Dünya
Oktyabrda sirli planet Yerə çırpılacaq - ŞOK İDDİA
Ehtimal nəzəriyyəsinə görə, günəş tutulmasının ardından görünən "Nibiru" adlı planet Dünyaya çarpılaraq həyatı sonladıracaq. Dünya ilə bağlı saysız-hesabsız ehtimal nəzəriyyəsi var. Bu nəzəriyyələr arasında bir yenisi (bir az da köhnəsi) gündəmə gəlib. Nəzəriyyəyə görə, günəş tutulmasından dərhal sonra sirli planet "Nibiru" görünməyə başlayacaq və dünyaya çarpılacaq.
Türkiyədə partlayış - 4 polis yaralandı
Türkiyənin Şırnak vilayətinin Cizre bölgəsində gecə xidmət edən polis postunun yaxınlığındakı partlayıcı qurğu yerləşdirilib. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, magistral yola yerləşdirilən partlayıcı qurğu zirehli vaistələrin keçişi zamanı partlayış olub. Partlayış nəticəsində 4 polis yaralanıb, yolda isə dərin çuxur əmələ gəlib. Yaralı polislər dərhal Cizre Dövlət Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan polislərin heç bir həyati təhlükələri olmadığı bildirilir.
Avropada rüşvət qalmaqalı — Komissiya sədrinə qarşı İTTİHAM
Avropa İttifaqının Komissiya sədri Jan Klod Yunkerə qarşı ittiham irəli sürülüb. Yunkerin Aİ büdcəsindən həyata keçirilən 26 min avroluq səyahətlər qalmaqala səbəb olub. İspaniyanın "Access İnfo" insan haqları təşkilatının əldə etdiyi sənədə əsasən Yunker Brüsseldən Romaya bir gecəlik görüş üçün gedib. Bunun üçün isə külli miqdarda pul xərcləyib. Avropa Komissiyasının mətbuat katibi Mina Andreyeva bildirib ki, Yunkerin gündəliyinə uyğun təyyarə reysi olmadığı üçün özəl təyyarə sifariş edilib.
Kürd terrorçu qadınlar: "Rəqs edib döyüşə gedirik"
Gələn həftə döyüşə gedirik. Ona görə də döyüşü bayram edirik, çünki murdarları məhv etmək üçün vuruşacağıq. Suriyanın Rəqqa şəhərinin "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularından azad edilməsi üçün döyüşlərə hazırlaşan, YPG mənsubu olan kürd qadınlar və qızlar belə deyiblər. Suriyanın şimalında yaşayan kürdlərin "Xalq Özünümüdafiə Dəstələri" (Yekşneyen Parastina Gel, YPG) adlanan bu dəstələri, əslində, kürdlərin PKK terror təşkilatının bölməsidir.
Moskva İKİ SEÇİM QARŞISINDA: ya ordumuz Ermənistanı dağıdacaq, ya da...
Rusiyalı ekspert Aleksandr Bordunov Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət, o cümlədən, Rusiyanın müttəfiqi olan Ermənistanın NATO-nun Gürcüstanda keçirilən təlimlərinə qatılmasının səbəblərini şərh edib.
Növbəti FETÖ əməliyyatı
Türkiyənin Bitlis və İstanbul çəhərlərində FETÖ terror təşkiltına qarşı əməliyyat həyata keçirilib. “Olaylar” bildirir ki, əməliyyat zamanı 7 şüpheli şəxs həbs olunub.
İstirahət edən gənclər həbs olundu
İranın İsfahan şəhərindəki hovuz kənarında istirahət edən 64 gənc saxlanılıb. “Olaylar” bildirir ki, İsfahan təhlükəsizlik qüvvələrinin məlumatına görə, gənclər məhkəmə qərarı ilə həbs olunublar.
“Rusiya son 20 ilin ən böyük...” - ABŞ kəşfiyyatından ŞOK PROQNOZ
Rusiya son 20 ilin ən böyük emiqrasiya dalğası ilə qarşılaşacaq. Bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin materialında deyilir. “Stratfor”un məlumatına görə, rusiyalılar hakimiyyətin vətəndaş fəallığı ilə mübarizəsi, həmçinin gəlirlərin çox sürətlə aşağı düşməsi və artan sosial təbəqələşmə fonunda başqa ölkələrə köçmək haqqında fikirləşirlər.
Rusiyalı politoloq erməniləri söydü
Ermənistanda Kremlin adamı kimi tanınan erməni mənşəli Rusiya politoloqu Andranik Miqranyan Ermənistanın Avrasiya İttifaqından çıxması istiqamətində fikirlər səsləndirənləri, bu təşəbbüsü dəstəkləyən hakimiyyət və müxalifət nümayəndələrini vulqar epitetlərlə “mükafatlandırıb”. Sözügedən ideya ilə çıxış edənləri axmaq, təxribatçı və demaqoq adlandıran Miqranyanın bu addımı erməni mediasında “Rusiyalı politoloqun Ermənistanın daxili işlərinə qarışması” kimi göstərilir. O cümlədən, Miqranyanın çıxışı Moskvanın Ermənistanı Türkiyə və Azərbaycanla qorxutması kimi qiymətləndirilir.
Facebook yeni möhtəşəm video xidmət TƏKLİF EDİR
Sosial media nəhəngi Facebook hər istifadəçiyə həsr olunmuş videoya doğru addım atıb. Bu, onun Youtube və televiziya şəbəkələrinə meydan oxuması hesab olunur. İstifadəçilər tezliklə yeni Watch (İzlə) adlı platformada sosial şəbəkə tərəfindən maliyyələşdirilən şoulara baxa biləcək.
Həyat yoldaşına "Haqqını halal et" yazıb özünü asdı - VİDEO
Türkiyənin Adana şəhərində böyük miqdarda borcu olduğu deyilən 29 yaşlı Ferhat Çeliktekin həyat yoldaşına mesaj yazdıqdan sonra özünü təbii qaz borusundan asaraq intihar edib. Ferhat Çeliktekin intihardan öncə həyat yoldaşı H.Ç.-ya mobil telefonundan "Adıma olan mal-mülkümü satıb, borcumu ödəyərsiniz. Haqqınızı halal edin" mesajı yazıb.
Keniyada seçkilərdən sonra başlayan nümayişlər insan ölümünə səbəb oldu
Keniyada prezident seçkilərindən sonra etiraz nümayişləri başlayıb. Artıq bir neçə nəfər həlak olub. Əldə edilən xəbərə əsasən iki insident qeydə alınıb. Birinci hadisədə polis nümayişçilərə atəş açıb. Qeydə alınan ikinci insidentdə isə muzdlu quldurlar baltalarla insanlara hücum ediblər.
Məşhur müğənni arvadı ilə doğuşa girəcək
Əkiz körpələrini qucaqlarına almaq üçün gün sayan musiqiçi cütlük Fettah Can ilə Cansu Kurtçu ötən gün İstanbulun Etiler səmtində görüntüləniblər. Körpələri üçün alver etdiklərini deyən Fettah Can-Cansu Kurdçu cütlüyü baş-başa yemək yeyiblər.
Müğənni tək makiyajına 20 min verdi
Amerikalı müğənni Ledi Qaqa ötən həftə dünya turnesinə start verib. Məşhur müğənni göz və dodaqlarını svarovski qaşlarla bəzətdirib.
Koalisiya qüvvələri Suriyaya zərbə endirdi - 20-yə yaxın ölü
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin təyyarələrinin Suriyada endirdiyi aviazərbələr nəticəsində 19 dinc sakin həlak olub. Zərbələr Deyr-əz-Zor şəhərinin müxtəlif bölgələrinə və Ət-Təbənni qəsəbəsinə endirilib. Avaizərbələrin hədəfləri və digər təfərrüatlar açıqlanmır.






.jpg)







