Dünya

“Google Chrome” brauzeri “Windows 10 S” əməliyyat sistemində əlçatan olmayacaq

11 May 2017 19:30

Ötən həftə “Microsoft” şirkəti “Microsoft EDU” konfransında yeni “Windows 10 S” əməliyyat sistemini təqdim edib. “Windows 10” sisteminin bu versiyasının özəlliklərindən biri yalnız “Windows Store” mağazasından yüklənilən proqramların dəstəklənməsi olub. Proqram nəhəngi tədbir çərçivəsində məlumat verib ki,  “Google” və “Mozilla” şirkətləri öz brauzerlərini “Windows Store” tətbiqlər mağazasında yerləşdirə bilərlər. Ancaq sonra məlum olub ki,  tətbiqlər mağazasının siyasətinə görə, adı çəkilən şirkətlər bunu edə bilməyəcək.

Alimlər istənilən səthi sensora çevirməyi öyrəniblər

11 May 2017 19:25

Karneqi-Mellon Universitetinin alimləri elektrik keçirən xüsusi rəngin köməyi ilə istənilən səthi sensor panelə çevirməyə imkan verən yeni texnologiya təqdim ediblər. “Electrick” adlandırılan yeni həllin əsasını elektrik tomoqrafiyasından istifadə təşkil edir. Bu texnologiyanın köməyi ilə istənilən obyekti toxunuşlara həssas etmək və kompüteri elə proqramlaşdırmaq olar ki, bu və ya digər əşyaya toxunuş vaxtı müvafiq funksiyaları yerinə yetirsin.

Rihanna Benzemaya xəyanət edibmiş

11 May 2017 19:18

2015-ci ildə qısa müddət futbolçu Kərim Benzema ilə sevgili olan Rihanna haqda gözlənilməz iddia səsləndirilib. Müğənni Benzema ilə birlikdə olduğu vaxt keçmiş sevgilisi Kris Braun ilə ona xəyanət edibmiş. 

Murad Bozdan "xəyanət" iddialarına cavab

11 May 2017 19:15

Dünən gecə məkanlardan birində jurnalistlərlə qarşılaşan müğənni Murad Boz Aslı Enverlə xəyanətə görə ayrılması barədə sualları cavablandırıb.

"100 min versələr..." - Mələkdən cazibədar fotosessiya

11 May 2017 19:10

Aparıcı Mələk Heydərova yeni fotosessiyası etdirib. Aktrisa kimi də fəaliyyər göstərən Mələk bu yaxınlarda serialda rol alacaq.

Türkiyədə PKK terrorçuları ilə qarşıdurma: 2 ölü, 11 yaralı

11 May 2017 18:55

Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında baş vermiş silahlı qarşıdurma zamanı 2 çavuş şəhid olub, 11-i yaralanıb.  Hadisə Ağrı əyalətinin Doğubəyazid ilə Vanın Çaldıran rayonları arasındaki Təndürək dağında keçirilən əməliyyat zamanı qeydə alınıb.

Ekspert: "İslamiada Azərbaycana qonaqpərvərliyini və tolerantlığını göstərməyə imkan verəcək"

11 May 2017 17:46

İslam Həmrəyliyi Oyunları Azərbaycana qonaqpərvərliyini və tolerantlığını göstərməyə imkan verəcək. Bunu  rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib. 

PYD Türkiyə sərhədində RUS BAYRAĞI SANCDI

11 May 2017 17:42

Suriyanın Hələb şəhərinə aid Afrin qəsəbəsində  PKK-nın bir qanadı olan PYD terror təşkilatı Türkiyə sərhəddinə yaxın nöqtədə Rusiyanın bayrağını sancıb. Sərhəddən açıq şəkildə görünən Rusiya bayrağı Türkiyədə ciddi narahatlıq yaradıb. Dərhal  Türkiyənin sərhəd qoşunları bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib. Hadisənin Türkiyə və Rusiya arasında yenidən diplomatik gərginliyə yol açacağı gözlənilir. 

Murat Bozun bacıları gecə apardığı villa ilə bağlı İLGİNC DETAL - VİDEO

11 May 2017 16:46

Murat Boz və Eser Yenenler Candan bacıları ilə gecə saatlarında aparıcının villasında görüntülənmişdilər. Yenenlerin villası ilə əlaqədar maraqlı bir detal ortaya çıxıb. Məşhur gülüş ustası və aparıcı evinin kürsüsünü (zirzəmi) gecə klubu etdiribmiş.

Pentaqon rəhbərindən Türkiyə ilə bağlı AÇIQLAMA

11 May 2017 16:18

Türkiyənin baş naziri Binali Yıldırım və ABŞ müdafiə naziri Ceyms Mettis arasında görüş keçirilib. Tərəflər Somali ilə bağlı beynəlxalq konfransın keçirildiyi Londonda bir araya gəlib. Görüş 30 dəqiqə davam edib və mətbuata qapalı olub.   Pentaqonun rəsmi açıqlamasında bildirilir ki, C. Mettis B. Yıldırıma ABŞ-ın NATO üzrə müttəfiqi Türkiyəni qorumaqda qərarlı olduğunu təkrarlayıb. 

BMT: Yer kürəsində hər 7-ci adam elektrik enerjisindən məhrumdur

11 May 2017 15:47

Yer kürəsində hər 7-ci adam elektrik enerjisindən istifadə etmək imkanından məhrumdur. Bunu BMT baş katibinin xüsusi səfiri Reyçel Kayt açıqlayıb. O bildirib ki, əgər bəşəriyyət hamının elektrik enerjisindən yararlanmasını istəyirsə, bu günə qədər mövcud olan sistem dəyişdirilməlidir.

Ərdəbildə 5 bal gücündə zəlzələ: Yaralılar var

11 May 2017 15:35

Bu gün səhər saatlarında Ərdəbil əyalətində 5 bal gücündə zəlzələ baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzi bildirib. Təbii fəlakət nəticəsində 11 nəfər xəsarət alıb.

Erməni əsgər hərbçi yoldaşını güllələdi

11 May 2017 15:33

Ermənistanın İstintaq Komitəsində ötən gün döyüş mövqeyində cəsədi aşkar edilən kiçik çavuş Qaqik Aruşi Mesropyanın ölümü ilə bağlı cinayət işi açılıb. Dünən səhər saat 08:40 radələrində Ermənistanın Müdafiə Nazirliyinə məxsus döyüş mövqelərindən birində silahdan açılan atəş nəticəsində Qaqik Mesropyan güllə yarası alıb. O, hospitala aparılarkən yolda ölüb. 

Azərbaycana gizli gəlib, qanunsuz çəkiliş aparan ERMƏNİ GÜLLƏLƏNDİ

11 May 2017 15:26

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində qanunsuz çəkiliş aparan Ermənistanın “Şant” telekanalının operatoru David Atoyan güllə yarası alıb. “news.am” saytı xəbər verir ki, hadisə mayın 10-u saat 18:00 radələrində olub.

ABŞ geri çəkilir - Türkiyəyə 5 bəndlik təhlükəsizlik ZƏMANƏTİ

11 May 2017 14:15

ABŞ PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-yə veriləcək ağır silahlarla əlaqədar Türkiyəyə təhlükəsizlik zəmanətləri verib. Nəşrin yazdığına görə, təhlükəsizlik zəmanətləri ABŞ-a gedən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və prezident administrasiyasının sözcüsü İbrahim Kalından ibarət türk nümayəndə heyətinə verilib.