Dünya

Dəhşətli kadrlar: motosiklet yük maşını ilə toqquşdu, sürücü diri-diri yandı - VİDEO

11 May 2017 14:01

Çində təhlükəsizlik kameralarına düşən görüntülər dəhşətə gətirir. Videoda motosikletin yük maşını ilə toqquşması, sonra da alışması əks olunub. Sürücülərin vəziyyəti barədə məlumat yoxdur. 

Türkiyədə antiterror əməliyyatı

11 May 2017 13:46

İzmirdə keçirilən antiterror əməliyyatında təhlükəsizlik qüvvələri solçu İnqilabçı Kommunistlər Birləşmiş Azadlıq Gücləri (DKB/BÖG) terrorçular şəbəkəsinin 11 üzvünü saxlayıb. İzmir prokurorluğunun apardığı istintaq tədbirləri nəticəsində şəhərin Terrorla Mübarizə Şöbəsi qrupu Suriyada öldürülən və kod adı “Mehmet” olan DKB/BÖG üzvü Ulaş Bayraktaroğlunun intiqamını almaqdan ötrü terror şəbəkəsinin Türkiyəyə sızdığını ifşa edib. Nəticədə İzmirin Konak və Bayındır rayonları ərazisində keçirilən əməliyyatda haqlarında tutulma qərarı verilmiş 11 şübhəli şəxs saxlanılıb.  

Otel binasında QORXUNC OLAY: uşaq pəncərədən asılı qaldı - VİDEO

11 May 2017 13:07

Türkiyənin Adana şəhərində anasının çölə çıxmasından sonra hotel otağında tək qalan 5 yaşlı uşaq, pəncərədən çölə baxmaq istəyərkən 5-ci mərtəbədən yıxılmaq təhlükəsi ilə üz-üzə qalıb. 

Elm dünyası şokda - İlk insanları hansı xəstəlik məhv edib?

11 May 2017 13:04

Dünya tarixinin neandertal insanlarının hansı səbəbdən məhv olması məlum olub. Buna səbəb müasir insanların Afrikadan Avropaya köçü olub. Müasir insanlar Afrikadan Avropaya köçəndə neandertallarla üzləşiblər. Yeni araşdırmlara əsasən, neandertallar müasir insanlardan yoluxduqları xəstəlik səbəbindən tarix səhnəsindən siliniblər.

Trampdan Ermənistana ŞOK SANKSİYA: Sarkisyanın üzərindən XƏTT ÇƏKİLDİ

11 May 2017 12:38

ABŞ Ermənistanda parlament seçkilərinin saxtalaşdırılmasında iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqi prosesinə başlayıb. parlament seçkilərini saxtalaşdırmaqda şübhəli bilinən hakim Respublika Partiyasının bir sıra üzvünün ABŞ hökumətinin maliyyələşdirdiyi layihələrdə iştirakına qadağa qoyulacaq.

Rusiyada elmə məlum olmayan heyvan tapıldı

11 May 2017 12:35

Rusiyanın Ural bölgəsində paleontoloqlara məlum olmayan heyvan növünün sümükləri tapılıb. Tapıntını üzə çıxaran Rusiya alimləri ilə birgə heyətdə Britaniya, Avstraliya, Danimarka, Polşa, ABŞ və Fransa alimləri də olub. Ural dağlarının mağaralarında tapılmış heyvanın sümükləri bərpa olunduqdan sonra əvvəlcə onun bizon olduğunu düşünüblər.

Zavod yanır

11 May 2017 12:28

Türkiyənin Trabzon vilayətində mebel istehsalı zavodu yanır. “Olaylar” “Miliyyet” -ə istinadən bildirir ki, Trabzonun Arsin bölgəsində yerləşən zavodda səhər saatlarında səhər saatlarında yanğın baş verib.  Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər cəlb olunub. Verilən məlumata əsasən yanğınön səbəbi məlum deyil.

"Rolex" tarixi modelini rekord qiymətə satışa çıxardı

11 May 2017 12:27

Ən məşhur saat brendi "Rolex" 6062 modelini satışa çıxarıb. Qızıl saata 1.5 milyon qiymət qoyulub. Vyetnamda imperator "Nguyen Dynasty"nin şərəfinə istehsal olunan bu saatı 1954-cü ildə "Bao Dai" adı ilə tanınan şəxs alıb. Milli.Az xarici mediaya istinadla xəbər verir.

14 yaşlı qızı başından güllələdi - Mesajlarından bezdiyinə görə

11 May 2017 12:12

Amerikada iki məktəbli oğlan 14 yaşlı qızı başından güllələyiblər. 16 yaşlarında olan Colter Danny Peterson və Jayzen Deckerhəbs cəzası alacaqlar. Oğlanlar Deserae Turneri başından güllələsələr də, qız ölməyib. Lakin onun gözləri tutulub. Onlar qızı güllələdikdən sonra kimsəsiz adada qoyaraq qaçıblar. Cinayətkarlar tutulublar.

İrəvanda Azərbaycan almalarına görə həbslər başladı – RƏSMİ

11 May 2017 12:03

Ermənistanda Azərbaycan almaları ətrafındakı qalmaqal davam edir. İstiPress-in “newsarmenia” saytına istinadən verdiyi məlumata görə, artıq 4 nəfər həbs edilib.

Britaniyada 3 qadın terrorçuluqda ittiham edilib

11 May 2017 11:58

Böyük Britaniya hökuməti Birləşmiş Krallığın ərazisində terror aktlarının hazırlanmasında şübhəli bilinən üç qadına ittiham irəli sürüb.

Tramp Ərdoğanı ABŞ-a çağırdı

11 May 2017 11:56

ABŞ prezidenti Donald Tramp mayın 16-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu barədə Ağ Ev məlumat yayıb.

Rays açıqladı: "Putin ABŞ-dan qisas aldı"

11 May 2017 11:39

"Rusiya həqiqətən ABŞ-dakı seçkilərə müdaxilə edib və buna görə cəzalandırılmalıdır." Bunu MSNBC televiziyasına müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays söyləyib.

Ermənistan AES fəaliyyətini müvəqqəti dayandırıb

11 May 2017 11:38

Ermənistan Atom Elektrik Stansiyası (AES) mayın 10-dan plan üzrə illik təmir və yanacaq doldurulması üçün dayandırılıb. Report xəbər verir ki, bu barədə ölkənin Energetika İnfrastrukturu və Təbii Ehtiyatlar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, AES bu il iyunun 9-da yenidən fəaliyyətə başlayacaq.

3 nəfər qızı döyüb, diri-diri basdırdılar, amma qız sağ qaldı - VİDEO

11 May 2017 11:28

Ata diri-diri basdırılan qızını 2 saat sonra xilas edə bilib.  Hadisə Hindistanın Bihar vilayətində baş verib. Görüntülərdə 19 yaşlı Xuşboo Xatunun torpaqdan çıxarılması əks olunub.