Dünya

"Quş qripi" TƏHLÜKƏSİ: 34 yaşlı kişi xəstəxanaya yerləşdirildi

24 Aprel 2017 12:23

Çinin şimal-şərqində yerləşən Szilin əyalətində region sakinlərindən birində H7N9 virusu aşkarlanıb. Bu, il ərzində yaşanan birinci haldır. Virus 34 yaşlı Tunxua şəhər sakinində aşkar edilib. Hazırda yerli xəstəxanalardan birinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu deyilir.

Putin-Ərdoğan görüşü öncəsi Ankaradan böyük jest

24 Aprel 2017 12:21

Türkiyə hakimiyyəti Rusiya vətəndaşları üçün vizasız rejimin müddətinin 90 günə qədər uzadıb.  Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Daha əvvəl Türkiyəyə səyahət edən Rusiya vətəndaşları üçün vizasız rejimin müddəti 60 gün idi.

Yadplanetlilərlə bağlı İNANILMAZ FAKT: onlar daha çox mazoxistləri...

24 Aprel 2017 12:17

Yadplanetlilər daha çox psixi sağlamlığı olmayan insanları “ziyarət” edirlər. Onlar xüsusən də mazoxist insanlara baş çəkirlər. Araşdırmalar göstərir ki, belə insanlar ruhi olaraq əzablardan zövq aldığı üçün başqa planetlərdən olanlar sanki onların qoxusunu alırlar.

Şagirdləri daşıyan mikroavtobus qəzaya uğradı: yaralılar var - 14 yaşlı Ömərin vəziyyəti ağırdır

24 Aprel 2017 12:14

Türkiyənin Adana şəhərində, lisey şagirdlərini daşıyan mokroavtobusunun avtomobillə toqquşması nəticəsində biri ağır olmaqla 18 şagird yaralanıb. Qəzada yaralanan 18 şagird təcili yardımlarla şəhərdəki xəstəxanalara çatdırılıblar. Yaralılardan Çukurova Universiteti Tibb Fakültəsi Balcalı Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilən 14 yaşlı Ömər Faruk Tatarın vəziyyətinin ağır olduğu deyilir.

Hülya Avşarın verilişi bağlanır

24 Aprel 2017 11:59

Aktrisa Hülya Avşarın aparıcılıq etdiyi proqramın bağlanacağı deyilir. O, "Bir Hülya Avşar Söhbeti"nin yeni treylerini sosial mediadan paylaşdıqdan az sonra silib.

Zonquldağda faciə: 9 tabut ard-arda düzüldü - VİDEO - FOTO

24 Aprel 2017 11:58

Türkiyənin Zonquldağ şəhərində dünən axşam saatlarında 50 metr yüksəklikdən uçuruma düşən avtobusda həyatını itirən 9 nəfər son mənzilə yola salınıb.

Erməni əsir qaçdı: 5 nəfəri güllələdi

24 Aprel 2017 11:53

Kolumbiyada Ermənistan və Rusiya vətəndaşlığı olan bir nəfər üsyançı Milli Azadlıq Ordusunun gözətçilərinə atəş açaraq əsirlikdən qaçıb. Əsir düşmüş Arsen Voskanyanın azad olunması prosesi zamanı o, gözətçiyə hücum edərək onun silahını götürüb, beş nəfəri yaralayıb. Bundan sonra özü yaralanan Arsen qaçmağa müvəffəq olub.

Olland Makronu ikinci tura yüksəlməsi ilə əlaqədar təbrik edib

24 Aprel 2017 11:26

Fransa prezidenti Fransua Olland və sabiq iqtisadiyyat naziri Emmanuel Makron arasında telefon danışığı olub.  Olland telefon danışığı zamanı Emmanuel Makronu prezident seçkilərinin ikinci turuna yüksəlməsi ilə əlaqədar təbrik edib. Xəbərdə deyilir ki, Olland bu gün çıxış etməyəcək. O, yalnız seçkilərin ikinci turunda kimə səs verəcəyini bildirəcək.

Meksikada dəstələr arasında toqquşmalar: 9 ölü

24 Aprel 2017 11:25

Meksikada, Miçoakan və Gerrero ştatlarının sərhədində 2 dəstə arasında toqquşmalar baş verib. Toqquşmalar nəticəsində 9 nəfər həlak olub. Məlumatda deyilir ki, hüquq-mühafizə orqanları hadisə yerinə gələrək, orada 9 nəfərin meyitini və 4 güllələnmiş avtomobil aşkar ediblər.

Kıvanç xanımına görə şərt qoydu

24 Aprel 2017 11:23

Aktyor Kıvanç Tatlıtuğ "Cesur ve Güzel" serialını çəkən şirkətlə müqavilə imzalayarkən bəzi xüsusi şərtlər qoyub. Aktyor özünün və həyat yoldaşı, stilist Başak Dizerin doğum günlərində, evlilik ildönümlərində, eləcə də bəzi özəl günlərdə işləməyəcəyinə dair şərtlər irəli sürüb.

Çin lideri Trampı Şimali Koreya məsələsində təmkinli olmağa çağırdı 

24 Aprel 2017 11:20

Çin Xalq Respublikasının sədri Si Tzinpin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Şimali Koreya məsələsini müzakirə edib və vəziyyətin gərginləşməsinə imkan verməmək üçün ABŞ prezidentini təmkinli olmağa çağırıb.

Rusiyanı Cənubi Qafqazla birləşdirən yol yenidən bağlandı

24 Aprel 2017 11:17

Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu minik və yük avtomobilləri üçün bağlanıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb. 

Rüşvətə görə tutulan hakimin sərvəti: 2 milyonluq villa, bahalı maşın...

24 Aprel 2017 11:13

FETÖ işində həbs edilən iş adamından rüşvət alarkən tutulan hakimin sərvəti təəccübləndirib. Onun 2 milyon lirə dəyərində villası və "Audi Q7" markalı avtomobilinin olduğu bilinib.

"Aldadıldığımı düşündüyüm üçün öldürdüm" - Yazdığı şeirdəki kimi arvadını qətlə yetirən şəxs

24 Aprel 2017 11:11

Türkiyədə Həyat yoldaşı Burcu Okumuşu 5 bıçaq zərbəsiylə öldürən və sonra özünə xəsarət yetirən Özgür Okumuş xəstəxanadan çıxarılıb. Məhkəməyə gətirilən Okumuş qapıda gözləyən jurnalistlərə "Yaxşı çəkin. Mən də zamanında çəkərdim" ifadələrini işlədib.