Dünya

Avropada antiTürkiyə dalğası yeni mərhələdə

26 Aprel 2017 14:17

Avropada Türkiyəyə qarşı qərəz, nifrət hissi artıq özünü tam çılpaqlığı ilə büruzə verməkdədir. 16 aprel referendumu ərəfəsində Hollandiya və Almaniyada müşahidə edilən antiTürkiyə münasibəti, siyasəti indi demək olar ki, qoca qitədə bütövlükdə özünü göstərməkdədir. Səbəblər isə aydındır. Türkiyənin artan nüfuzu, bölgəsəl gücə çevrilməsi. Qərbin, Avropanın diqtəsi ilə hərəkət etməməsidir. Təbii ki, burada Ankaranın Moskva ilə münasibətlərinin normallaşması da var. Avropanın Rusiyanı iqtisadi cəhətdən çökdürmək məqsədinin məhz Türkiyənin sayəsində reallaşmaması qoca qitədə heç cür həzm edilmir.

"ABŞ bizi bu addımı atmağa vadar edir" - General

26 Aprel 2017 13:55

Aprelin 7-də ABŞ-ın Suriya ərazisində yerləşən "Əş-Şəyrat" aerodromuna endirdiyi raket zərbələri Rusiya hərbçilərinin həyatı üçün təhlükə yaradıb. Rusiya Müdafiə Nazirliyi hərbçilərin müdafiəsini təmin etmək üçün lazımi tədbirlər görür.

Ərdoğan həbs edilmiş azərbaycanlı biznesmendən danışdı: "Atamın oğlu deyil"

26 Aprel 2017 13:25

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan keçən il ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamıRza Zərrabla bağlı sualı cavablandırıb.

"Erməni tarixi mif əsasında qurulub"

26 Aprel 2017 13:19

Erməni tarixi mif əsasında qurulub. Bunu Azərbaycanın Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. O bildirib ki, erməniçilik Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi məsələsində erməni ənənəsi ilə yanaşı, folklor yaradıcılığının bir növünə - mif yaradıcılığına çox meyillidir: "Ermənilərin istər "böyük Ermənistan", istər "Cənubi Qafqazda erməni avtoxtonluğu" yaxud "böyük erməni mədəniyyəti", istərsə də "sivilizasiyanın erməni ilk ocağı" haqqında miflər, "erməni genosidi" və digərlər yalanları doğrudan da "böyük istedad tələb edir".

Məşhur aktyor həbs olundu

26 Aprel 2017 12:14

Məşhur türkiyəli aktyor həbs olunub. “Olaylar” “HaberTürk” - ə istinadən bildirir ki, Selim Ərdoğanın Muğlada  kiraladığı villada 840 qr marixuana maddəsi aşkarlanıb. Villaya basqın edən polis şüşə qablar içərisində saxlanılan marixuana və narkotik maddə əldə edib. Axtarışlar zamanı Aktyor Səlim Ərdoğan həbs olunub.

İŞİD-ə terrorçu göndərən Avropa ölkələrinin adları açıqlandı – ŞOK FAKTLAR

26 Aprel 2017 11:56

Belçikanın Daxili İşlər Nazirliyi (DİN) ölkəsində yaşayan əcnəbi terrorçuların sayını açıqlayıb. Belçika DİN hazırda ölkədə 629 nəfər əcnəbi terrorçunun olduğunu bəyan edib. Məlumatda deyilir ki, 629 terrorçudan 276-sı Suriyada gedən döyüşlərdə iştirak edib: “Daha sonra isə həmin şəxslər Suriyadan Belçikaya sığınıblar. Onların arasında olan 82 terrorçu isə İŞİD sıralarında döyüşmək üçün Suriyaya getməyə çalışır. Ümumilikdə, bu terrorçulardan 149 nəfəri potensial kamikadzedir”.

Binəli Yıldırım: “Türkiyə-Aİ münasibətləri ən pis həddədir”

26 Aprel 2017 11:52

“Ankara və Brüssel arasında münasibətlər son zamanlar  ən pis həddə çatıb”. Bu barədə Türkiyənin baş naziri Binəli Yəldərəm bildirib. “Aİ ilə münasibətlərimizson zamanlar ən aşağı nöqtəyə düşüb. AŞPA-nın qərarı tamamilə siyasi qərardır və reallığı əks etdirmir”, - deyə YIldırım qeyd edib.   

Ermənistanda hərbi hissənin xidmət rəisi avtomobilində ölü tapılıb

26 Aprel 2017 11:49

Ermənistanda hərbi hissənin mühəndis xidmətinin rəisi avtomobilində ölü tapılıb. Ötən gün “Nissan March” markalı avtomobildə meyiti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs İrəvandakı hərbi hissələrdən birinin Mühəndis Xidmətinin rəisi, 31 yaşlı Armen Saturyandır.

1009 nəfər saxlanıldı

26 Aprel 2017 11:46

Səhər saatlarında Türkiyə Daxili nazirliyi tərəfindən FETO – terror qruplaşmasına qarşı 81 vilayətdə əməliyyat aparılıb. “Olaylar” Türkiyə mətbuatına istinadən bildirir ki, 81 vilayətdə 8500 polis əməkdaşlarının eyni zamanda başlatdığı əməliyyat zamanı 1009 nəfər saxlanılıb. Saxlanılan şəxslər arasında keçmiş polis işçiləri də var.

Merkel:" Aİ Türkiyə məsələsində tək səs olmalıdı"

26 Aprel 2017 11:44

Avropa İttifaqı (Aİ) Türkiyədə keçirilən referendumun nəticələrinə reaksiya verməli idi. Bunu Almaniya kansleri Angela Merkel başçılıq etdiyi Xristian-Demokratlar Partiyasının (CDU) Federal Məclisində keçirilən konfransında deyib. Merkel bildirib ki, Aİ Türkiyə məsələsində məntiqli nəticəyə gəlməsi üçün müəyyən zaman keçməlidir.

Türkiyədə cibgirlər azərbaycanlı tələbəni soydular 

26 Aprel 2017 11:32

İstanbulun Aksaray bölgəsində azərbaycanlı tələbənin mobil telefonu oğurlanıb. Hadisə aprelin 20-də, səhər saatlarında baş verib. 24 yaşlı Nemət C. adlı şəxs dostunun toyunda iştirak etmək üçün 5 günlük Azərbaycana gedib. Toydan qayıdan gənc əlində çemodan Aksarayda marşrut gözləyərkən iki nəfər ona yaxınlaşıb və "otel lazımdırmı, qardaş?" deyə müraciət ediblər.

Çexiya parlamenti uydurma "erməni soyqırımı"nı tanıdı

26 Aprel 2017 11:29

Çexiya parlamentinin deputatlar palatası uydurma "erməni soyqırımı"nı pisləyən qətnamə qəbul edib. Qətnamənin lehinə 104 deputat səs verib. Sənəddə qondarma "erməni soyqırımı" insanlığa qarşı cinayət adlandırılır.

Məşhur cütlük boşanır - 12 illik evlilik bitir

26 Aprel 2017 11:27

Model Tulin Şahinlə Mehmet Özerin boşanacağı xəbəri dəqiqləşib.  12 illik evli olan ikilinin mayda məhkəmədə üz-üzə gələcəyi iddia edilir.

"Rusiya hücum etməsə, yox olacaq"

26 Aprel 2017 11:07

Rusiya ABŞ-ın nüvə proqramının inkişaf etdiyinin fərqindədir. Bunu ABŞ mətbuatına açıqlamasında amerikalı filosof Noam Çomski söyləyib.