Dünya
57 illik qanun ləğv edildi: Təcavüzkarların qara günləri başladı
İordaniya parlamenti Cinayət Məcəlləsində yer alan və təcavüzkarın təcavüz etdiyi insanla evlənməsi şərtilə həbsdən qurtulmasını ehtiva edən qanun maddəsini müzakirəyə çıxarıb.
Erməni deputat: “Qarabağda bizə təhlükəsizlik lazımdır, lüks avtomobillər yox”
"Hər şeydən öncə təhlükəsizlik gəlir. Bölgədə bundan çox heç nəyə ehtiyac ola bilməz. Yaşadığımız bu cür şəraitdə bu lüks nəyə lazımdır? Yolverilməzdir, bizim üçün uyğun deyil", - bu sözləri Ermənistanın aravot.am portalına müsahibəsində qondarma “DQR” Məclisinin üzvü, “88 hərəkatı”nın rəhbəri Eduard Aqabekyan deyib.
Hollivud ulduzu suriyalı qaçqınlar üçün məktəb açacaq
Hollivudun məşhur siması Corc Kluni və onun həyat yoldaşı Amal suriyalı qaçqın uşaqlar üçün məktəb açacaq. Aktyor Livan əsilli həyat yoldaşı ilə birlikdə “Ədalət üçün Kluni” vəqfi vasitəsilə qaçqın kimi Livana sığınan 3 mindən çox uşağa 7 məktəb tikdirəcək.
Türkiyədə təhlükəli virus yayılıb - Azərbaycana keçə bilərmi? - VİDEO
Koksaki adlanan virus Türkiyənin bəzi ərazilərində uşaqlar arasında kütləvi şəkildə yayılıb. Bu virus hava damcı yolu ilə yayılır. Ehtimal olunur ki, xəstəlik Türkiyəyə səfər edən azərbaycanlılar vasitəsilə ölkəmizə gətirilə bilər. Turizm Assosiasiyasının müşaviri Müzəffər Ağakərimov deyir ki, indiyədək bu xəstəliklə bağlı turizm şirkətlərinə müraciət olunmayıb. Eyni zamanda bilet qaytarma kimi hallar da baş verməyib.
Rusiyadan ABŞ-a hədə yağışı
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Amerika Birləşmiş Ştatlarını yeni gərginlik dalğası yaradacaq hərəkətlərdən uzaq durmağa çağırıb. Peskov bu çağırışı ABŞ-ın Ukrayna sərhədlərinə raket və müxtəlif çeşidli silahlar göndərəcəyinə dair xəbərlərdən sonra edib.
Moldova separatçı lideri öhdəliyinə götürdü
Moldova Daxili İşlər Nazirliyi qondarma Dnestryanının eks-lideri Yevgeni Şevçuk və ailəsini öhdəliyə götürüb. Bunu jurnalistlərə açıqlamasında Moldova Baş Prokurorluğunun rəsmi nümayəndəsi Nikolay Kitoroaqe söyləyib. O, nazirliyin Şevçuk və ailəsinin mühafiəzisini təşkil edəcəyini bildirib.
Teatr Beynəlxalaq Festivalda iştirak edəcək
Akademik Milli Dram Teatrı avqustun 2- dən 8 – dək Bolqarıstanın Varna şəhərində keçiriləcək Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi təmsil edəcək. Teatrın mətbuat xidmətindən “Olaylar” – a verilən məlumata görə festivalda rejissor Anar Babalının Əməkdar artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi təmsil edəcək “İuda” səhnə əsəri avqustun 7-də tamaşaçılara təqdim ediləcək. Mono tamaşada Əməkdar artist Ayşad Məmmədov özü çıxış edəcək.
Gizem Karacanın toy tarixi bəlli oldu
Aktrisa Gizem Karacanın toy tarixi bəlli olub. Aktrisa mayda nişanlandığı iş adamı Kemal Ekmekçiilə nikaha daxil olacaq.
Şimali Koreyanın dünyanı şoka salan sirri İLK DƏFƏ ORTAYA ÇIXDI
Şimali Koreyanın qeyri-adi dəniz altı gəmiyə sahib olduğu ortaya çıxıb. Bu barədə ABŞ Müdafiə Nazirliyində (Pentaqon) adının açıqlanmasını istəməyən rəsmilərdən biri deyib.
Azərbaycanlı gəlin iki uşağını atıb, ərinin əmisioğlu ilə qaçdı - FOTO
İspaniya Kataloniyanın müstəqillik referendumunu əngəllədi
İspaniya Konsitutsiya Məhkəməsi Kataloniyanın müstəqillik referendumu tərtib olunması və bu layihənin qəbul edilməsi üçün parlamentin səlahiyyətinə düşən bütün yollara əngəl qoydu.
Rusiyada anonim zəng 300 nəfərin təxliyəsinə səbəb oldu
Rusiyada Başqırdıstanın Ufa şəhərində dəmiryol vağzalından 300-ə yaxın adam təxliyə edilib. Buna səbəb partlayış təhlükəsi olub. Məlumata görə, Ufa polisinə vağzalda partlayıcı qurğu olması barədə zəng daxil olub. Nəticədə təhlükəsizlik qüvvələri vağzala cəlb edilib. Binada axtarış aparıldıqdan sonra hər hansı bir təhlükənin olmadığı üzə çıxıb. Axtarış başa çatdıqdan sonra vağzal adi rejimdə işini davam etdirib. Anonim zənglə bağlı polis araşdırmalara başlayıb.
Qazaxıstan Misirə etiraz etdi
Qazaxıstan Xarici İşlər Nazirliyi Mətbuat mərkəzinin rəhbəri Anuar Jaynakov açıqlamasında qeyd edib ki, 19 iyulda Qahirədə saxlanılan 6 Qazaxıstan vətəndaşının həbs olunmasından 12 gün keçməsinə baxmayaraq Misir rəsmiləri həbsin səbəbini açıqlamırlar. Bundan əlavə Jaynakov Misir təhlükəsizlik qüvvələrindən onların sorğularına müsbət cavab gəlmədiyini də bildirib.
6 min erməni Çaldıran düzünə niyə və necə toplanıb? - ŞƏRH
İranın Qərbi Azərbaycan əyalətinin Çaldıran məntəqəsində yerləşən Qarakilsə kilsəsinə hər il dünya ermənilərinin dini mərasim adı ilə toplaşması bir adətə çevrilib. Ötən ayın sonlarında da 6 minə yaxın erməninin əraziyə toplaşması və 3 gün dini ayinlərini icra etməsi bu qəbildən idi. Maraqlıdır ki, mərasim Azərbaycan Erməniləri Xəlifəliyi, İran Mədəni İrs Təşkilatı və İslami İrşad və Mədəniyyət İdarəsi ilə koordinasiya edilmiş bir şəkildə və İran təhlükəsizlik orqanlarının rəsmi icazəsi ilə keçirilib.
Moskvada məhkəmədə atışma - Yaralılar var
Moskva vilayət məhkəməsində atışma baş verib. Atışma məhkəmədə cinayət qruplaşmasının işi gedərkən başlayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində yaralılar var. Vəkillərdən birinin sözlərinə görə, 20-ə yaxın atəş səsi eşidilib. Hadisə ilə əlaqədar məhkəmə binası təxliyə edilib.













