Dünya
Yaponiyada sunami həyacanı
Yaponiyanın şimal - şərqində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. olub. Yaponiya meteoroloji idarəsinin məlumatına görə, zəlzələnin episentri İbaraki prefekturasında, 10 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi elan edilsə də, zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Güclü yeraltı təkanlar paytaxt regionu da daxil olmaqla, Honsü adasının mərkəzi və şimal-şərq hissəsində hiss edilib.
Uşaqları sürətlə qocaldaraq öldürən XƏSTƏLİK
ABŞ-ın Hyuston Metodist xəstəxanasının mütəxəssisləri orqanizmin vaxtından tez qocalmasına səbəb olan progereya xəstəliyin qarşısını almağın yollarını tapıblar.
Qrafen günəş batareyaları yaradılıb
Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri Tsin Konq və Yi Sonq günəş panelləri üçün qrafendən ibarət yeni elastik element hazırlayıblar. Qrafenin sərbəst köçürülməsi texnikası T.Konq tərəfindən 2008-ci ildə kəşf edilən üsula əsaslanır. Bu halda qrafen əsaslı fotoelement mis folqasında ərsəyə gətirilir.
“iPhone” üçün “Word Flow” klaviaturası ləğv edilib
“Microsoft” korporasiyası “App Store” əlavələr mağazasında “iPhone” üçün “Word Flow” klaviaturasını ləğv edib. Korporasiya bunu eksperimentin başa çatması ilə izah edərək istifadəçilərə “SwiftKey” klaviaturasından istifadəni tövsiyə edir.
“Intel” fləş kart ölçüsündə neyron şəbəkəsi təqdim edib
Son zamanlar neyron şəbəkələri demək olar insan fəaliyyətinin bütün sahələrində tətbiq edilir. Elə təsəvvür yaranır ki, böyük istehsal gücü tələb edən bu texnologiya adi istifadəçilər üçün əlçatmazdır. Ancaq “Intel” şirkətinin “Movidius” adlı filialı “Neural Compute Stick” adlı qurğu təqdim edib. Adi fləş kart ölçüsündə bu qurğunun daxilində dərin kompüter təlimi funksiyasına malik güclü neyron şəbəkəsi fəaliyyət göstərir.
Mobil genişzolaqlı internet abunəçilərinin ümumi sayı 4,3 milyarda çatıb
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) son hesabatına əsasən, internet istifadəçilərinin 25%-i 15-24 yaşlı insanlardan ibarətdir. Həm də əksər ölkələrdə ümumdünya hörümçək torundan istifadə edən kişilərin sayı qadınlardan çoxdur. Çin isə mobil rabitənin yayılma sürətinə görə liderdir.
“Chrome”un yeni versiyası reklamları bloklayacaq
“Google”un tərtibatçıları “Chrome” brauzerinin mobil versiyasına reklamların blok edilməsi funksiyasını əlavə edib.
Hakerlər “Taxt oyunları”nın ssenarisini ələ keçirdi
Hakerlər HBO telekanalına müdaxilə edərək məşhur “Taxt oyunları” (“Game of thrones”) seriyalının 7-ci mövsümünün 4-cü seriyasının ssenarisini ələ keçiriblər. Bu bölüm hələlik efirə çıxmayıb.
Qan qrupuna görə XASİYYƏT
İnsanı daha yaxşı tanımaq üçün biz adətən onun hansı bürcə aid olduğu ilə maraqlanırıq. Yaponiyada isə elə hesab olunur ki, insanın xasiyyəti onun qan qrupu ilə sıx bağlıdır. İşə qəbul etdikdə, dost axtardıqda, hətta ailə qurduqda insanın hansı qan qrupuna aid olması bu ölkədə mütləq nəzərə alınır. Ailem.az saglamolun.az-a istinadən bununla bağlı maraqlı bilgiləri təqdim edir.
Stress kişiləri daha ünsiyyətcil olmağa məcbur edir
Alman alimlərinə görə, sosial gərginlik şəraitində kişilər əvvəllər hesab edildiyi kimi aqressiv deyil, ünsiyyətcil olurlar. Gərgin vəziyyətlərdə onların davranışını öyrənən mütəxəssislər bildiriblər ki, qıcığa cavab reaksiyası olaraq kişilər müsbət sosial davranış nümayiş etdirirlər.
Düzgün pəhriz beyinə faydalıdır
Türkiyəli qida və pəhriz mütəxəssisi Demet Sayar bildirib ki, beyin funksiyalarının normal olması üçün düzgün pəhriz saxlamaq lazımdır. Onun sözlərinə görə daha çox beyin hüceyrələri bu vəziyyətdən təsirlənir. Pəhriz saxlayanlar rasionda qlükoza istifadəsinə fikir verməlidirlər.
Pis yağlar beyni korlayır
Tərkibində “pis” yağlar (qatı və ya transyağlar) olan qidanın tez-tez qəbulu ürəyin fəaliyyətinə mənfi təsir göstərir. Bu artıq çoxdan məlumdur. İndi isə belə aydın olub ki, qatı yağlılıq qadınlarda koqnitiv funksiyaları və hafizəni korlayır. “Yaxşı” qeyri-qatı yağlar isə əksinə, bu və digər keyfiyyətlərə müsbət təsir göstərir.
Fransa kinosunun əfsanəsi dünyasını dəyişdi
Fransa kinosunun əfsanəvi aktrisalarından sayılan Janna Moro vəfat edib. 89 yaşlı aktrisanın meyiti evində tapılıb. Moro xüsusilə "Yeni dalğa" axınının ən məşhur rejissorlarından olan Fransua Trufanın 1962-ci ildə lentə aldığı "Jules və Jim" filmi ilə məşhurlaşmışdı. Janna həm də Katrin Denev, Bricit Bardo ilə birlikdə 3 məşhur fransız aktrisadan biri idi. Tənqidçilərin fikrinə görə, 2-ci dünya müharibəsindən sonrakı fransız kinosu Jannasız təsəvvür edilə bilməz.
Arı dəstəsi təyyarənin uçuşuna mane oldu
Hindistanın "Alliance Air" aviaşirkətinin təyyarəsi arı dəstəsinin hücumuna məruz qalıb. Heydərabaddan Punaya uçuş həyata keçirməli olan təyyarənin ön şüşəsi arılarla örtülüb. Bununla əlaqədar uçuş təxirə salınıb.
Rusiyada məhkəmədə baş verən silahlı insidentin təfərrüatları məlum olub
Moskva vilayət məhkəməsində baş verən silahlı insidentin təfərrüatları məlum olub. Hadisə Moskva vilayətində çoxsaylı cinayətlərdə ittiham olunan "GTA dəstəsi" adı altında fəaliyyət göstərən cinayətkar dəstənin məhkəməsi zamanı baş verib. Cinayətkar dəstənin beş nəfər üzvünü gətirən konvoya liftə hücum olub.














