Dünya

Məşhur aktrisa Kıvanç Tatlıtuğla sevgili imiş? - qalmaqal

11 Aprel 2017 19:36

Aktrisa Birce Akalay haqqında çıxan bir xəbərə etirazını bildirib. Bir qəzetdə Bircenin stilist Başak Dizerin yeni məhsullarının siması olacağı yazılıb. Eyni zamanda da aktrisanın Başakın həyat yoldaşı, aktyor Kıvanç Tatlıtuğun keçmiş sevgilisi olduğu iddia edilib.

Hadisədən Cennifer Lopez əməliyyatı!

11 Aprel 2017 19:21

Türkiyədə "Yerli Cennifer Lopez” ləqəbi ilə tanınan Hadisə dünya şöhrətli ulduzun izi ilə gedir. Havaların isinməsi ilə əlaqədar olaraq Hadisə arıqlamağa qərar verib. Məşhur müğənni Lopezin sağlamlıq və gözəllik üzrə mütəxəssisi Treysi Andersonunun yanına yazılıb. O, diyetoloqun 2 həftəlik detoks düşərgəsinə gedəcək. İddialara görə, müğənni bunun üçün təxminən 60 min lirə ödəyəcək.

Yəməndə 15 nəfər toqquşmaların qurbanı oldu

11 Aprel 2017 19:00

Yəmənin cənub-şərqindəki Şabva əyalətində hökumət qoşunları ilə "Ənsər Alla" (Husilər) hərəkatının üsyançıları arasında qarşıdurma yaşanıb. Münaqişəyə üsyançıların prezident Mənsur Xadinin nəzarət editiyi ərazilərə soxularaq şəhərin bir sıra mövqelərində nəzarəti ələ almaları səbəb olub. 

Rus məktəbində yanğın - 400 ADAM TƏXLİYƏ OLUNDU

11 Aprel 2017 18:57

Rusiyanın Penza şəhərində orta məktəbdə baş vermiş yanğın nəticəsində 400-ə yaxın şagird və müəllim təxliyə edilib. Yanğın məktəbin ikinci mərtəbəsində yerləşən ayaqyolunda başlayıb. Məktəbin əməkdaşı yanğının böyüməsinin qarşısını alıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Kremldə təhlükəsizlik tədbirləri gücləndirildi

11 Aprel 2017 18:03

Sankt-Peterburq metrosundakı faciəli hadisələrdən dərhal sonra Moskva Kremlində təhlükəsizlik tədbirləri gücləndirilib.

Tramp: "Çin Şimali Koreya məsələsinin həllində kömək etməsə..."

11 Aprel 2017 17:55

ABŞ Prezidenti Donald Tramp Çin rəhbəri Si Tsinpinə bəyan edib ki, iki ölkə arasında ticarət sazişinin şərtləri rəsmi Pekinin "Şimali Koreya problemi"nin həllində kömək göstərməsinə bağlıdır.

Əsgər sevgilisinin başını kəsdi - Qısqanclıq cinayəti...

11 Aprel 2017 17:51

Əfqanıstanda xidmət edən Harri Dillon qəribə davranışları ilə diqqət çəkən hərbçidir.  24 yaşlı Elis Raggiz ilə Harri sosial şəbəkə vasitəsilə tanış olublar. Əvvəlcə hər şey yaxşı olub. Daha sonra Harri Dillon onu hər şeyə görə qısqanmağa başlayıb. Harri öz qanıyla Elisə məktublar yazıb. Elis Raggiz bundan sonra ayrılmağa qərar verib. Ayrıldıqdan sonra Dillon haqqında Nortumbriya polisinə şikayət edən qız ona yazığı gəldiyi üçün həbs olunmasına etiraz edib.

Putin ABŞ-ın yeni HÜCUM PLANINI AÇIQLADI

11 Aprel 2017 17:42

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyanı vurmasının ona 2003-cü ildəki İraq işğalını xatırlatdığını söyləyərkən ABŞ-ın yeni bir hücum planına dair xəbər aldıqlarını bildirib.

Avtomobilin içərisindən 8 cəsəd tapıldı - Meksikada QANDONDURUCU OLAY - VİDEO

11 Aprel 2017 16:55

Meksikanın Querrero ştatının Çilpancinqo şəhərindəki bir yol kənarında avtomobilin içərisindən işgəncə edildikdən sonra boğularaq öldürülmüş 8 kişi cəsədi tapılıb. Ştat sözçüsü Alvarez 25-35 yaşları arasında olduqları təxmin edilən qurbanların vücudlarında "gözlə görüləcək dərəcədə işgəncə izləri" olduğunu qeyd edib.

ABŞ Tbilisidə hərbi baza tikəcək

11 Aprel 2017 16:53

ABŞ-ın dəstəyi ilə Tbilisi yaxınlığında Gürcüstan Hərbi Qüvvələrinin hərbi hazırlığı mərkəzi inşa ediləcək. Bu barədə Gürcüstanın müdafiə naziri Levan İzoriya məlumat verib. Gürcüstan Parlamentində Müdafiə və təhlükəsizlik komitəsinin dinləmələrində çıxışı zamanı o bildirib ki, bu mərkəz ABŞ-la birgə inşa ediləcək.

ABŞ-dan Suriyaya hücum mesajı: “Əsədin iqtidarı sona yaxınlaşır”

11 Aprel 2017 16:01

“Əsəd ailəsinin iqtidarı sona yaxınlaşır”. Bu barədə ABŞ Dövlət katibi Reks Tillerson “G7” sammitindən sonra verdiyi açıqlamada deyib.

Tillerson: "Suriyada yenidən kimyəvi silahdan istifadə edilməsinə imkan verməyəcəyik"

11 Aprel 2017 15:22

ABŞ Suriyada kimyəvi silahdan yenidən istifadə edilməsinə imkan verməyəcək.  Bu sözləri ABŞ-ın dövlət katibi Reks Tillerson deyib. O bildirib ki, ABŞ kimyəvi silahın İŞİD-in əlinə keçməsinə də imkan verə bilməz.

İrəvanda iki şagird məktəbdə qolunu doğrayıb

11 Aprel 2017 15:21

İrəvandakı məktəblərdən birində iki şagird intihara cəhd edib. 10 və 11-ci sinif şagirdləri ülgüclə sol qollarını doğrayıblar. İlkin versiyaya əsasən direktor 10-cu sinif şagirdini dərsliyin pulunu ödəmədiyi üçün danlayıb. Nəticədə yeniyetmələr intihara cəhd edib.

Berlin aeroportunda HƏYƏCAN - Terminallardan biri bağlandı

11 Aprel 2017 15:16

Almaniyanın paytaxtı Berlində "Şenefeld" hava limanının terminallarından biri polis tərəfindən bağlanıb. Buna səbəb aeroport ərazisində sahibsiz əşyanın tapılması olub. Əvvəlcə, A terminalının qismən bağlandığı bildirilsə də, sonradan terminal bütünlüklə bağlanıb.