Dünya
Putinin sərvətinin miqdarı açıqlandı
Keçən həftə ABŞ konqresindəki çıxışında önəmli açıqlamalar verən “Hermitage Capital Management”in sözçüsü Bill Brovder dünyanın ən varlı adamının Vladimir Putin olduğunu iddia edib. Brovder Putinin 200 milyard dollarlıq bir sərvətə sahib olduğunu deyib. Rusiyaya tətbiq ediləcək sanksiyalar öncəsi parlamentdə ifadə verən Brovder prezidentin pulunu Qərb ölkələrinin banklarında saxladığını deyib. Bildirib ki, həmin hesablar hər an dondurula bilər.
Moskvada erməni miqrantlarla kütləvi dava - Yaralılar var
Moskvada tikinti sahələrinin birində miqrant işçilər arasında kütləvi dava baş verib. Davada 40-a yaxın adam iştirak edib. Moskva polisi bildirib ki, dava iki tikinti briqadası arasında qeydə alınıb.
Gülnarə Kərimovanın oğlu hökuməti hədələdi: Açaram sandığı, tökərəm pambığı
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın doğmaları hökumət üzvlərinin maliyyə vəziyyəti barədə sənədləri açıqlamaq niyyətində olduğunu bildiriblər. Bunu G.Kərimovanın oğlu İslam açıqlayıb.
Azərbaycanlı xanım erməni əri ilə İrəvan küçələrində... - FOTO
Erməni Artyom Xaçaturyan və onun azərbaycanlı həyat yoldaşı Leyla qızları Adellə bərabər Ermənistanın paytaxtı İrəvana gəliblər. Sosial şəbəkələrin aktiv istifadəçisi olan Leyla İrəvanda ailəsi ilə birlikdə gəzintiyə çıxıb. Birlikdə fotolar çəkdirən Leyla şəkilləri sosial şəbəkə izləyiciləri ilə paylaşıb.
Ana 5 aylıq körpəni qara paketə büküb pəncərədən asdı: "Qız istəmirdim"
Amerikada dəhşətli hadisə baş verib. Öz qızını öldürmək istəyən qadın hadisəyə oğurluq görüntüsü verərək polisləri çaşdırmağa çalışıb. 34 yaşlı Yin Sothera və 33 yaşlı Çem Sovanna gecəyarısı dostları ilə yaxınlıqdakı kluba kart oynamağa gediblər. Bir neçə dəqiqə sonra dostlarından ayrılan Yin gizlicə evinə qayıdaraq 5 aylıq qızının ağzını bağlayıb, qara zibil paketinə qoyaraq pəncərədən aşağı sallayıb.
Dünya düşündüyümüzdən daha çox isinəcək
Qlobal istiləşmənin XXI əsrin sonuna qədər 2 dərəcədən çox artması gözlənilir. Bir-birindən tamamilə fərqli və əlaqəsiz iki üsulla aparılan araşdırmanın nəticəsində bu qənaətə gəlinib. Hər iki araşdırmanın nəticəsi “Nature Climate Change” jurnalında yayımlanıb.
Gəlin toy gecəsi bəyə atəş açdı: "Qudurma, həddini aşma!"
Ukraynada siyasi gərginlik yeni mərhələdə
Son günlər Ukraynanın siyasi həyatında baş verənlər yenidən bu ölkəni diqqət mərkəzinə gətirib. Qərbin adamı kimi tanınan sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi Qərbdə və Birləşmiş Ştatlarda nə qədər məyusluq doğursa da, eyni zamanda Rusiyada da o qədər məmnunluq yaradıb. İndi ekspertlər düşünürlər ki, Rusiyanın Ukraynada tam mənada oturuşması üçün ona olan başlıca maneələrdən biri də aradan qalxmış olub. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi Ukrayna cəmiyyətində də birmənalı qarşılanmayıb. Həm bu qərarı alqışlayan, həm də onun əleyhinə çıxanlar var. Cərəyan edən proseslər isə Ukraynada yeni bir siyasi gərginliyin baş verəcəyi, hətta hakimiyyət çevrilişinin ola biləcəyini də mümkün göstərir. Bəs görəsən Ukraynada baş verənləri siyasi analitiklər necə dəyərləndirir? Və yaxud Qərb Ukraynadakı adamını necə və hansı formada müdafiə edəcək? Yaxud bu müdafiədə maraqlı görünəcəkmi?
“Türkiyə hər cür təhdidi aradan qaldıracaq qüdrətə malikdir”
Türkiyə Baş naziri Binəli Yıldırım “Yüksək Əsgəri Şura” (YAŞ) üzvləri ilə birlikdə “Anıtkabir”i ziyarət edib. Ziyarət zamanı açıqlama verən baş nazir bildirib ki, millətimizin əzmi və iradəsi sayəsində ölkəmiz bir sabitlik adası olaraq varlığını davam etdirməkdədir: “Dövlətimiz hər cür təhdidi aradan qaldıracaq qüdrətə malikdir. Daha təhlükəsiz, ədalətli, azad bir Türkiyə ən əhəmiyyətli hədəfimizdir. Şəhid qanları ilə yoğurulan bu vətən torpaqlarını eyni əzm və dayanıqlılıqla qorumaq, gələcək nəsillərə əmanət etmək üçün inancımız hər zamankından daha çoxdur”.
Əfqanıstanda əcnəbilərə HÜCUM olub
Əfqanıstanın Qəndəhar şəhərində intiharçı-terrorçu əcnəbi hərbçilərin olduğu avtomobil kortejinə hücum edib. İntiharçı-terrorçu avtomobillərin yaxınlığında özünü partladıb. Hadisə nəticəsində itkilərin olub-olmaması barədə məlumat verilməyib. Məlumata görə, partlayış hərbçilər Qəndahar hava limanına gedərkən baş verib.
Aralıq dənizində can bazarı: 500 qaçqını daşıyan 4 rezin qayıq batdı
Aralıq dənizinin Türkiyəyə aid hissəsində Liviya qaçqınlarını daşıyan 4 rezin qayıq sahildən 24 km uzaqda qəzaya uğrayıb. Hadisə nəticəsində batan 500 qaçqın bir yük gəmisi tərəfindən xilas edilib, 8 nəfər isə boğularaq ölüb. Qaçqınların Liviya vətəndaşları olduqları və Avropaya getmək üçün Aralıq dənizindən istifadə etdikləri təsdiq edilib. Onlar arasında azyaşlı uşaqlar çoxluq təşkil edir.
Nəsli kəsilməkdə olan balinanı tikə-tikə etdilər
Alyaskada nəsli tükənməkdə olan boz balinanın əhali tərəfindən vəhşicəsinə öldürülməsi medianın diqqətini çəkib. Alyaskanın Napaskikak bölgəsində yerləşən Kuskokvim çayından nəhəng boz balina ovlanıb. Dərisi üzülmüş və doğranmış heyvanın əslində yağ üçün ovlandığı bildirilib. Yerli xalq katerlərlə tez-tez balina ovuna çıxır və tutduqları balinaları doğrayaraq əhali arasında bölüşdürülər.
Rusiya və ABŞ aylar sonra bir arada
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi təmsilçiliyi Rusiya ilə ABŞ arasında aylar sonra bir ilkin gerçəkləşdiyini elan edib. Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebeznya ilə ABŞ təmsilçisi Nikki Hali ilk dəfə bir araya gəlib.
Hamilə alim "Mənə xəyanət edənin uşağını doğmaram" deyib, özünü atdı
Türkiyənin Adana şəhərində ərinin onu aldatdığını irəli sürən 6 aylıq hamilə alim "Məni aldadan adamın uşağını doğmaram" deyərək intihara cəhd edib.
Hizbullah Trampı "cahil" adlandırdı
ABŞ prezidenti Donald Trampın Livan prezidenti Səad Hariri ilə keçirdiyi görüşdə işlətdiyi sözlər qalmaqala səbəb olub. Prezident Livanda hökumət ortağı olan Hizbullahın adını İŞİD və Əl-Qaidə terror təşkilatları ilə birlikdə çəkib.














