Azərbaycanlı gəlin iki uşağını atıb, ərinin əmisioğlu ilə qaçdı - FOTO
1 Avqust 2017 16:47 DünyaGürcüstanın azərbaycanlılar yaşayan Poniçala kəndində gəlin iki azyaşlı körpəsini ataraq həyat yoldaşının əmisi oğluna qoşulub qaçıb.
Bu barədə baku.ws-yə adıçəkilən kəndin sakinləri məlumat veriblər.
Qeyd olunur ki, hadisə iyul ayının 29-da baş verib. Məlumata görə, Qələmkər Alik qızı Sadıkova ərinin əmisi oğlu Paşa Mamedova qoşulub qaçdıqdan sonra Gürcüstan polisinə ifadə verib.
Onlar bir-birlərini sevdiklərini və könüllü qaçdıqlarını bildiriblər.
Bildirilir ki, Qələmkər Sadıqova Orxan Mamedovla Gürcüstanda tanış olub evləndikdən sonra Moskvaya köçüblər. Daha sonra Q.Sadıkova ərinin əmisioğlu P.Mamedovla münasibət qurandan sonra birlikdə Gürcüstana qaçıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31