Dünya
Gürcüstanla müharibədən əvvəl... - 9 il əvvəlki SSENARİ TƏKRARLANIR
“Rusiya qoşunları Ukrayna ilə sərhəddə yerdəyişmələr və konsentrasiya ilə Ukraynaya müdaxilə ssenarisini yerinə yetirirlər”. Bunu “Obozrevatel” nəşrinə hərbi ekspert, jurnalist Yuri Butusov deyib. Hərbi ekspert hesab edir ki, Rusiyada yalnız Donbas deyil, həm də Xarkov vilayətinə müdaxilə ssenariləri var.
İsrail əsgərləri fələstinlilərin evlərini bombaladı
Ramallahın qərb hissəsində Deyr Ebu Meşal qəsəbəsinə basqın edən İsrail əsgərləri fələstinlilərə aid ailələrinin evlərinə partlayıcı qurğularla hücum ediblər. “Olaylar” bildirir ki, İsrail əsgərləri evlərinin dağıdılmasına etiraz edən şəhər sakinlərinə qarşı silah və gözyaşardıcı qazdan istifadə ediblər.
Ermənistan boşalır: ermənilərə "doğun, törəyin" desələr də, onlar qaçırlar
Rəsmi sənədlərə görə, hazırda 3,018 milyon nəfərin yaşadığı Ermənistanın əhalisi 2030-cu ildə 2,993 milyon, 2050-ci ildə 2,729 milyon təşkil edəcək. Yəni qonşu və düşmən dövlətin əhali sayında 9,6 faizlik azalma yaşanacaq. 2100-cü ildə isə Ermənistan əhalisi vur-tut 1,793 milyon təşkil edəcək. Bu rəqəmdər BMT-nin dünya ölkələrində demoqrafik vəziyyət və əhali artımının dinamikası ilə bağlı hesabatında əks olunub. Sənəddə 2100-cü ilədək təxminlənən demoqrafik proseslər də əks olunub.
Şimali Koreya bu tarixdə ABŞ-a ballistik raket ATACAQ
Şimali Koreyanın rəsmi xəbər agentliklərindən yayımlanan məlumata görə, ABŞ-a bağlı olan Quam adasını hədəfləyən plan avqust ayının ortalarında sona çatacaq. Şimali Koreya ABŞ-ın adadakı hərbi bazalarına 4 ədəd ballistik raket atmaq niyyətindədir. Açıqlamada planın detallarına da yer verilib. Belə ki, Koreya Xalq Ordusu tərəfindən atılacaq "Hvasonq-12" raketləri 3.357 km məsafə qət edəcək və Quam adasının 30-40 km yaxınlığında suya düşəcək. Raketlər Yaponiyanın Şiman, Xirosima və Koçi bölgələrinin üzərindən keçəcək.
Fransada 400 nəfər təxliyə edildi - Yanğına görə
Fransanın cənubunda davam edən yanğınlarla əlaqədar 400 nəfər təxliyə edilib. Yanğın 500 hektara yaxın ərazini əhatə edir. Yanğın Monpelye şəhərinin 40 kilometr qərbində başlayıb. Yanğının qarşısının alınması üçün 300 yanğınsöndürən, eləcə də 6 helikopter və bir neçə təyyarə cəlb edilib.
Məşhur müğənninin bacısı HƏBS OLUNDU
Türkiyəli məşhur müğənni Hülya Avşarın bacısı Helin Avşar məhkəmə prosesinə cəlb olunub. Avşar qızı keçən il spirtli içki qəbul edərək avtomobil idarə etmişdi. Yolda polislərin reyd keçirdiyini gördükdən sonra isə yanında olan Sercan Yaşar ilə yerini dəyişdirmişdi. Polisin diqqətindən qaçmayan bu detalla Helin Avşara məhkəmə işi açılıb.
Rus əsilli İŞİD üzvü həbs olundu
Türkiyənin Adana şəhərində İncirlik hava bazasında ABŞ- a aid bir təyyarəni dron (pilotsuz təyyarə) ilə vurmaq istəyən Rus əsilli İŞİD terror təşkilatının üzvü olan Renad Bakıyev həbs olundu. “Olaylar” bildirir ki, terrorçu polisin həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Rusiya vətəndaşı olan Renat Bakıyevin bir müddət əvvəl Kilis üzərindən Suriyadan Türkiyəyə daxil olduğu məlum olub.
Cənubi Koreyada təhlükəsizlik şurası çağırılır
Cənubi Koreyanın pezident Mun Çje İnin V barədə ölkənin təhlükəsizlik şurasını çağırıb. Bu haqda Renxap agentliyinin verdiyi xəbərdə deyilir.
"Cənnət" adasında savaş təyyarəsi tapıldı
Sakit Okeandakı Mikroneziyada yerləşən Palaudakı adalardan birində İkinci Dünya Müharibəsində vurularaq yerə düşmüş yapon savaş təyyarəsi aşkarlanıb. Palau arxipelaqında olan və "Cənnət adası" kimi tanınan kiçik adadakı çaylardan birində Yaponiya istehsalı olan "Aichi E13A"dəniz-kəşfiyyat təyyarəsinin qalıqları var.
Tacikistan İranı İTTİHAM ETDİ
Tacikistan Mərkəzi Televiziyasında Daxili İşlər Nazirliyinin hazırladığı sənədli film nümayiş olunub. Filmdə İran terroru dəstəkləməkdə, həmçinin 2015- ci ilin sentyabr ayında ölkədə bir qrup hərbiçinin dövlət çevirilişi hazırlanmasında, bir çox siyasi və ictimai xadimlərin sui -qəsd nəticəsində öldürülməsində ittiham edilib.
Avtobus binalara daxil oldu
İngiltərənin paytaxtı Londonda iki mərtəbəli avtobus yaşayış binalarına daxil olub. “Olaylar” bildirir ki, London rəsmiləri hadisənin terrorla heç bir əlaqəsi olmadığını deyirlər. Qəzada çoxlu insanın həlak olduğu bildirilir. Avtobus sürücüsü və yaralı sərnişinlər təcili yardımla xəstəxanalara yerləşdiriliblər.
Muzdlu qatil tutub ərini öldürtdü - Pulunu kreditlə ödədi - VİDEO
İstanbulda iki il əvvəl sevgilisi İbrahim Doğantürklə birləşib həyat yoldaşını öldürtdüyü iddia edilən Sevgi Göralın muzdlu qatilin istədiyi 20 min lirəni kreditlə ödəməyə çalışdığı məlum olub.
Ermənistan ordusundakı özbaşınalıqdan bəhs edən ANİMASİYA çəkildi - VİDEO
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə “Özgə saatı” adlı animasiya çarxı hazırlanıb. Müəlliflər qeyd edirlər ki, çarxda cəbhənin təmas xəttində Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq yaratdığı təxribatlar, Ermənistan ordusundakı özbaşınalıq və ölüm halları, erməni məmurlarının münaqişədən necə faydalanmaları, öz övladlarının özgə torpaqda ölmələrinə etiraz edən erməni analarının aksiyaları və ermənilərin öz ölkələrini tərk etmələri əks olunub.
Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı
Türkiyə Bosfor boğazında gəmilərin hərəkətini dayandırıb. Boğazda hərəkət səhər saatlarından etibarən dayandırılıb. Bu addımın axtarış-xilasetmə işləri ilə əlaqədar atıldığı barədə məlumat verilib. Hadisənin təfərrüatları barədə digər məlumatlar verilməyib.
Müharibə planı HAZIRDIR: Məhv ediləcək obyektlərin SİYAHISI
Amerika hərbçiləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi obyektlərinə önləyici zərbə planını hazırlayıblar. Telekanalın məlumatına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) planın həyata keçirilməsi üçün prezident Donald Trampın əmrini gözləyir. Telekanalın ABŞ Silahlı Qüvvələrindəki mənbələri izah ediblər ki, Quam adasında yerləşən “Andersen” bazasından B-1B Lancer strateji bombardmançıların hücumu Pentaqonun planında əsas yer tutur. B-1B Lancer səsdən surətli strateji bombardmançıdır. O göyərtəsində 56 ton raket və bomba daşıya bilər. Hədəflər kimi raket sınaqları və onların işə salınması üçün istifadə olunan təxminən 20 meydança, həmçinin texniki təminat obyektləri nəzərdə tutulub.














