Kremldə təhlükəsizlik tədbirləri gücləndirildi

Sankt-Peterburq metrosundakı faciəli hadisələrdən dərhal sonra Moskva Kremlində təhlükəsizlik tədbirləri gücləndirilib.

Sankt-Peterburq metrosundakı faciəli hadisələrdən dərhal sonra Moskva Kremlində təhlükəsizlik tədbirləri gücləndirilib. Bunu Kremlin komendantı Sergey Xlebnikov deyib.
"Tədbirlər faktiki olaraq faciəli hadisələrdən dərhal sonra görülüb. Məlum səbəblərdən mən bu barədə ətraflı danışmaq istəməzdim. Təhlükəsizlik heç vaxt kifayət qədər olmur, lakin əlimizdə olan bütün imkanlardan istifadə edirik. Biz vəziyyətə nəzarət edərək yeni imkanları araşdırırıq", - komendant bildirib. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31