Dünya
Məşhur müğənni sərxoş yaxalandı
Amerikalı müğənni və aktrisa Bella Torn dünən Qərbi Hollivuddakı "Peppermint Club" gecə klubundan çıxanda reportyorlarla üzləşib.
Ledi Qaqa və Cennifer Lopes arasında dava başlayıb
Dünyanın ən məşhur müğənniləri arasında yer alan amerikalı Ledi Qaqa və Cennifer Lopes arasında qalmaqal daha da qızışıb. Müğənnilər faktiki olaraq "soyuq müharibə" durumundadır. Səbəb C.Lopesin 2011-ci ildəki "Love" albomundakı iki mahnıdır.
Bacısının ad günündə qardaş qardaşı bir kəlmə sözə görə öldürdü
Türkiyənin Adana şəhərində bacılarının ad gününü qeyd etmək üçün bir araya gələn ailənin sevinci qısa çəkib.
Rusiyada tikiş fabrikində YANĞIN - Ölən var
Rusiyanın Smolensk şəhərində tikiş fabrikində yanğın baş verib. Trend-in məlumatına görə, yanğın nəticəsində bir nəfər həlak olub. Yanğın ümumilikdə 1000 kvadratmetrədək ərazini əhatə edib. Hadisə ilə əlaqədar fabrikdəki insanlar təxliyə edilib. Yanğın bölgəsinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Yanğının baş vermə səbəbləri məlum deyil.
8 min il əvvəl kütləvi qətlləri belə törədirlərmiş - İNANILMAZ FAKTLAR
Erkən Neolit dövründə yaşayan qədim avropalılar bir-birilərini ağlasığmaz qəddarlıqla öldürürdülər. Onlar kütləvi qətllər və yırtıcılıq tətbiq etməklə qədim mədəniyyətin məhv olmasına səbəb olublar. Alimlər bu faktı Almaniya ərazisində tapılmış, təxminən 7 min il yaşı olan, ayaqları və kəllə sümükləri sındırılmış skeletlər üzərində aparılan araşdırmalar zamanı aşkar ediblər.
Aeroportda nazirin arvadının qızıllarını oğurladılar
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun xanımı soyulub. Çavuşoğlu ilə birlikdə Filippində Asiya ölkələri xarici işlər nazirlərinin görüşünə qatılan Hülya Çavuşoğlunun qızılları hava limanında oğurlanıb. Olay Ninoy Aquino Beynəlxalq hava limanında baş verib. Baş verən faktla bağlı 4 nəfər tutulub. Araşdırmalar nəticəsində qızıl-gümüş qutusunun baqaj yükləyənlərdən birinin şkafında olduğu aşkarlanıb.
Yəmən sahillərində 120 miqrantın faciəsi
Yəmən sahillərində faciə baş verib. Qayıqla 120 miqrantı qarşı sahilə keçirmək istəyən qaçaqçılar polisi görən kimi qayıqdakıları dənizdə tərk edib qaçdılar. Dənizə atıan qaçqınlardan 50 nəfəri suda boğularaq ölüb. Beynəlxalq Miqrasiya Təşkilatının xəbərinə əsasən insan qaçaqçıları Yəmən sahilində gördükləri şəxsləri polis zənn edərək qayıqdakı 120 nəfəri dənizə atıblar. Boğularaq ölənlərin çoxu gənclərdir.
Kamikadzelərin əksəriyyəti qadınlar və uşaqlardır - ŞOK HESABAT
Nigeriyada fəaliyyət göstərən “Boko Haram” radikal qruplaşmasının kamikadzelərinin əksəriyyəti qadınlar və uşaqlardır. Bu haqda ABŞ Hərbi Akademiyası yanında terrorizmlə mübarizə üzrə Mərkəzin tədqiqatının nəticələrində deyilir. Məlumata görə, terror qruplaşması 2011-ci ilin 11 aprelindən 30 iyun 2017 il tarixinə kimi 238 hücumun həyata keçirilməsi üçün 434 kamikadze göndərib.
Türk polisinə inanılmaz QADAĞA
Türkiyə polisinə gündəlik işlədilən bəzi ifadələrin istifadəsi qadağan olunub. Bu gündən etibarən polis işçilərinə müraciət edilərkən "patron", "başkan", "abi", "kanki", "kral", "abla", "hacı" kimi ifadələrin istifadəsi qadağan ediləcək. Məlumatda o da qeyd edilir ki, bu ifadələrin polislərin öz aralarında da istifadəsi rəsmən qadağan olunub.
Ata iki oğlunu yatdığı yerdə öldürdü - "Böyük qardaşım dəlik-deşik olmuşdu" - VİDEO
Böyük qardaşım dəlik-deşik olmuşdu. Bunu İstanbulun Üsküdarda qəsəbəsində dünən atalarıAslan Güleryüz tərəfindən öldürülən Əhməd (24) və Onur Güleryüzün (20) 22 yaşlı qardaşı Orçun Güleryüz deyib. Orçun Güleryüz qardaşlarının dəfn mərasimi əvvəli yaşadıqlarını danışıb.
Yaşayış binasında YANĞIN
İstanbul da yaşayış binasında yanğın hadisəsi baş verib. “Olaylar” bildirir ki, Ataşəhərdə 7 mərtəbəli bir binanın damında başlayan yanğın daha sonra digər binaları əhatə edib. Hadisə yerinə çoxlu sayda xilasetmə qrupu cəlb olunub.
10 ayın gəlini ov tüfəngiylə intihar etdi - Əri "Eşitmədim" deyir
Türkiyənin Uşak rayonunda yoldaşıyla mübahisə edən 10 ayın gəlini olan 20 yaşlı Gülümsər Karahan ov tüfəngiylə özünü vurub. Hadisə iki gün əvvəl şəhərin Atatürk məhəlləsi, Erdemir prospektindəki mənzildə baş verib. Yoldaşıyla mübahisə edən Gülümsər Karahan səhər saatlarında yataq otağında çənəsinin altına dayadığı ov tüfəngindən atəş açaraq intihar edib.
Almaniyada PARTLAYIŞ - Xəsarət alanlar var
Almaniyanın Şimali Reyn-Vesfalliya federal torpağında kimya parkında partlayış baş verib. Hadisə nəticəsində beş nəfər xəsarət alıb. Partlayışdan sonra yanğın başlayıb. Yanğının qarşısını qısa müddətdə almaq mümkün olub. Xəsarət alanların vəziyyəti yüngül olaraq qiymətləndirilir. Partlayışın baş vermə səbəbləri məlum deyil. İnsidentlə əlaqədar araşdırma aparılır.
Danimarkalı siyasətçi: ““Qarabağ”a dəstək üçün stadionda olacağıq”
Danimarka parlamentinin sabiq millət vəkili, hər zaman bu ölkədə Ermənistanın işğalçılıq siyasətini sərt tənqidi ilə seçilən Hüseyin Arac 23 avqustda baş tutacaq “Kopengahen” və “Qarabağ” oyununda doğma komandamızı dəstəkləyəcəyini bildirib.
48 milyon insan eyni anda məhv olacaq - QORXUNC SSENARİLƏR
ABŞ-ın və Şimali Koreya arasında mümkün hərbi qarşıdurma ssenariləri hər iki ölkənin bir-birinə qarşı səsləndirdiyi kəskin bəyanatlarından sonra daha çox müzakirə edilir.














