Dünya

Papa qərar verdi - Misirə gedəcək

11 Aprel 2017 14:31

Bir neçə gün əvvəl Misirdə baş vermiş terror aktlarına baxmayaraq Roma Papası Fransisk bu ölkəyə səfər etmək niyyətini təsdiq edib. Aprelin 28-29-da baş tutacaq səfər zamanı Roma Papası Qahirədə böyük təhlükəsizlik tədbirləri şəraitində hərəkət edəcək.

Stokholmdakı terrorda şübhəli bilinən şəxs günahını etiraf edib

11 Aprel 2017 14:18

Özbəkistan vətəndaşı Raxmat Akilov Stokholmda terror aktı törətdiyini etiraf edib. Bunu onun vəkili Yohan Erikson deyib. “O, terror aktını törətməkdə günahını etiraf edib və həbs cəzasını çəkməyə hazırdır”, - deyə o vurğulayıb. İsveç polisi 39 yaşlı R. Akilovun nəzarət altında olduğunu təsdiq edib. Onun İŞİD tərəfdarı olduğunu bildirilir.

"Əsəd getməlidir!"

11 Aprel 2017 13:58

Mehdi Ordusunun və İraqlı şiələrin lideri olan Müqtəda Əl Sədr “Əsəd getməlidir!” bəyanatı ilə çıxış edib. İraqda böyük nüfuza sahib olan imam Müqtəda Əs Sədr Bəşər Əsədin siyasi arenadan getməsinin zəruri olduğunu vurğulayıb. İmam Amerika və Rusiyanı  Suriyaya müdaxilələrini dayandırmağı səsləyib.

FETÖ ilə əlaqədə şübhəli bilinən daha 2 general həbs olundu

11 Aprel 2017 13:14

Türkiyənin Malatya bölgəsində keçirilən əməliyyat nəticəsində keçmiş iki general Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək həbs olunub. Həbs edilənlərdən biri keçmiş ordu qərargah rəisi, general-mayor Avni Angun, o biri isə ordu qərargah rəisinin 2-ci müavini, briqada generalı Ersin Yıldırımdır.

“Əlimizdə dəlillər var” – Moskvaya Əsədsiz Suriya ÇAĞIRIŞI

11 Aprel 2017 13:02

"Bəşər Əsəd rejiminin əlində hələ də kimyəvi silahlar var".  Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Əlimizdəki dəlillər Suriya rəhbərliyinin hələ də kimyəvi silah arsenalına sahib olduğunu göstərir. Əsədsiz Suriya üçün Rusiya razı salınmalıdır”, - o, Suriya mövzusu üzrə G7 (“Böyük yeddilik”) zirvəsindən sonra danışıb.

Aktyorlar səfərlərini təxirə saldılar

11 Aprel 2017 12:49

Məşhur türk aktyorları Fahriyyə Evcenin və Murat Yıldırımın Azərbaycana səfərləri təxirə salınıb. Aprelin 19 – da aktyorların birgə çəkildikləri “Sonsuz aşk” filminin Nizami Kino Mərkəzində qala gecəsi planlaşdırılırdı. Mərkəzin mətbuat xidmətinin rəhbəri Arzu xanım “Olaylar” – a açıqlamasında bildirib ki, “Aktyorlar işlərinin çoxluğu səbəbi ilə səfərlərini təxirə salıblar. Film aprelin 20- də  Nizami Kino Mərkəzində nümayiş olunacaq”.

Qonşunun evindən çıxanlar ŞOK ETDİ

11 Aprel 2017 12:48

ABŞ-ın Hunqtinqton şəhərində meydana gələn və sosial şəbəkədə paylaşılan bir hadisə görənləri şok edib. Yan qonşusunun açıq qapısını görən şəxs içəridə tükürpədici görünütülərlə qarşılaşıb.

"Boko Haram"ın 57 silahlısı məhv edildi

11 Aprel 2017 12:32

Nigerin təhlükəsizlik qüvvələri "Boko Haram"ın 57 silahlısını məhv edib. Silahlıların məhv edilməsi əməliyyatı onların ölkənin cənub-şərqindəki Diffa şəhərinin yaxınlığındakı kəndə hücumundan sonra başlayıb. "Boko Haram"ın hücumu zamanı 15 əsgər və 2 dinc sakin xəsarət alıb.

Polisin biabırçı davranışı: uşaqlara qandallar vuruldu - VİDEO

11 Aprel 2017 12:28

"Qaldırın əllərinizi! Tez! Yatın yerə! Kimə dedik?!"  Səhər satalarında evin qarşısını kəsmiş polislər hirsli idilər. Onlar evdən zorla, avtomatları tuşlayaraq çıxardıqları uşaqları və yeniyetmələri üzüqoylu yerə yatırmışdılar. Üstəlik, gənclərin biləklərinə qandallar da vurulmuşdu.

Diyarbakırda partlayış

11 Aprel 2017 12:26

Türkiyənin Diyarbakır bölgəsində partlayış olub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Diyarbakırın Bağlar qəsəbəsində saat 10:45 – də, polis məktəbinin yerləşdiyi ərazidə partlayış hadisəsi qeydə alınıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili yardım həkimləri cəlb olunub. Verilən məlumata görə çoxlu sayda yaralılar var.

Qrip Rusiyadan əl çəkmir - 15 məktəb hələ bağlıdır

11 Aprel 2017 12:11

Rusiyanın 3 regionu hələ də kəskin qrip virusu təhlükəsi ilə üz-üzədir, bu səbəbdən 15 məktəbdə dərslər dayandırılıb. Bu barədə məsul şəxs Anna Popova bildirib. 

Meksikada faciə

11 Aprel 2017 12:10

Səhər saatlarında Meksikada  faciə yaşanılıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Meksikada ticarət mərkəzinin avtomobillər üçün ayrılan hissənin çökməsi nəticəsində 6 nəfər beton altında qalaraq həlak olub, 9 nəfər ağır yaralanıb. Dağıntılar altında qalan insanların çıxarılması üçün əraziyə xilasedicilər cəlb olunub. Hadisənin yaranma səbəbi araşdırılır.

Referendum planları pozuldu

11 Aprel 2017 12:09

Gecə saatlarında Türkiyə Terrorla Mübarizə idarəsi Adana şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat həyata keçirib. Əməliyyata 400 polis cəlb olunub. Axtarış tədbirləri 22 fərqli ünvanda aparılıb.

Riyaziyyat müəllimi əxlaqsızlığına görə tutuldu

11 Aprel 2017 11:56

Amerikada əxlaqsız müəllimlərin sayı artmaqdadır. Daha bir qadın müəllim əxlaqsızlığına görə həbs edilib.