Dünya
Dostluğunu qəbul etməyən qızı GÜLLƏLƏDİ - DƏHŞƏT
Türkiyənin Muğla əyalətində qan donduran hadisə baş verib. Yerli sakinlərdən 25 yaşlı Əmrah.P 18 yaşlı İpək Pətəyi qətlə yetirib. 25 yaşlı Əmrah.P 18 yaşlı qıza dostluq təklif edib. Dostuq təklifinə rədd cavabı alan Əmrah bundan qəzəblənib. Evlərinin eyvanında oturan qıza və qardaşına vinçestr tüfəngindən 8 dəfə atəş açıb.
İşsiz şəxs lotoreyada 50 milyon dollar qazandı
Avstraliyada işsiz lotoreyadan 50 milyon dollar udub. 30 yaşlı Sidney sakini bildirib ki, əldə etdiyi pulu yaxınları ilə bölüşəcək. O, pulun bir hissəsini ailəsinə, dostlarına və xeyriyyə fondlarına verəcək: "Həyat dəyişir. Mən hətta bilmirəm ki. 50 milyonda nə qədər sıfır var".
Sarkisyanın iki il sonrası üçün AĞLAGƏLMƏZ PLANI - Gizli hədəf nədir?
2018-ci ildə prezident səlahiyyətlərini təhvil verəcək Serj Sarkisyanın Milli Təhlükəsizlik Şurasının rəisi vəzifəsinə keçəcəyi haqda informasiya yayılıb. Qəzet qeyd edib ki, Sarkisyan bununla ölkənin idarəçiliyində öz təsirlərini saxlayacaq. Qəzetin məlumatına görə, Sarkisyan özü üçün bu postu hələ 2016-cı ildə hazırlamağa başlayıb. 2016-cı ilin avqustunda Sarkisyan Milli Təhlükəsizlik Şurasının katibliyinin yaradılması ilə bağlı fərman imzalayıb.
Separatçı lider: “Rusiya ilə yenidən birləşmək əsas hədəfdir”
“Rusiya ilə yenidən birləşmə Donetsk Xalq Respublikasının hədəfidir”. Bunu Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” separatçı rejimin başçısı Aleksandr Zaxarçenko “inteqrasiya komitəsi”nin iclasında deyib. “Vətənlə yenidən birləşmə bizim hədəfimizdir. Bu vətən Rusiyadır.
1700-dən çox insanı öldürən göl - VİDEO
Afrikada Kamerun dövlətinin ərazisində yerləşən Nios gölü təxminən 400 il bundan əvvəl yüksək dağlıq ərazidə səth və yeraltı suların maara (Yer səthində vulkan mənşəli qıfabənzər çökəklik) dolması nəticəsində formalaşıb. Maar lavanın yeraltı sularla qarışması nəticəsində baş verən partlayışdan yaranıb.
Pakistanda vitse-spikerin maşını partladıldı: 20 ölü, 35 yaralı
Pakistanda növbəti dəfə partlayış baş verib. hadisə Bəlucistan əyalətində qeydə alınıb. Yerli mətbuatın yaydığı xəbərə görə, hədəf Pakistan senatının sədr müavini Maulana Heydərinin olduğu avtomobil korteji olub. Nəticədə 20 nəfər ölüb, 35 nəfər yaralanıb. Partlayış zamanı senatın sədr müavini də xəsarət alıb. O, dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb.
“Kəşfiyyat məhv ediləcək!” - Milli üslubda müharibə BAŞLAYIB
"ABŞ və Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının liderinə sui-qəsd cəhdinə görə üzr istəməli və günahkarları cəzalandırmalıdır". Bunu Şimali Koreyanın Rusiyadakı səfiri Kim Xen Çjun bildirib.
Ukrayna Rusiyadakı dünya çempionatını yayımlamaqdan imtina edə bilər
Ukrayna Milli Televiziya Şirkətinin baş direktoru Zurab Alasaniya bildirib ki, istənilən halda 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını yayımlamaqdan imtina edəcək.
Tramp NATO-nun sammitinə gəlir
Prezident Donald Trampın NATO-nun Brüsseldə keçiriləcək sammitinə ilk səfəri iki gün davam edəcək. ABŞ sammitdə 1000 nəfərədək nümayəndə heyəti ilə təmsil olunacaq.
Belarus səfiri erməni jurnalistləri yenə pərt elədi
Belarusun Ermənistandakı səfiri İqor Nazaruk erməni jurnalistlərin bloger Aleksandr Lapşinlə bağlı sualını cavablandırmaqdan imtina edib. Bu barədə “Novosti Armeniya” xəbər yayıb. Qeyd olunur ki, saytın əməkdaşı Yerevan üçün həssas olan məsələlərlə, məsələn Aleksandr Lapşinin işi ilə bağlı, Ermənistana o qədər də dost münasibəti bəsləməyən Belarusun səfirindən fikir öyrənməyə çalışıb.
Erməni tənqidçi Diananı təriflədi
Erməni tənqidçi, musiqişunas Artur Qasparyan Azərbaycanın "Eurovision" təmsilçisi Diana Hacıyevanın çıxışı barədə yazıb. Rusiyada yaşayan Qasparyan çalışdığı "MK" (Московском Kомсомольце) qəzetində məqalə hazırlayıb.
Banka hücum olub - Girovlar var
Avstriyanın federal ərazisi Tirolda Erpfendorf şəhərində naməlum şəxslər banka hücum ediblər. Bankda girovlar götürülməsi barədə ilkin xəbərlər artıq yayılıb. Polisin verdiyi məlumata gröə, bankın ətrafı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühasirəyə alınıb. Hadisə yerində polisin xüsusi briqadası çalışır, əraziyə giriş və çıxış məhdudlaşdırılıb.
Donald Tramp Çin lideri barədə: “Yaxşı oğlandır”
ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin lideri ilə yaxşı münasibətlər qura bilib. Bu barədə o, "The Economist" jurnalına müsahibəsində deyib. Tramp bildirib: "Çin liderinin aprelin əvvəllərində ABŞ-a olan iki günlük səfəri çərçivəsində onu bəyəndim. 10 dəqiqə görüşəcəyimizi planlaşdırmışdıq, amma görüşümüz 3 saat çəkdi. Növbəti gün də 10 dəqiqə görüşməyi nəzərdə tutduğum halda, görüş saatlarla çəkdi. Şam yeməyi də 3 saat davam etdi".
Rusiya imperiyasından “boşanma” - Torpaqlar QAYIDACAQMI?
Dünən Avropa İttifaqı Şurası Ukraynaya vizasız rejimi təsdiq etdi. Vizasız rejim Şengen zonasında azad hərəkəti nəzərdə tutur. Şengen zonasına Avropa İttifaqının 22 ölkəsi, Avropa İttifaqına 4 üzv olmayan (İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə) və Şengenə 4 namizəd ölkə (Bolqarıstan, Kipr, Rumıniya, Xorvatiya) daxildir.
Antalyaya uçan təyyarənin mühərrikinə quş düşdü, geri qayıtdı
Bu gün səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərindən Antalyaya uçan, “Ural hava yolları” aviaşirkətinə məxsus “Airbus A321” az müddət sonra hava limanına geri qayıdıb.














