Dünya

“Lyrebird” nitq sintezatoru istənilən səsi “kopyalayır”

26 Aprel 2017 19:45

Monreal alqoritmlərin öyrənilməsi institutunun alimləri insan səsini olduğu kimi “kopyalayan” yeni nəsil nitqin sintezi texnologiyasını təqdim ediblər. İnsan danışığını 1 dəqiqə müddətində dinləyən kompüter söz və ifadələri orijinaldan az fərqlə səsləndirir.

Ana körpəsini mikrodalğalı sobaya atıb öldürdü

26 Aprel 2017 19:40

Yaponiya inkar edə bilməyəcəyimiz qədər bənzərsiz bir ölkədir. Gündoğar ölkənin mədəniyyəti əyləncəli və mənalı olmasına baxmayaraq, bəzən bu ölkədə qeydə alınan cinayət hadisələri dünyada əks-sədası ilə də seçilir.

Sensasiyalı sistem: milyonlarla uşağı xilas edəcək kəşf - VİDEO

26 Aprel 2017 19:25

ABŞ-ın Filadelfiya şəhərindəki Uşaq Hospitalının nəzdindəki Fetal Tədqiqatlar Mərkəzinin (Center for Fetal Research at the Children's Hospital of Philadelphia) alimləri dünyada ilk dəfə olaraq süni analıq yolu yaradıblar.

Bensu üçün vida partisi etdilər, Çağatay gəlmədi - VİDEO

26 Aprel 2017 19:20

"İçerde" serialından ayrılan Bensu Soral üçün vida partisi verilib. Gecədə Bensunun serialdakı tərəf müqabilləri iştirak etsə də,Çağatay Ulusoy qatılmayıb.

Hindu qəzəbi: polislərə nizə, ox atdılar - VİDEO

26 Aprel 2017 19:15

Braziliyada bir neçə hindu qəbiləsi ölkə paytaxtı Braziliada etiraz aksiyası keçiriblər. Onlar torpaqların demarkasiyasını nəzərdə tutan qanun layihəsinə qarşı çıxırlar. Parlamentdə qanun layihəsi qəbul olunarsa, Braziliyadakı aborigenlər əzəli ərazilərinin böyük qismindən məhrum olacaqlar.

"AŞ PA-nın Türkiyə ilə bağlı qərarı reallığı əks etdirmir"

26 Aprel 2017 18:52

"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı siyasi qərardır və reallığı əks etdirmir". Bunu  Türkiyə Böyük Millət Məclisinin deputatı Haluk İpek deyib.

Evini fahişəxana edən şəxs vaxtın bitməsini damda gözləyir - "Xəbərim olmayıb"

26 Aprel 2017 18:30

Türkiyənin Adana şəhərində polisin təşkil etdiyi fahişəlik əməliyyatında nəzarətə alınan 2 şəxsdən biri həbs olunub. Adana Təhlükəsizlik İdarəsinin əməkdaşlarına Yıldız A. (36) adlı qadınla Mehmet Şirin K. adlı şəxsin (38), Əli G. -nin (47) Sarıçam mahalındakı evini fahişəxana kimi istifadəyə verdikləri haqda məlumat daxil olub. Polis özünü müştəri kimi göstərərək Mehmet Şirin K. ilə əlaqə saxlayıb. Polis Mehmet Şirin K. ilə 120 lirə qarşılığında razılaşaraq göstərilən ünvana gəlib. Polis gəlməmişdən əvvəl ev sahibi dama çıxıb. Polis Mehmet Şirin K. -ya pulu verdikdən sonra sənədini göstərib, qadını və onun ortağını nəzarətə götürüb. Polis, səs-küy sonrası damdan enən ev sahibini də nəzarətə alıb.

Həkimlər ayağını tərs tikdilər

26 Aprel 2017 18:02

Türkiyədə keçirdiyi yol qəzası nəticəsində Səlcuq Universiteti Tibb Fakültəsində müalicə altına alınan Fevzi Aktaşın sol ayağının bud nahiyəsində qırıqlar və infeksiya meydana gəldiyi müəyyən edilib.

Ekspert: Avropa Türkiyəyə təzyiq göstərməyə çalışır

26 Aprel 2017 17:51

Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı bu ölkəyə təzyiq göstərmək məqsədilə qəbul edilmiş növbəti qərardır. Bunu rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, “Analitika Yuqa Rossii” jurnalının baş redaktoru Yevgeni Mixaylov deyib.

Çin hərb maşını Rusiyanı keçdi

26 Aprel 2017 17:29

Çində bütünlüklə ölkədə hazırlanmış ilk aviadaşıyıcı kreyser istifadəyə verilib. "Şandun" adlı bu gəmi Rusiyadakı Qara dəniz gəmiqayırma zavodunda inşa olunmuş "Lyaoin" aviadaşıyıcı gəmisinin daxil olduğu 1143.5 sovet layihəsinin davamıdır.

İranda AES "silkələndi"

26 Aprel 2017 17:27

İranın Buşəhr əyalətindəki Şabankareh şəhərində Rixter cədvəli ilə 3,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar atom elektrik stansiyasının yerləşdiyi Buşəhr şəhərindən 60 kilometr məsafədə qeydə alınıb. Zəlzələ nəticəsində hər hansı bir fəsad və ya itki olmadığı barədə məlumat verilib.

Mikroavtobus partladı: xeyli sayda ölən var

26 Aprel 2017 16:26

Pakistanda sərnişin mikroavtobusunun partladılması nəticəsində 13 nəfər ölüb. Hadisə ölkənin şimal-qərbindəki Kurram vilayətinin Qodar şəhərində baş verib. Ölənlər arasında üç qadın və iki azyaşlı uşaq var.

Rusiya qırıcısı qəzaya uğradı - Pilotlar axtarılır

26 Aprel 2017 16:03

Rusiyanın Zabaykalye diyarında MiQ-31 qırıcı təyyarəsi qəzaya uğrayıb. Qəza Çita şəhərindən 120 kilometr məsafədə baş verib. Qəza zamanı təyyarədə iki pilotuin olduğu barədə məlumat verilib. İlkin məlumatlara görə, pilotlar katapult edə biliblər. Hazırda pilotların axtarışları aparılır. Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil.

Mövlud Çavuşoğlu: "AŞ PA-dakı bəzi millət vəkilləri PKK-ya ciddi dəstək verirlər"

26 Aprel 2017 15:48

AŞ PA-dakı bəzi millət vəkilləri PKK-ya ciddi dəstək verirlər. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir qeyd edib ki, rəsmi Ankara AŞ PA ilə münasibətlərinə yenidən baxacaq:

İdmançı öldürüldü

26 Aprel 2017 14:57

Türkiyənin Trabzon vilayətində Erkan Parlayan adlı boksçu öldürülüb. “Olaylar” “HaberTurk” - ə istinadən bildirir ki, 42 yaşlı idmançıya 7 dəfə atəş açan K.Ö- polis tərəfindən qısa zaman ərzində saxlanılıb. Dərhal xəstəxanaya yerləşdirilən idmançının həyatını xilas etmək memken olmayıb. Polisə ifadə verən K.Ö qətldən öncə idmançı ilə görüşdüyünü bildirib. Hadisənin şəxsi zəmində baş verdiyi güman edilir.