Qadın poliknikada vəfat etdi- Heç kim bilmədi

Rusiyanın  Smoilensk vilayətinin Qaqarin şəhərində yerləşən baş poliklinikada qəribə hadisə baş verib. Belə ki, poliknikada vəfat edən qadının meyiti bir neçə gün poliklinikanın dəhlizində qalıb.

Rusiyanın  Smoilensk vilayətinin Qaqarin şəhərində yerləşən baş poliklinikada qəribə hadisə baş verib. Belə ki, poliknikada vəfat edən qadının meyiti bir neçə gün poliklinikanın dəhlizində qalıb.

Şahidlərin sözlərinə görə, özünü pis hiss edən qadın poliklinikaya gəlib və kardioloqun qəbuluna yazılıb. Ancaq qadının halı daha da pisləşib və o həkimin kabinetinə çatmadan dəhlizdəki kürsülərdən birinə əyləşib. Xəstə elə əyləşdiyi kürsüdəcə  vəfat edib. Qadının nəşi günlərcə poliklinikanın dəhlizində oturaq vəziyyətdə qalıb və heç kimsə ona məhəl qoymayıb. Qadını  axtaran qohumları nəhayət ki, onu poliklinikanın dəhlizində ölü vəziyətdə tapıblar. Hadisə ilə əlaqədar poliknikada yoxlama başladılıb.  Poliklinikada çalışan həkim və tibb işçiləri öz ifadələrində göstərilən tarixdə dəhlizdə heç kimin olmadığını bildiriblər.
Xəbəri "Olaylar" - aın Türkiyə bürosu yayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31