Məşhur müğənni xəstəxanaya yerləşdirildi

Məşhur türkiyəli müğənni İbrahim Erkal gecə saatlarında təcili xəstəxanaya yerləşdirilib. "Olaylar" "HaberTürk" - ə istinadən bildirir ki, müğənni avtoqarajda huşunu itirmiş halda tapılıb. Ətrafdakı insanların köməkliyi ilə gecə saatlarında Kartal Dr. Lütfi Kırdar təhsil ve araşdırma xəstəxanasına yerləşdirilən müğəninin səhhətində ciddi problemlər olduğundan Liv özəl xəstəxanasına  göndərilib. Həkimlər sənətçinin sağ qulağının arxa tərəfində deşik olduğunu bildirblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31