Dünya
Maraqlı iddia: Ət yeyən qadınlar gec qocalır
Oksford Universitetinin alimləri apardıqları tədqiqatlar nəticəsində belə qənaətə gəliblər ki, ət yeyən qadınlar uzun müddət cavan qalır və çox yaşayırlar. Alimlər sübut ediblər ki, həftədə üç dəfə ət yeyən qadınlar uzunömürlü olur və cavan görünürlər. Ancaq söhbət kotlet, sosislər və digər ət məhsullarından deyil, yalnız ətdən gedir.
Rus qırıcısı amerikalıları vahiməyə saldı
Rusiya Hərbi-Hava Qüvvələrinin qırıcısı Baltik dənizi üzərində ABŞ Hərbi-Hava Qüvvələrinin təyyarəsinin yaxınlığından uçub. Bu haqda mənbələrə istinadən “Foks Nyus” telekanalı bildirib.
Dəməşq atəşə tutuldu - Dinc sakinlər yaralandı
Suriyanın paytaxtı Dəməşqin ətraf rayonları silahlı qruplaşmalar tərəfindən atəşə tutulub. Atışmalar nəticədə 3 dinc sakin yaralanıb. Polsin verdiyi məumata görə, bir neçə mina bazar ərazisinə düşüb.
Vəba epidemiyası tüğyan edir yəməndə
Yəməndə tüğyan edən vəba epidemiyası iki ay ərzində 1146 adamın ölümünə səbəb olub. Dünya Səhiyyə Təşkilatının (DST) saytı xəbər verir ki, bu barədə məlumatı DST iyunun 20-də açıqlayıb.
Həyat yoldaşlarından qorxan kişilər və bilmədiyiniz 20 FAKT
Ehtiras, şərab, pizza və dəbin vətəni İtaliya. İtaliya mədəniyyəti və folkloru o qədər zəngindir ki, sadəcə bir neçə şəhərini gəzmək, hələ İtaliyada olmaq anlamına gəlmir. Burada hər daşın, hər tikilinin öz tarixi var. Odur ki, İtaliyanı daim kəşf etmək gərəkdir.
Polis maşını minik avtomobili ilə toqquşdu: 5 ölü, 5 yaralı - Türkiyədə
Diyarbakırın Lice mahalında yerləşən Güclü kəndinin yol ayrıcında polis zirehli avtomobili ilə minik maşını toqquşub. Minik maşınındakı 5 nəfərin həyatını itirdiyi, 5 polisin isə yaralandığı deyilir. Hadisə bu gün saat 15.00-da baş verib. Əraziyə xeyli sayda təcili yardım maşını gəlib.
Azərbaycan məhsullarının Ermənistana keçirilməsinin qarşısı alınıb
Azərbaycanda istehsal olunan ərzaq məhsullarının Ermənistana keçirilməsinin qarşısı alınıb. Bu barədə Ermənistanın Dövlət Gəlirləri İdarəsindən bildirilib. Belə ki, Bavrı gömrük idarəsinin əməkdaşları Gürcüstandan Ermənistana keçən avtomobillərin içərisində Azərbaycan istehsalı olan yarım tondan çox çay və xörək duzu aşkarlayıblar.
Türkiyədə təhsil alan azərbaycanlı bıçaqlandı
Türkiyənin Uşak şəhərində təhsil alan azərbaycanlı bıçaqlanıb. Türkiyənin Uşak Universitetində təhsil alan 21 yaşlı Royal Cumayev mübahisə zəminində tələbə yoldaşı və həmvətəni olduğu deyilən O.S. tərəfindən küçədə bıçaqlanıb. Sinəsindən bıçaq yarası alan R.Cumayev yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada əməliyyat olunan tələbənin vəziyyətinin hazırda orta olduğu bildirilir. R.Cumayevə zərər yetirən tələbə yoldaşı saxlanılıb.
Çöhrəqanlının nümayəndələri Dövlət Bahçeli ilə görüşüb
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Türkiyə təmsilçiləri müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının genel başqanı Dövlət Bahçeli ilə görüşüblər. GAMOH İdarə Heyətinin üzvü, Türkiyədə yaşayan güneyli siyasi fəal Ağrı Qaradağlının verdiyi məlumata görə, görüşdə Yaxın Şərqdə və Güney Azərbaycanda baş verən hadisələr müzakirə olunub.
"Kara sevda"nın Zeynəbinin yeni serialının ilktreyleri
"Kara sevda"nın "Zeynəb"i Hazal Filiz Küçük köse yeni serialda baş rolu canlandıracaq. "Rüya" adlı layihədə aktrisanın tərəf müqabili Ceyhun Mengiroğlu olacaq. Serial maddi çətinlik yaşayan bir qızla varlı bir iş adamının sevgisindən bəhs edəcək.
ABŞ Putin üçün “nəfəslik” saxladı: Respublikaçılardan PAUZA
Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinin müəllifləri ABŞ Konqresinin Nümayəndələr Palatasında problemlərlə qarşılaşıblar. Respublikaçılardan ibarət əksəriyyəti Senat tərəfindən artıq bəyənilmiş sənədi beynəlxalq işlər üzrə komitəyə göndərib. Əgər Nümayəndələr Palatası qanun layihəsini dəyişdirərərək yeni formada qəbul edərə, o halda sənədi Senatla uyğunlaşdırmaq lazımdır. Anti-Rusiya sanksiyalarının tərəfdarları isə Nümayəndələr Palatasının qərarından öz narazılıqlarını gizlətmirlər.
Şengen vizasının formatı dəyişdirilir
Avropa İttifaqı Şurası bu gün 1995-ci ilin qısamüddətli Şengen vizalarının vahid formatını tənzimləyən reqlamentinə dəyişiklik edilməsi barədə qərar qəbul edib. "Artıq 20 ildir dövriyyədə olan cari viza ştampı saxtakarlıq və fırıldaqçılıq səbəbi ilə ciddi risk altına düşüb", - Aİ Şurasının mətbuat xidmətindən qeyd ediblər.
Ermənistan sürətlə boşalır
İşğalçı Ermənistanın sürətlə boşalması, əhalinin ölkəni kütləvi şəkildə tərk etməsi barədə maraqlı məlumat açıqlanıb. “OLAYLAR”-ın xəbərinə görə, İtaliyada yaşayan ermənipərəst jurnalist Simon Заpеllаrо GALLUP qrupunun sorğusu əsasında Ermənistandakı vəziyyəti şərh edərkən qeyd edib ki, bu ölkə artıq əhalisinin sürətlə tərk edildiyi dövlətlər sırasında ön yerləri bölüşdürür.
İstanbulda partlayış: Yaralı var
İstanbulda sabun istehsalı müəssisəsində partlayış baş verib. Partlayış şəhərin Maltəpə rayonunda qeydə alınıb. Partlayışın müəssisədəki sobalardan birinin genişlənməsi nəticəsində baş verdiyi bildirilir. Hadisə nəticəsində bir nəfər xəsarət alıb, yaxınlıqdakı avtomobilləra ziyan dəyib.
“Növbəti addım müharibə elanıdır” - PROQNOZ
“Pxenyanın hərəkətlərinə Vaşinqtonun növbəti cavabı hərbi əməliyyatların başlanğıcı ola bilər”. Bu haqda Rusiya Elmlər Akademiyasının Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Batyuk deyib.














