Dünya
İran prezident aparatının nümayəndəsi: “Azərbaycanla münasibətlər daha da inkişaf edəcək”
“Azərbaycan və İran arasında əlaqələr yaxın gələcəkdə daha da inkişaf etdiriləcək”. Bunu İran prezidenti Həsən Ruhaninin ofis direktorunun siyasi məsələlər üzrə müavini Həmid Abutalibi deyib. O bildirib ki, iki ölkənin əlaqələri hazırda yaxşı səviyyədədir: “Azərbaycan və İran arasında əlaqələr regionda misilsiz olmalıdır. Hazırda iki ölkənin bir-birinə yaxınlaşması ilə bu, baş verməkdədir. İran və Azərbaycan bir-birinə çox yaxındır”.
"Dedi ya pulu gətir, ya da arvadını" - Facebook-da cinayət mesajı
İstanbulun Maltepe ərazisində dəhşətl qətl hadisəsi törədilib. 27 yaşlı Abdullah Yılankaya yanında çalışdığı qəhvəxana administratoru Bayram Çakırı (55) küçənin ortasında güllələyərək öldürüb. Polisə zəng edib təslim olan Yılankaya cinayəti nəzarətdə olan zaman atdığı mesaj ilə eşitdirdi.
Rza Zərrab üçün mühüm gün - Ebru onu tək buraxdı
Müğənni Ebru Gündeşin əri, iş adamı Rza Zərrab bu gün yenidən hakim qarşısına çıxır. Zərrab haqqında 75 il həbs və 50 milyon dollar cərimə tələb olunan məhkəmədə iş adamını vəkillər qrupu müdafiə edəcək. Bu qrupda ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan Nyu-Yorkun keçmiş bələdiyyə sədri Rudolf Giuliiani da yer alıb.
Türkiyə sərhədlərini terror təşkilatlarından təmizləyəcək
Ötən ay Suriyanın şimalındaki Fırat Qalxanı əməliyytaının başa çatmasından sonra Türkiyə Silahlı Qüvvələri Tel Abyad bölgəsini özünə məskən seçən PYD dəstələrindən təmizləməkdə qərarlı görünür.
Dünya ölkələrinin hərbi xərcləri - ABŞ, Çin və Rusiya liderdir
2016-ci ildə dünya ölkələri hərbi xərclərini 2015-ci illə müqayisədə artırıb. SIPRI - Stokholm Beynəlxaq Sülh Araşdırma İnstitutunun hazırladığı hesabatda qeyd edilib ki, hərbi xəclərin ümumi həcmi 2015-ci illə müqayisədə 0,4% artaraq 1,6 trilyon dollar təşkil edib. İlk üçlükdə ABŞ, Çin və Rusiya qərarlaşıb.
Dünyanın maraqla gözlədiyi derbidə stadion yandırıldı: xəsarət alanlar var - VİDEO
Hollandiya çempionatında ötən gün dünyanın maraqla gözlədiyi derbilərdən hesab edilən PSV-Ayaks matçı qalmaqallı olaylarla günə damğasını vurub.
İbrahimin vəziyyəti ağırdır - 9 gündür komadadır
Müğənni İbrahim Erkalın vəziyyəti ağır olaraq qalır. Huşunu itirmiş vəziyyətdə xəstəxanaya gətirilən və əməliyyat olunan müğənni artıq 9-cü gündür ki, komadadır.
Şimali Koreya liderinin adını daşıdığı üçün həbs edildi – ŞOK HADİSƏ
Koreya Xalq Demokratik Respublikasında (Şimali Koreyada) bir nəfər Kim adlı ABŞ vətəndaşı saxlanılıb. Məlumatda deyilir ki, ABŞ vətəndaşı Şimali Koreyanı tərk edən zaman Pxenyan beynəlxalq hava limanında tutulub. Saxlanılan ABŞ vətəndaşı Çinin Yanbian Universitetinin keçmiş professor-müəllimi olub. O, Şimali Koreyaya bu ilin mart ayında səfər edib.
102 ilin yalanı
Bu günlər ermənilər yüz iki ildir uydurduqları və dünyanı inandırmağa çalışdıqları “soyqırım”ın ildönümünü qeyd edirlər. Təəssəüflər olsun ki, əksər dünya ölkələri 102 ildir bu yalana şərik çıxaraq tarixdə olmayan birhadisəni soyqırım kimi tanıyır, erməni “müsibəti”, “faciəsi”nə şərik çıxırlar. Baxmayaraq ki, tarixi faktlarla “soyqırım” iddiaları ifşa edilsə də, lakin dünyanın “humanizm” tərəfdarı olan dövlətləri tarixi bir kənara buraxaraq xristian qardaşlarının yalançı göz yaşlarına inanmağa daha çox üstünlük verirlər. Məhz bu ədalətsiz, qərəzli yanaşma da öz növbəsində hər il bu “soyqırımı” tanıyanların siyahısını genişləndirir.
İrqçilik və nifrət demokratiyanı üstələyəcək? - Çarmıxa çəkilmiş ölkə -SEÇKİ
Fransada prezident seçkilərinin ilk turunu başa çatdı. İkinci tur mayın 7-də olacaq. Turun finalçıları bütün sorğuların əvvəlcədən bəlirlədiyi kimi, mərkəzçi "İrəli!" Partiyasından 39 yaşlı Emmanuel Makron və ifrat sağçı, irqçi Milli Cəbhə Partiyasının lideri, 48 yaşlı Marin LDe Pen oldu.
İranın yeni Cənubi Qafqaz siyasəti
Son vaxtlar beynəlxalq və regional muqyasda bir-birindən maraqlı proseslər müşahidə edilməkdədir. Bu proseslərin oxşar cəhətləri isə ondan ibarətdir ki, həm beynəlxalq, həm də regional miqyasda müşahidə edilən hadisələrdə bizim şimal və cənub qonşularımız daha aktiv görünməkdədirlər.
İranda seçki həyəcanı
Cənub qonşumuz seçkilərə hazırlaşır. Xəbərlərdən də məlum olduğu kimi mayın 19-da Iranda növbəti prezident seçkisi keçiriləcək. Namizədliklərin irəli sürülməsi mərhələsində 1000-dən artıq şəxs öz iddiasını ortaya qoysa da, lakin onlardan cəmi 6 nəfərin namizədliyi təsdiq olunub. Keçmiş prezident Mahmud Əhmədinejatın namizədliyi qeydə alınmasa da, buna baxmayaraq, namizədlər içərisində mühafizəkarların təmsilçiləri kifayət qədərdir. Bunların içərisində İranın keçmiş prokuroru Rəisini və Tehranın meri Qalibafı göstərmək olar.
Hücum oldu - Müdafiə naziri istefa verdi
Əfqanıstanın müdafiə naziri Abdulla Xan Həbibi və quru qoşunlarının qərargah rəisi Qədəm Şah Şahim istefa verib. Bu barədə Əfqanıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qadın poliknikada vəfat etdi- Heç kim bilmədi
Rusiyanın Smoilensk vilayətinin Qaqarin şəhərində yerləşən baş poliklinikada qəribə hadisə baş verib. Belə ki, poliknikada vəfat edən qadının meyiti bir neçə gün poliklinikanın dəhlizində qalıb.
Misir və ABŞ birgə hərbi təlimlərə başladı
Misir və ABŞ ordularının Qırmızı dənizdə bir neçə gün birgə davam edəcək hərbi təlimlərinin başladığını bildirilib. Bu barədə Misir ordusu tərəfindən yazılı şəkildə məlumat verilib. Açıqlamada Misir və ABŞ dəniz donanma qüvvələrinin Qırmızı dəniz sərhədlərində "Qartalın Salamı 2017" adlı birgə hərbi təlim keçirəcəkləri deyilib.














