcnəbi döyüşür. Onlardan 9 miniMDB ölkələrinin vətəndaşıdır". Bunu Rusiya prezidenti Vladimir Putin "Mir" telekanalına müsahibəsində bildirib. "Bu 9 minin təxminən yarıdan azı isə Rusiya vətəndaşıdır. 5 min nəfər isə Mərkəzi Asiya, KTMT-yə üzv ölkələrin payına düşür. Ona görə də təhlükə çox böyük və realdır. Biz bunu bilirik, bu təhlükənin miqyasını anlayırıq. Təhlükəni minimallaşdırmaq üçün hər şey etməliyik. Bunun üstündə işləyirik", - deyə Rusiya lideri vurğulayıb.
Putin: “Rusiyada və KTMT ölkələrində “rəngli inqilab”lara imkan verməyəcəyik”
“Rusiya istər ölkə daxilində, istərsə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrində “rəngli inqlablar”la mübarizə aparacaq”.
Putin: "Tramp dövründə Rusiya ilə ABŞ arasında etimad deqradasiyaya uğrayıb"
Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq Donald Tramp dövründə iki ölkə arasındakı münasibətlərə qiymət verib.














