Dünya
“Airbuds Air Translator” dil baryerini aradan qaldıracaq
Honkonqda keçirilən “Global Sources Startup Launchpad” sərgisində digər insanın dilini real vaxt rejimində tərcümə edə bilən “Airbuds Air Translator” qulaqcığı nümayiş olunub. Qulaqcıq bu şəkildə işləyir: müxtəlif dillərdə danışan iki nəfər eyni qulaqcıqdan istifadə edərək bir-biri ilə danışmağa başlayır. Qulaqcığın korpusunda smartfonda xüsusi proqramı işə salan “Danışıq” düyməsi quraşdırılıb. Sözün hər biri tərcümə üçün “bulud” fayl saxlancına göndərilir və digər insana başqa dildə qulaqcıqda səs və qurğu ekranında mətnlə çat şəklində qaytarılır. Bu, həmsöhbətlərə tərcümənin düzgünlüyünü yoxlamağa imkan verir.
Ölən insanın necə dirilə biləcəyi AÇIQLANDI
İnsanlar öldükdən sonra qısa zaman kəsiyində yenidən həyata qayıda bilirlər. Şimal Karolina Universitetinin məşhur professoru Robert Lansın iddialarına görə, öldükdən sonra həyata yenidən qayıda bilərik.
Almatıda bütün metro stansiyaları təxliyə edilir - BOMBA TƏHLÜKƏSİ
Qazaxıstanın Almatı şəhərində metropolitendə bütün sərnişinlər təxliyə olunur. Buna səbəb stansiyaların birində bomba qoyulması barədə məlumatın daxil olmasıdır. Bununla əlaqədar olaraq şəhərin bütün metro stansiyalarında axtarışlar aparılır. Hadisə barədə ətraflı məlumat verilməyib.
Tarixi referendum: Türkiyə təkamül yoluna düzəliş edir
Qardaş ölkədə Konstitusiyaya dəyişikliklərlə bağlı xalq səsverməsi aprelin 16-da uğurla başa çatıb. Seçicilər yeniləşməyə "hə" deyiblər. "Yox" deyənlər də az miqdar təşkil etmirlər. Ancaq səsvermənin maksimum demokratik qaydada keçirilməsi dəqiq nəticə almağa imkan verib.
Miqrantları aparan qayıq batdı - 16 ÖLÜ
Yunanıstan sahillərində miqrantları aparan qayığın batması nəticəsində 16 nəfər həlak olub. Hadisə Lesbos adası yaxınlığında baş verib. Məlumatda qeyd olunur ki, meyitlərdən 9-u adanın yaxınlığında, 7-i isə Türkiyə sularında aşkar edilib. Qayıqda olan iki qadını xilas etmək mümkün olub.
Rusiyada məktəbdə partlayış - Ölən və yaralılar var
Dağıstanda məktəbdə partlayış baş verib. Partlayış nəticəsində səkkizinci sinif şagirdi ölüb, 11 uşaq isə yaralanıb. Yaralılardan üçü ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. İnsidentə səbəb kimi silahla ehtiyatsız davranma göstərilir. Belə ki, şagirdlərdən birinin sinifə gətirdiyi qranat partlayıb.
ABŞ-ın hərbi bazası yaxınlığında partlayış
Əfqanıstanın şərqindəki Host əyalətində ABŞ hərbi bazasının yaxınlığında partlayış törədilib. Partlayış naməlum avtomobilin bazaya yaxınlaşmasından sonra baş verib. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
İranda ölüm cəzası ləğv olundu
"İran Parlamenti narkotik vasitələri satanlar və yayanlar üçün ölüm cəzasını ləğv edib". Bunu İran Parlamentinin məhkəmə komissiyasının sədri Həsən Novruzi deyib. Onun sözlərinə görə, ölüm cəzası ömürlük həbslə əvəz olunub. Bununla belə, saxlanma zamanı üzərindən soyuq və ya odlu silah aşkar edilən narkotik satıcıları üçün ölüm cəzası qüvvədə qalıb.
Taksim meydanı bağlanacaq
İstanbulun Taksim meydanı mayın 1-də bağlanacaq. Türkiyənin daxili işlər naziri Süleyman Soylu və Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Kani Beko arasında keçirilən görüşdən sonra 1 May - Beynəlxalq Əmək Günündə Taksimdən istifadəyə icazə verilməyəcəyi elan edilib.
Gülən 100 il yaşamaq üçün görün nə etdi? – Rokfellerin yolunu gedir
Fəthullahçı Terror Təşkilatının (FETÖ) ABŞ-da yaşayan lideri Fəthullah Gülən 100 il yaşamağı qarşısına məqsəd qoyub. FETÖ-də “Xüsusi Sağlamlıq Xidməti və Katiblik” vəzifəsində çalışan və 2015-ci ildən xaricdə yaşayan Tuncay Delibaşının ən mühüm vəzifəsi Gülənin orqanlarının yenilənməsi layihəsi icra etmək olub.
Hollandiyada azərbaycanlılar arasında dava: Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlandı - VİDEO
Niderland Krallığında azərbaycanlılar arasında dava düşüb. Hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib. Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə hospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir. Baş verən hadisə ilə bağlı bir nəfər saxlanılıb.
Lavrov-Mogerini görüşündə sanksiyalar müzakirə olunub
Avropa İttifaqı (Aİ) tərəfindən 2014-cü ildə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar bu gün Moskvada Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı görüşdə müzakirə olunub.
Mogerini: "Ukrayna məsələsində Rusiya ilə fikir ayrılığımız davam edir"
"Avropa İttifaqı və Rusiya arasında Ukrayna ilə bağlı qlobal fikir ayrılığı davam edir". Bunu Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinirusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşün yekununa dair mətbiat konfransında bildirib. "Avropa İttifaqının Rusiya ilə bir neçə qlobal fikir ayrılığı var. Bu, ilk növbədə Ukrayna məsələsi ilə bağlıdır.
ABŞ-ın hədəfə dəyməyən raketlərində Rusiya BARMAĞI - Ekspertdən ŞOK İDDİA
ABŞ-ın aprelin 7-də Suriyanın Şayrat aviabazasına atdığı raketlərin bir hissəsi Rusiya tərəfindən zərərsizləşdirilib. Bu iddia ilə Vaşinqtondakı “Gulf State Analytics”in baş məsləhətçisi Teodor Karasik çıxış edib.
Ərdoğan onu öldürməyə çağıran fransızdan prokurorluğa şikayət etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun barəsində qalmaqallı fikirlər işlədən fransız politoloqu Filip Moro Defarqdan Ankaran prokurorluğuna şikayət edib.














