“Lyrebird” nitq sintezatoru istənilən səsi “kopyalayır”

Monreal alqoritmlərin öyrənilməsi institutunun alimləri insan səsini olduğu kimi “kopyalayan” yeni nəsil nitqin sintezi texnologiyasını təqdim ediblər. İnsan danışığını 1 dəqiqə müddətində dinləyən kompüter söz və ifadələri orijinaldan az fərqlə səsləndirir.

Monreal alqoritmlərin öyrənilməsi institutunun alimləri insan səsini olduğu kimi "kopyalayan" yeni nəsil nitqin sintezi texnologiyasını təqdim ediblər. İnsan danışığını 1 dəqiqə müddətində dinləyən kompüter söz və ifadələri orijinaldan az fərqlə səsləndirir.
Texnologiya hələ ki idealdan uzaqdır, ancaq süni səsi eşidən istənilən insan onun kimə məxsus olduğunu dərhal müəyyələnləşdirə biləcək.

Kanadalı alimlər etiraf ediblər ki, onların həlli kibercinayətkarlar tərəfindən istifadə edilə bilər. Bundan başqa, "Lyrebird" nitq sintezatoru fırıldaqçılar tərəfindən şəxsiyyətin oğurlanması məqsədilə tətbiq oluna bilər. Bununla əlaqədar olaraq, alqoritmlər açıq girişdə yerləşdirilib. Bu o məqsədlə edilib ki, artıq istənilən insan səs yazısının etibarlı sübut mənbəyi olmadığından xəbərdar olsun. "ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31