Dünya
Oteldə dəhşət: "İranlı turisti əvvəl döydülər sonra..."
Antalyada dəhşətli hadisə baş verib. 5 ulduzlu otelin 8-ci mərtəbəsində güclü yanğın olub. Hadisə yerinə gələn yanğın söndürmə idarəsinin əməkdaşları yanan otaqda insan olduğunu bildiriblər. Əslən İrandan olan J.P adlı turist dərhal xəstəxanaya aparılıb. Turistin bədənində zərbə izləri və müxtəlif dərəcəli yanıqların olduğu bildirilib.
Türkiyə və Qətər birgə hərbi təlimlərə başladı
Türkiyə və Qətər birgə hərbi təlimlərə başlayıb. Birgə təlimlər Qətərin Rarik bin Ziyad hərbi bazasında keçirilir. Türkiyə tərəfi bu təlimlərə təxminən 250 hərbçi ilə qatıldığını barədə məlumat verib.
Baş redaktor: "Türkiyədə hələ də FETÖ qruplaşmasının gizli üzvləri var"
Türkiyədə Fəthullah Gülən terror təşkilatına qarşı ciddi mübarizə aparılmasına baxmayaraq, hələ də bu təşkilatın gizli üzvləri var. Bu barədə "Bölgepostası" qəzetinin baş redaktoru, "Milat" qəzetinin köşə yazarı Ufuk Çoşkun bildirib. U.Çoşkun hesab edir ki, FETÖ terror təşkilatının arxasında ABŞ, Almaniya, Fransa və hətta İsrail xüsusi xidmət orqanları durur.
Ankarada kütləvi tədbirlərin keçirilməsi qadağan edildi
Türkiyənin paytaxtı Ankarada avqust ayı boyunca ictimai yerlərdə, o cümlədən parklarda müxtəlif tədbirlərin keçirilməsi qadağan edilib. Bu qərar Ankara valiliyi tərəfindən paytaxtda təhlükəsizliyin təmin olunması məqsədilə qəbul edilib.
“Şafak” əməliyyatı – 37 nəfər həbs olundu
Türkiyənin Sakarya vilayətində hava qüvvələrinin təşkil etdiyi əməliyyatda 37 nəfər həbs olunub. “Olaylar” "Anadolu" agentliyinə istinadən bildirir ki, “Şafak” əməliyyatında həbs olunan şəxslərin üzərində narkotik vaistələr və silah aşkarlanıb. Əməliyyat eyni vaxtda Sakaryanın 47 bölgəsində həyata keçirilib.
BMT ABŞ-ın əksinə getdi: Əsədə 18 milyonluq DƏSTƏK
Birləşmiş Millətlər Təşkilatı Suriyada qətliamlar həyata keçirən Əsəd rejimini dəfələrlə qınamasına baxmayaraq, bu rejimlə əlaqədə olan şirkətlərə 18 milyon dollar civarında ödəmələr edib.
Terrorçular sivil vətəndaşlara hücum etdi: 2 yaşlı körpə yaralandı
PKK/PYD terror təşkilatı Suriyanın Hələb şəhərindəki Azez bölgəsini top atəşinə tutub. Hücum nəticəsində 2 yaşlı uşaq yaralanıb. Hücum haqqında müxalifətin Vətəndaşların Təhlükəsizlik Təşkilatı məlumat yayıb.
Çində qatarda PARTLAYIŞ: yaralılar var
Çinin Çuntsin şəhərində vağzalda yük qatarında partlayış baş verib. Tsyantszyan rayon polisi insident nəticəsində 7 nəfərin xəsarət aldığını bildirib. Xəsarət alanlar arasında vağzal əməkdaşları və vağzalda qatar gözləyən sərnişinlər olub.
Məsciddə terror
Əfqanıstanın qərbində Herat şəhərində yerləşən Cevadiye məscidində ard-arda silahlı hücumlar baş verib. “Olaylar” bildirir ki, hücumlar nəticəsində 30 nəfər həlak olub. Məscidin giriş hissəsinə yerləşdirilən bomba partladıqdan sonra iki nəfər naməlum silahlı şəxs məscidə daxil olaraq insanlara atəş açıb. Şiələrə məxsus məsciddə 64 nəfərin yaralandığı bildirilir. Yaralıların bəzilərinin İran dövlət xəstəxanasına aparıldığı söylənilir.
İsrail hərbi təyyarələrinin silahlı basqını
Ərəb mətbuatının iddiasına görə ötən gecə İsrail hərbi təyyarələri Dəməşq Hava Limanında İrana aid avtomaşın karvanına silahlı basqın ediblər. Məlumata əsasən, İsrail hərbi təyyarələrinin vurduqları yük hərbi məqsədlə daşınırmış.
Mayk Pens: "Rusiyanın cəhdləri qarşısında Monteneqronun qətiyyətinə heyranıq"
ABŞ-ın vitse-prezidenti Avropa turnesi çərçivəsində Monteneqroya səfər edib. M.Pens Podqoritsada ABŞ-Monteneqro ikitərəfli əməkdaşlığı, o cümlədən NATO çərçivəsində əməkdaşlıq məsələlərinə dair müzakirə aparıb. Ağ Evdən bildirilib ki, vitse-prezident Monteneqroya ABŞ-ın dəstəyini ifadə edib: "Vitse-prezident bizim NATO üzrə ən yeni müttəfiqimiz olan Monteneqroya dəyişməz dəstəyimizi, eləcə də Rusiyanın onu avroatlantik yoldan döndərmək cəhdləri qarşısında Monteneqronun qətiyyətindən heyranlıq duyduğunu ifadə edib".
Müğənni xəstəxanaya yerləşdirildi
Məşhur türkiyəli müğənni İrəm Derici “Kanal D” – də proqram çəkilişindən öncə halı pisləşib. Müğənni sevgilisi Lider Şahin və işçiləri tərəfindən dərhal xəstəxanaya yerləşdirilib. Ürəyinin sıxıldığını deyən İrəm daha öncə də sevgilisindən ayrılandan sonra da halının pisləşdiyin məlum olub.
Suriya müxalif ordusunda yeni lider
Suriyadakı ən böyük hərbi müxalif qruplardan biri olan Ahraruş Şamın yeni lideri məlum oldu. “Olaylar” bildirir ki, müxalif qrupun yeni lideri Əbul Bəra elan edilib. "Əbu Ammar" ləqəbi ilə tanınan Əli Ömərin istefasının qəbul edildiyi və onun yerinə Əbul Beranın namizədliyi irəli sürülüb.
Konsulluğa silahlı hücum
Los- Anceles şəhərində yerləşən Çin konsulluğuna asiya əsilli 60 yaşlarında bir nəfər silahlı hücum edib. Konsulluğa 17 dəfə atəş açan təcavüzkar daha sonra intihar edib. “Olaylar” bildirir ki, səhər saatlarında baş verən hadisədə yaralanan və həlak olan olmayıb. Çin konsulluğu isə hadisədən son dərəcə narahat olduqlarını, ABŞ səlahiyyətlilərindən binanın və binada çalışan diplomatların təhlükəsizliyini təmin edəcək zəruri tədbirlərin görülməsini xahiş edib.
Rumıniya silkələndi
Kandil Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutundan alınan məlumata görə Rumıniyada 4,6 bal gücündə zəlzələ qeydə alınıb. Səhər saatlarında qeydə alınan zəlzələ yerin 142 km dərinliyində baş verib.













