Dünya

ABŞ administrasiyası: İŞİD “zarin” qazına malik deyil

12 Aprel 2017 11:34

ABŞ administrasiyasında hesab edirlər ki, İŞİD terror qruplaşması Suriyada əsəb-iflic təsirli “zarin” qazına malik deyil,  terrorçuların isə İdlibdəki kimyəvi silah istifadəsi ilə heç bir əlaqəsi yoxdur.

Putin ABŞ-ın tərəfdaşlarını Suriyaya raket zərbəsini dəstəklədiklərinə görə qınayıb

12 Aprel 2017 11:33

Rusiya prezidenti Vladimir PutinABŞ-ın tərəfdaşlarını Suriyaya endirilən raket zərbəsini vəziyyəti təhlil etmədən dəstəklədiklərinə görə qınayıb.   Putin qeyd edib ki, Suriya ordusunun  kimyəvi silahdan istifadə etməsini təsdiqləyən heç bir dəlil  yoxdur,  beynəlxalq hüququn pozulması isə var.  

27 PKK – lı saxlanılıb

12 Aprel 2017 11:29

16 aprel Türkiyədə keçiriləcək referendum zamanı mitinqlər planlaşdıran PKK terror qruplaşmasının üzvləri saxlanılıb. İstanbul Terrorla Mübarizə idarəsinin ötən gün axtarış əməliyyat tədbirləri həyata keçiriblər. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki,  axtarışlar İstanbulun 15 qəsəbəsində arılıb. 35 nəfərin saxlanılacağı planlaşdırılan əməliyyatda, 27 nəfər şübhəli şəxs və terror qruplaşmasının mitinqlər zamanı istifadə edəcəyi planlaşdırılan əşyalar saxlanılıb.

Əri Tuba haqda danışmaq istəmədi

12 Aprel 2017 11:23

"Vatanım sensin"də rol alan Onur Saylak dünən prodüser Gül Oğuzla birgə görünüb. Aktyor fotolarının çəkildiyini hiss edincə əsəbiləşib. O, xanımı Tuba Büyüküstün haqda verilən suallardan yayınmaq üçün qulaqlığı taxıb.

Çin Antarktidada aerodrom tikəcək

12 Aprel 2017 11:21

Çin Antarktidada aerodrom tikintisinə 2018-ci ildə başlayacaq. Bu barədə Çin Dövlət Okeanoloji İdarənin Qütb Tədqiqatları İnstitutunun direktor müavini Sun Bo bildirib.

Wi-Fi və kamerası olan gün eynəkləri satışda

11 Aprel 2017 20:25

"Snapchat" şirkəti Wi-Fi və kamerası olan "Spectacles" adlı günəş eynəklərini satışa çıxarıb. Alıcıya üç rəngdə - qara, mavı və çəhrayı gün eynəkləri təklif olunur.

“Word” mətn prosessorunun bütün versiyalarında təhlükəli boşluq aşkar edilib

11 Aprel 2017 19:56

“FireEye” şirkətində çalışan informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin məlumatına görə, “Microsoft Word” mətn prosessorunun  bütün versiyalarında "sıfır gün" boşluğu aşkar edilib. Bu boşluq qurbanın kompüterinə zərərverici proqram təminatını yükləməyə imkan verir.

İndi “Google Duo” messencerində səsli zənglər hamı üçün əlçatandır

11 Aprel 2017 19:51

Ötən il “Google” şirkəti “Allo” messenceri ilə yanaşı, videokonfranslar üçün “Duo” xidmətini təqdim edib. Sözügedən xidmət istifadəyə verildikdən 1 həftə sonra “Google Play” rəqəmli mağazasında ən populyar pulsuz mobil tətbiqlərin reytinqində lider olub. “Duo” tətbiqinin populyarlığına baxmayaraq, istifadəçilər bu xidmətin məhdud imkanlarından şikayətləniblər və nəticədə xidmətin auditoriyası sürətlə azalmağa başlayıb. Ötən ayın sonunda xidmətin yaradıcıları tərəfindən istifadəyə verilmiş səsli rabitə funksiyası indiyədək yalnız Braziliyada əlçatan olub. İndi isə səsli rabitə imkanı hər kəs üçün əlçatandır.

Yığcam “Bluetooth” modul adi qulaqlıqları simsiz qulaqlıqlara çevirir

11 Aprel 2017 19:47

"Boud" startapı "Kickstarter" platformasında adi qulaqlıqları simsiz qulaqlıqlara çevirən kiçikölçülü "Bluetooth" modulun istehsalına vəsait toplanılması üzrə kampaniya başladıb.

Həyatın ən SEVİNCLİ ŞOKU: bankomatdan pul yağışı - VİDEO

11 Aprel 2017 19:43

Malayziyada bir gənc həyatının ən sevincli şokunu yaşayıb. Belə ki, xarab bir bankamatdan pul çəkmək istəyən gənc aparatdan pul saçmağa başladığını görür. Nəticədə bir anda gəncin ətrafı pulla dolur. Bu sevincli məqamlar anban kameraların yaddaşına köçüb.

Neslihan Atagüldən 1,2 milyonluq müqavilə

11 Aprel 2017 19:40

"Kara sevda"nın ulduzu Neslihan Atagül yeni reklamda rol alıb. O, bir idman markasının reklam siması olub.