Dünya

Ən məşhur xəbər proqramı bağlandı - İsraildə şok - VİDEO

11 May 2017 11:20

Bağışlayın məni, amma sizə çox pis xəbərim var. Proqramımızı bağlayırlar. Nə edəcəyimi, nə deyəcəyimi bilmirəm. İsrailin dövlət televiziya kanalı olan "1-ci kanal"ın ən məşhur xəbər proqramı sayılan "Mabat LaHadashot" ("Xəbərlərə baxış") qapadılıb.

Ceyms Komi: "Prezidentin məni əsassız olaraq istefaya göndərə biləcəyini gözləyirdim"

11 May 2017 11:12

ABŞ Federal Tədqiqatlar Bürosunun (FBİ) vəzifəsindən uzaqlaşdırılan keçmiş rəhbəri Ceyms Komi qurumun əməkdaşlarına vida məktubu göndərib. Bu barədə CNN məlumat yayıb. C.Komi məktubunda bildirib ki, prezidentin onu hər hansı əsas olmadan işdən kənarlaşdıra biləcəyini gözləyirdi: "Uzun müddət mən hesab edirdim ki, prezident məni heç bir əsas və ya səbəb olmadan istefaya göndərə bilər. Mən bu qərarla bağlı lazımsız düşüncələrə və əslində bu cür qərarların necə verilməli olduğu barədə fikirlərə vaxt sərf etmək niyyətində deyiləm. Ümid edirəm ki, siz də mənimlə həmfikirsiniz. Bu, artıq baş verib. Mənimlə bağlı hər şey qaydasındadır. Lakin həm sizlər, həm də iş üçün çox darıxacağam".

Toyda faciə

11 May 2017 10:38

“Snapdragon 630” prosessoru təqdim olunub

10 May 2017 20:10

ABŞ-ın “Qualcomm” şirkəti orta səviyyəli smartfonlarda istifadə üçün nəzərdə tutulan 14 nanometrlik “Snapdragon 630” prosessorunu təqdim edib.

İlk “4G” kiçik mobil rabitə baza stansiyası buraxılıb

10 May 2017 20:01

ABŞ-ın “Sprint” şirkəti dünyada ilk simsiz “4G” mini-mobil rabitə baza stansiyasını təqdim edib. Həm kommersiya, həm də şəxsi istifadə üçün nəzərdə tutulan qurğu ABŞ istifadəçilərinin yararlandığı “Sprint LTE Plus” şəbəkəsində əhatəni və məlumatların ötürülmə sürətini xeyli yaxşılaşdırmağa imkan verir.

“Intel”in çiplərində aşkar edilmiş boşluq kompüterlərə müdaxiləyə imkan verir

10 May 2017 19:55

“Intel” korporasiyasının istehsalı olan çiplərdə aşkar edilmiş boşluq hakerlərə kompüter üzərində uzaq məsafədən nəzarəti tam ələ keçirməyə imkan verir. Boşluq “Active Management Technology” (AMT) aparat texnologiyasında aşkar edilib. İnzibatçılar bu aparat texnologiyasının köməyi ilə uzaq məsafədən kompüterlərə xidmət göstərir və başqa məsələləri (məsələn, proqram təminatını yeniləyir və sərt diskləri təmizləyirlər) yerinə yetirirlər. AMT qurğu sönülü olduqda belə klaviatura və “maus”u idarə etməyə imkan verir.

Smartfondan suyun səs vasitəsilə təmizlənilməsi üsulu kəşf edilib

10 May 2017 19:50

ABŞ Patent Bürosu “Apple” şirkətinin smartfonun su təsirindən daha mükəmməl mühafizəsini nəzərdə tutan texnologiyanın təsvir edildiyi sənədi dərc edib. Söhbət “iPhone” smartfonunun korpusundan suyun təmizlənilməsi sistemindən gedir.

Telepatik kompüter hazırlanıb

10 May 2017 19:45

Alimlər insanın nəyə baxmasını və öz beyin fəaliyyətinə necə nəzarət etməsini müəyyənləşdirən süni intellekt hazırlayıblar. Tədqiqat beyin və kompüter arasında birbaşa telepatik rabitə istiqamətində atılan növbəti addımdır ki, bu da videoların, təsəvvürlərin və ya yuxuların şifrlərinin açılmasına səbəb ola bilər.  

Sinem Kobal yeni seriala hazırlaşır

10 May 2017 19:08

Aktrisa Sinem Kobal yeni mövsümdə ekranlara dönür. Kənan İmirzalıoğlu ilə evləndikdən sonra sənətdən uzaqlaşan aktrisa hazırda yeni ssenari oxuduğunu deyib: "Hazırda evdə oturub ssenari oxuyuram".

Pişik mırıltısının insan orqanizminə İNANILMAZ FAYDASI

10 May 2017 19:04

Pişik mırıltısının insan orqanizminə xeyri varmış. Pişiklər “soyuducu vibrasiyası” kimi mırıldayanda həm özünün, həm də sahibinin səhhətinə yaxşı təsir göstərir. Bunun necə baş verdiyi hələlik məlum deyil, amma məlum olan odur ki, mırıltının titrəyişi vasitəsilə yaralar daha tez sağalır, sümük zədələri sürətlə bərkiyir.

Oğlunun alimentini ödəmədi, özünə 7 milyona ev aldı

10 May 2017 18:50

Aparıcı Ece Erkenin keçmiş həyat yoldaşı, iş adamı Serkan Uçar başladığı yeni fotosu ilə tənqid olunub.  Eceden olan 2 yaşlı oğluna ayda 4 min lirə ödəməyən Serkan Nyu-Yorkdakı göydələnlərdən birində özünə yeni ev alıb. 57-ci mərtəbədə yerləşən mənzilə Uçar 7 milyon lirə verib. Bu azmış kimi, həmin evi lüks təmir etdirən biznesmen onun fotosunu sosial media hesabında yerləşdirib.

Zəm-zəm quyusu haqqında bilinməyənlər - Yapon alimdən inanılmaz AÇIQLAMA 

10 May 2017 18:31

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, dünyanın ən sağlam və faydalı sularından olan zəm-zəm suyunun sirri hələ də müəmmalı olaraq qalır. Bu gün texnologiyaların son dərəcə inkişaf etdiyi bir vaxtda belə zəm-zəm suyunun mənbəyi tapılmır.

“Yadplanetli”ləri “Da Vinçi kodu”na BİRLƏŞDİRƏN SƏBƏB - VİDEO

10 May 2017 18:29

Yaxşı vaxt keçirməyin ən sadə yolu film seyr etməkdir. Sevdiyin, baxmaqdan doymadığın filmlərlə yanaşı yeni ekran işlərindən xəbərdar olmaq pis olmazdı. Amma elə filmlər də var ki, onlara baxmaq istəsən də əlçatan olmur. Çünki senzura ona qadağa qoyub, halbuki başqa ölkələrdə çox məşhurdur. Əlbəttə ki, qadağa səbəbləri müxtəlifdir.

Prokuror qəzada həlak oldu: Uşaqlarına yazdığı vəsiyyət hər kəsi ağlatdı - VİDEO

10 May 2017 18:18

Türkiyədə Dənizli Respublika Baş prokuroru Mustafa Alperin içində olduğu minik avtomobili yük maşını ilə toqquşub. Qəzada Mustafa Alper və sürücüsünün öldüyü, bir mühafizəçisinin isə ağır yaralandığı deyilir. Qəzadan sonra qaçan yük maşınının sürücüsü tutularaq nəzarətə alınıb.