Dünya

Canlı yayımda gözlənilməz hadisə: jurnalist döyüldü - VİDEO

2 Avqust 2017 17:31

NTV kanalının müxbirinə canlı yayımda hücüm olunub.  Bu gün Rusiyada Hava-desant qoşunlarının bayramı qeyd olunur. Moskvada parkların birində desantlar toplaşaraq hər il bu bayram qeyd edirlər. NTV kanalının müxbiri canlı yayımda həmin bayramdan danışıb. 

Quru, dəniz və hava qüvvələrinin komandanları dəyişdirilib

2 Avqust 2017 17:16

Türkiyə Silahlı Qüvvələrinin quru, dəniz və hava qüvvələrinin komandanları dəyişdirilib. Bu gün Ankarada Ali Hərbi Şuranın toplantısı keçirilib. Toplantıda qoşun növlərinin komandalarının dəyişdirilməsi məsələsinə baxılıb.

Türkiyənin S-400 cavabı: qlobal geosiyasətdə yeni məqamlar

2 Avqust 2017 16:50

Ankaranın Rusiyadan hava hücumundan müdafiə sistemlərinin alınması haqqında bəyanatından sonra bir sıra dairələrdə narahatlıq artıb.

Arvadına sataşanı öldürüb yeni aldığı torpaq sahəsində basdırdı - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

2 Avqust 2017 16:48

Türkiyənin İzmir şəhərində bir təriqətdən ayrılıb, müəllimlik etdiyi və qadınlara təcavüz etdiyi iddiasıyla öldürülüb, bir qrup şəxs tərəfindən tarlada basdırılan Tuncay Güngörün prosesində 15 il azadlıqdan məhrum edilən şübhəli barədə bəraət qərarı çıxarılıb.

Eyvanda yatan qızı görən kişi özünü biabır etdi- VİDEO

2 Avqust 2017 16:44

Türkiyənin Aydın rayonunun Nazilli mahalında, Aydın Böyükşəhər Bələdiyyəsində təmizlik işçisi kimi çalışan H.S. səhər saat 05:30 radələrində işə gedərkən eyvanda yatan şort geymiş qız görüb. Velosipedini parklanmış maşının kənarında saxlayan H.S. qızı izləyərək küçənin ortasında masturbasiya (intim ehtiyacını özünün ödəməsi) edib. 

Dənizdə "ət yeyən bakteriya" təhlükəsi: qadının ayağını kəsəcəklər

2 Avqust 2017 16:18

Ayaqlarını dənizə suyuna daxil edərkən ölümlə üz-üzə gələcəyi ağlından keçirməyən qadın nadir qarşılanan ölümcül bir virusun badına gedib. Bonita Fetterman, ABŞ-ın Cənubi Karolin ştatında bir çimərlikdə ayaqlarını dənizə saldıqdan sonra tibb aləmində ət yeyən bakteriya olaraq tanınan nekrotizan fasiit qəbul edib. Ölümcül infeksiya üzündən ciddi nəzarətə götürülən qadının vəziyyəti hələ də kritik olaraq qalır.

Rusiya MN "Röyters"in Suriyada həlak olan rus hərbçilərinin sayı ilə bağlı məlumatını təkzib edib

2 Avqust 2017 16:01

Rusiya Müdafiə Nazirliyi (MN) "Röyters" agentliyinin Suriyada həlak olan rus hərbçilərinin sayı ilə bağlı məlumatını təkzib edib. Rusiya MN-dən verilən məlumata görə, nazirliyin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumatın yalan olduğunu söyləyib. 

Tur qayığı batdı: 1 nəfər öldü, 2 nəfər itkin düşdü

2 Avqust 2017 15:47

Türkiyədə, Mərmərə dənizində tur qayığı batıb. Qayıqda 11 nəfər olub. Onlardan 8-i xilas edilib, 1-i isə həlak olub. 2 nəfərin taleyindən hələ ki, heç bir xəbər yoxdur.  Qayığın hansı səbəbdən batdığı məlum deyil.

Fransalı jurnalist Türkiyədə həbs edildi

2 Avqust 2017 15:30

Şimali İraqa keçmək üçün Türkiyənin Şırnak şəhərinə gedən fransız jurnalist Loup Bureau polis tərəfindən saxlanılıb.  Jurnalist terror təşkilatına yardım etmək iddiası ilə həbs edilib.

Türkiyə yenidən Eurovisionda

2 Avqust 2017 15:29

Eurovisiona ən son 2012-ci ildə qatılan Türkiyə yenidən bu yarışmaya qatılacaq. 2013 – cü ildən  Eurovisionda iştirak etməyən Türkiyəni bu il Eurovisionda MaNga musiqi qrupu təmsil edəcək.   Qeyd edək ki, MaNgan 2010 – cu ildə Türkiyəni adıçəkilən musiqi yarışmasında təmsil edərək, ikinci olmuşdu.

Reutersin açıqlaması Kremli qəzəbləndirdi

2 Avqust 2017 15:14

“Reuters” beynəlxalq xəbər agentliyi bu il ərzində Suriyada 40 rus əsgərinin həlak olduğunu bildirib. Agentliyin bu açıqlaması Kremli qəzəbləndirib. Kreml rəsmisi Dmitri Peskov beynəlxalq agentliyə cavab olaraq  Suriyada döyüşən rus könüllülərin ola biləcəyini istisna etməyərək, agentliyi Rusiya Müdafiə Nazirliyinin məlumatlarına əsaslanaraq xəbər yaymağa dəvət edib. Rusiya Müdafiə Nazirliyi isə  2015 – ci ildən bu günə qədər Suriyada 10 rus əsgərinin həlak olduğunu açıqlayıb.

Ukrayna Rusiyanı məhkəməyə verəcək

2 Avqust 2017 15:00

Rusiya Kerç boğazındakı körpünün inşası ilə bağlı Ukrayna gəmilərinin hərəkətini məhdudlaşdırıb.  Ukrayna bu səbəbdən Rusiyanı məhkəməyə verməyə hazırlaşır. Bu barədə Ukraynanın infrastruktur nazirinin köməkçisi Yuri Lavrenyuk açıqlama verib: “Hazırda məhkəmə prosesi üçün hazırlıqlar gedir. “Mariupol” və “Beryadinsk” ticarət limanlarının uğradığı zərərin miqdarı hesablanır”.