Dünya

Lavrov: "Tramp Administrasiyasının real niyyətlərini bilməliyik"

12 Aprel 2017 14:07

Moskva ABŞ-ın mövqeyini, Tramp Administrasiyasının real niyyətlərini bilməlidir. Bunu bu gün Moskvada ABŞ dövlət katibi Reks Tillersonla keçirilən görüşdə Rusiya XİN rəhəbri Sergey Lavrov deyib.

Kasıb Ermənistanın zəngin meri - Markaryanın 250 milyon pulu var

12 Aprel 2017 13:48

2013-cü ildə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə İrəvan şəhər meri Taron Markaryanın elan edilmiş nəhəng mülkü böyük səs-küy yaradıb.  Rəhbərlikdə olduğu beş il ərzində Ermənistanda yoxsulluğun sürətlə artdığı bir vaxtda İrəvan şəhər meri Taron Mrakaryan sərvətini çoxalda bilib. O, 2013-cü ildə var-dövlətinin 115 milyon dram olduğunu açıqlamışdısa, indi bu rəqəm 250 milyon dramdır.  Bundan başqa, Markaryan 45 min dollar, 50 min avroya və "Zet & Zet" şirkətinin 50%-lik səhmlərinə də malikdir. 

Məktəbdə radioaktiv maddə tapıldı

12 Aprel 2017 13:46

Ermənistanda bu gün yerli vaxtla saat 08:05 radələrində Qeğarkunik vilayətinin Qavar şəhərində yerləşən məktəblərdən birində radioaktiv maddə aşkar edilib.  Radioaktiv maddə məktəbin fizika laboratoriyasında tapılıb.

Rusiyada qətl törətmiş azərbaycanlı İnterpola verildi

12 Aprel 2017 13:31

Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlını beynəlxalq axtarışa verib. Gürcüstan Respublikasının vətəndaşı olan 25 yaşlıSalman Musayev bu ölkədə qətl törətməkdə təqsirli bilinir və məhkəmə qərarı ilə barəsində beynəlxalq axtarış elan edilib.

Lavrov: “Tramp administrasiyasının real niyyətini anlamaq istəyirik”

12 Aprel 2017 13:27

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Reks Tillersonla görüşü keçirilir. Görüşün yalnız protokol hissəsi mediaya açıq olub.  S. Lavrov ABŞ dövlət katibi ilə görüşdə beynəlxalq məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyini söyləyib. Rusiya XİN başçısı ABŞ-ın Suriyaya endirdiyi raket zərbələrindən narahatlığını bir daha dilə gətirib: "Ümid edirik ki, bu cür hallar bir daha təkrarlanmayacaq. Hesab edirəm ki, səfəriniz mühüm əhəmiyyət daşıyır. Moskva üçün Tramp administrasiyasının real niyyətini anlamaq olduqca vacibdir".

Ərdoğan ilk dəfə açıqladı: "Qiyam günü mənə təklif etdilər ki..."

12 Aprel 2017 13:22

Təkhakimiyyətlilik dediyimiz zaman nə başa düşülür? Qanunvericilik, icra, məhkəmə hakimiyyətlərini bir nəfər ələ keçirib, rəhbərlik edir. Belə bir şeydən söz gedə bilməz.

Uçuş edən sərnişin təyyarəsi ilə əlaqə kəsildi

12 Aprel 2017 13:21

İndoneziyanın şərq hissəsində yerləşən Papua əyalətində dispetçerlər kiçik sərnişin təyyarəsi ilə əlaqəni itiriblər. Ölkənin Nəqliyyat Nazirliyinin nümayəndəsi təyyarənin göyərtəsində bir neçə sərnişinin olduğunu deyib. Təyyarənin axtarışına başlandığı bildirilir.

Türkiyədə partlayış – Ərazi kimyəvi həyacan zonası elan edildi

12 Aprel 2017 12:50

Səhər saatlarında Türkiyədə daha bir partlayış hadisəsi baş verib. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, Türkiyənin Tekirdağ vilayətinin Çerkezköy qəsəbəsində bir tikiş fabrikində bir qazanda partlayış baş verib. 29 nəfər tüstüdən zəhərlənərək dərhal xəstəxanaya yerləşdirilib. Partlayışdan sonra ərazi kimyəvi həyacan zonası hesab edilir.

"Eurovision-2017" üçün bütün biletlər satılıb

12 Aprel 2017 12:26

Kiyevdə keçiriləcək "Eurovision-2017" beynəlxalq mahnı müsabiqəsinin üç final şousuna biletlərin hamısı satılıb. Bunu bilet satışı ilə məşğul servisin rəsmi məlumatları göstərir. "Eurovision-2017" beynəlxalq mahnı müsabiqəsi üçün biletlər aprelin 10-da satışa çıxarılıb. Ümumilikdə 70 min bilet satışa çıxarılıb. Ən ucuz biletin dəyəri 8 avrodur. Final şousu zamanı ən ucuz bilet 80 avroya, ən bahalısı isə 500 avroyadır.

Almaniyada partlayışın baş verdiyi ərazidən məktub tapılıb

12 Aprel 2017 12:18

Futbol üzrə Çempionlar Liqasında Fransa "Monako"su ilə oyundan öncə Dortmundda Almaniyanın "Borussiya" komandasının avtobusunun qarşısında partlayışın baş verdiyi ərazidən məktub tapılıb.

Nazarbayev latın əlifbasına keçilməsi ilə bağlı sərəncam imzalayıb

12 Aprel 2017 12:14

Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın əlifbası əsasında Qazaxıstan əlifbasının vahid standartının hazırlanması ilə bağlı sərəncam imzalayıb.

Ailəsi itən 11 yaşlı qızlarının QARA XƏBƏRini aldı

12 Aprel 2017 12:11

11 yaşlı Ebba Akerlundun itməsi barədə polisə məlumat verilmişdi, ailəsi bir müddət sonra onun ölüm xəbərini alıb. O, Stokholmda yük maşını ilə törədilən terrorun qurbanı olub. 

Qadın müəllim şagirdi ilə intim münasibətdə oldu, 6 aylıq cəza aldı

12 Aprel 2017 12:04

27 yaşlı Kimberli Naquin 6 ay müddətinə həbs edilib. O, sinif otağında 16 yaşlı qızla intim münasibətdə olduğuna görə tutulub. Kimberli onunla 11 ay müddətində birlikdə olub. O, intim münasibətini etiraf etdikdən sonra 6 aylıq cəza almaqla kifayətlənib. Hadisə Amerika məktəblərinin birində baş verib.

Diyarbəkirdəki partlayış terror aktıdır - Nazir AÇIQLADI

12 Aprel 2017 12:01

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ötən gün Diyarbəkirin Bağlar mahalındakı güclü partlayışla bağlı inanılmaz açıqlama edib.

Tillerson Moskvada Bəşər Əsədin gələcək taleyini müzakirə edəcək

12 Aprel 2017 11:38

Moskvada səfərdə olan ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar zamanı Suriya prezidenti Bəşər Əsədin gələcək taleyini müzakirə edəcək.