Ekspert: Avropa Türkiyəyə təzyiq göstərməyə çalışır
Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı bu ölkəyə təzyiq göstərmək məqsədilə qəbul edilmiş növbəti qərardır. Bunu rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, “Analitika Yuqa Rossii” jurnalının baş redaktoru Yevgeni Mixaylov deyib.
26 Aprel 2017 17:51 DünyaAvropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı bu ölkəyə təzyiq göstərmək məqsədilə qəbul edilmiş növbəti qərardır. Bunu Trend-ə rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, "Analitika Yuqa Rossii" jurnalının baş redaktoru Yevgeni Mixaylov deyib.
Onun sözlərinə görə, bu qərar Türkiyəyə yeni ittifaqlar qurmaq zərurətini göstərəcək: "AŞPA-nın bu addımında mən müsbət cəhət görürəm. Fikrimcə bu, ölkə üçün yeni imkanlar yaradacaq ki, sürətlə dəyişən müasir dünyada düzgün siyasi istiqamətlər seçsin".
Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.
Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir. Trend.az