Hindu qəzəbi: polislərə nizə, ox atdılar - VİDEO
Braziliyada bir neçə hindu qəbiləsi ölkə paytaxtı Braziliada etiraz aksiyası keçiriblər. Onlar torpaqların demarkasiyasını nəzərdə tutan qanun layihəsinə qarşı çıxırlar. Parlamentdə qanun layihəsi qəbul olunarsa, Braziliyadakı aborigenlər əzəli ərazilərinin böyük qismindən məhrum olacaqlar.
26 Aprel 2017 19:15 DünyaBraziliyada bir neçə hindu qəbiləsi ölkə paytaxtı Braziliada etiraz aksiyası keçiriblər. Onlar torpaqların demarkasiyasını nəzərdə tutan qanun layihəsinə qarşı çıxırlar. Parlamentdə qanun layihəsi qəbul olunarsa, Braziliyadakı aborigenlər əzəli ərazilərinin böyük qismindən məhrum olacaqlar.
Qəbilə başçıları prezident Mişel Temeri suçlayır, dövlət başçısının Amazoniyadakı əraziləri böyük korporasiyalara vermək istədiyini deyirlər.
Təxminən 2 min hindu Braziliya parlamentinin binasının önünə yığışaraq ətraf yolları bağlayıblar. Polis nümayişçilərə qarşı səs-işıq qumbaraları, rezin güllələr və bibər qazından istifadə edib.
Cavab olaraq hindular polislərə oxlar və nizələr atıblar.
Bəzi hindular isə Konqres qarşısındakı meydanda çadır qurublar. Onlar ən azı iki həftə meydanda qalacaqlarını deyiblər. Milli.Az El Mundo-ya istinadən xəbər verir.