Wi-Fi və kamerası olan gün eynəkləri satışda
"Snapchat" şirkəti Wi-Fi və kamerası olan "Spectacles" adlı günəş eynəklərini satışa çıxarıb. Alıcıya üç rəngdə - qara, mavı və çəhrayı gün eynəkləri təklif olunur.
11 Aprel 2017 20:25 Dünya"Snapchat" şirkəti Wi-Fi və kamerası olan "Spectacles" adlı günəş eynəklərini satışa çıxarıb. Alıcıya üç rəngdə - qara, mavı və çəhrayı gün eynəkləri təklif olunur.
Eynəyə quraşdırılmış iki videokamera vasitəsilə şəkil və 10 saniyəlik videorolik çəkmək olacaq. "Spectacles" smartfonla Wi-Fi və ya "Bluetooth"la əlaqələndirildiyi üçün çəkilən şəkil və videolar avtomatik olaraq smartfonun yaddaşına atılacaq.
130 dollar dəyəri olan gün eynəklərinin akkumulyatoru enerjini bir gün ərzində tam saxlayır. İKT.lent.az-ın "vladtime.ru"ya istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31