Dünya

Beren Saata pis xəbər

12 May 2017 13:37

Beren Saatla İlker Kalelinin baş rollarda çəkiləcəyi "Tren" adlı filmin çəkilişləri təxirə salınıb. İ.Kaleli layihədən ayrıldıqdan sonra prodüserlər Berenə tərəf müqabili tapa bilməyib. Bu səbəbdən də layihə dayandırılıb. Ozan Açıktanın ssenarisini yazdığı və BKM-in prodüserlik etdiyi filmin nə zaman çəkiləcəyi bəlli deyil.

Romada güclü PARTLAYIŞ

12 May 2017 13:09

Səhər saatlarında Romanın mərkəzi küçəsində partlayış baş verib. Yerli KİV-lər partlayışın poçt şöbəsi yaxınlığında olması barədə yazıblar.

Qorxunc səhv 4 yaşlı oğluna etdirdiyi DNT testi ilə üzə çıxdı

12 May 2017 13:02

Türkiyədə qarışıq salınan uşaqlar 4 il sonra doğma ailəsinə qovuşublar. Adıyamanlı Məryəm və Səlahəddin D. -nin körpələri ilə Trabzonlu Yusuf və Səlma K.-nın körpələri xəstəxanada qarışıq düşüb. 

Azərbaycanlı milyarder: "Arvadım oğlumun dostu ilə yatırdı" - VİDEO 

12 May 2017 12:58

"Bu qərar, əslində, varidatıma və biznes aktivlərimə qəsbdir. Britaniyadakı məhkəmənin qərarını heç bir halda ədalətli adlandıra bilmərəm". Azərbaycanlı milyarder, hazırda Britaniyada yaşayan Fərhad Əhmədov belə deyib.

4 yaşlı qız sevgilisini tapmaq üçün evdən qaçdı - DÜNYA BU SEVGİDƏN DANIŞIR

12 May 2017 12:35

Hadisə Fransanın Touraine şəhərində qeydə alınıb. Fransa mediası 4 yaşlı qızın məhəbbətindan danışır. Babası ilə yaşayan kiçik qız əynində yataq paltarı, sevdiyi uşağı tapmaq üçün evdən qaçıb. Balacanın bir saat ərzində təxminən 3 kilometr piyada gedərək evdən uzaqlaşdığı deyilib.

Rusiyada sürücü təqaüdçü qadınları vurdu və bir neçə dəfə üzərlərindən keçdi - VİDEO

12 May 2017 12:16

Rusiyanın Xabarovsk diyarında sürücü 91 yaşlı və 88 yaşlı təqaüdçü qadınları vurub, daha sonra parklama yerini tərk edərkən bir neçə dəfə onların üzərindən keçib. Ehtiyatsız sürücünün törətdikləri müşahidə kameraları tərəfindən qeydə alınıb.

ABŞ bu terrorçunun başına 10 milyon dollar mükafat qoydu

12 May 2017 12:12

ABŞ "ən-Nusra" lideri barədə bəyanat yayıb. ABŞ Dövlət Departamenti "Nusra Cəbhəsi" terror təşkilatının başçısı Əbu Muhəmməd əl-Culanini tutmağa kömək edə biləcək məlumat üçün 10 milyon dollar miqdarında mükafat təyib edib.

"Kara Sevda"nın 52 yaşlı Leylasından bəd xəbər

12 May 2017 12:07

“Kara Sevda” da Leyla obrazını canlandıran Zerrin Tekindor sevgilisi Haluk Bilginerdən ayrılıb. 6 ildir sevgili cütlüyün ayrılmasının səbəbi aktrisanın oğlu Hira olub. “Arzu Tramvayı” adlı tamaşada rejissor kürsüsündə oturmağa hazırlaşan Haluk Bilginer Hira Tekindorun aktyorluq qabiliyyətini bəyənməyib. Bunun üçün başqa aktyor axtarışına başlayıb. Bu vəziyyət cütlüyün münasibətlərinin korlanmasına gətirib çıxarıb. Haluk Bilginerse tamaşanı ləğv etməli olub.

Gözlərinin rəngini dəyişən məşhur 150 əməliyyat keçirdi

12 May 2017 11:54

Özlərini "Barbie" personajına bənzədən qadınlardan sonra Londonda yaşayan braziliyalı Rodriqo Alves də bu arzuya düşüb. Üzündə və bədənində 150-yə yaxın plastik əməliyyat keçirən Rodriqo bu dəfə gözlərinin rəngini dəyişib.

Ermənistan bu yolla məhv ediləcək: İrəvanın düşdüyü tələ və dəhşətli plan

12 May 2017 11:50

Rusiya Ermənistanda yerləşən 102-ci hərbi bazasından Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar üçün istifadə etməyi planlaşdırır. Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə İŞİD-ə qarşı mübarizədə Ermənistan, Tacikistan və Qırğısıztandakı hərbi bazalardan istifadə edilə biləcəyini açıqladı.

Kapitulyasiyaya məcbur etmək və 500 kilometr... - Putinin müharibə planı açıqladı

12 May 2017 11:46

Rusiya 2015-ci ildən qərb sərhədində üç yeni diviziyanın yaradılmasına başlayıb. Rəsmi məlumatlara görə, hər diviziyada 10 min əsgər olacaq. Ukraynanın Liga.net saytı NATO-nun birləşmiş silahlı qüvvələrinin keçmiş baş komandanı, general Filip Bridlava istinadən real rəqəmin daha yüksək olduğunu yazıb.

Yeni texnologiya saniyədə 1 terabit buraxılış qabiliyyətinə malik olacaq

11 May 2017 19:55

1980-ci illərdə “DSL” texnologiyasının hazırlanmasında iştirak edən novator Con Sioffi Parisdə “G.fast Summit” sammitində mis kabellər vasitəsilə saniyədə 1 terabit buraxılış qabiliyyətinə nail olmaq məqsədi daşıyan tədqiqat layihəsini təqdim edib. “Terabit DSL” (TDSL) adlanan texnologiya məlumatları 50-600 giqahers tezliklərində ötürür.

Təbii qaz qrafenə çevriləcək

11 May 2017 19:50

ABŞ alimləri adi asetilendən qrafen hasil etmək üçün üsul kəşf ediblər. Yeni metod bütün mövcud üsullardan möhkəm olmaqla yanaşı, qrafen istehsalını xeyli ucuzlaşdıraraq yekunda minimal miqdar qatqılı məhsul əldə etməyə imkan verir.

Uşaqlar üçün ödəniş kartı buraxılıb

11 May 2017 19:45

ABŞ-ın “Current” şirkəti uşaqlar üçün “Visa” ödəniş kartını təqdim edib. Kart övladlarının xərclərinə nəzarət etmək və onları maliyyə savadlılığına öyrətmək istəyən valideyn uşaqları üçün nəzərdə tutulub.

19 illik məşhur ərini boşadı və 4,5 milyon təzminat aldı

11 May 2017 19:40

Ceyda Sabah 19 illik həyat yoldaşı və məşhur müğənni Coşkun Sabahdan 4,5 milyon lirəlik təzminat alıb. Ceyda Sabah 19 illik ərinin cib telefonunda tutduğu mesajlar üzündən boşanmaq üçün məhkəməyə müraciət edib.