Dünya
45 İŞİD üzv öldürüldü
Əfqanıstanın şərqində İŞİD terror təşkilatına qarşı əməliyyatlar həyata keçirilib. “Olaylar” bildirib ki, əməliyyat zamanı NATO-da xidmət edən bir ABŞ əsgəri həlak olub. Əfqanıstandakı ABŞ əsgərlərinin verdiyi məlumata görə, yaralı ABŞ və Əfqan əsgərləri xəstəxanalara yerləşdirilib. Əməliyyat zamanı 45 İŞİD üzvünün öldürüldüyü bildirilir. Qeyd edək ki, ABŞ qoşunları Əfqanıstanın şərqindəki Nangarhar əyalətində İŞİD əleyhinə əməliyyatlarda Əfqanıstan təhlükəsizlik qüvvələrinə dəstək verirlər. Əfqanıstanın adıçəkilən bölgədə 8400 qoşun var.
Putin istefa verir və Hollandiyaya qızının yanına gedir...
Rusiyada baş verənlərin tarixən bizim ölkəyə həm birbaşa, həm də dolayısı ilə təsir etdiyi faktdır. Azadlıq Radiosunun (Rusiya) müəlliflərindən olan Ostap Kapmodinin “İkinci soyuq müharibə” yazısı da şimal qonşumuzda nə baş verdiyinə və nələrin olacağına həsr olunub. Yazının maraqla qarşılanacağını nəzərə alıb, tərcüməsinin ikinci hissəsini təqdim edirik.
Şotlandiyada alınan ananasın içindən Kosta-Rikalı ilan çıxdı
Şotlandiyada qəribə hadisə baş verib. Edinburq sakini dükandan evə gələndə şok keçirib. O, alış-veriş etdiyi paketin içində çağırılmamış qonaq aşkar edib. Məlum olub ki, Kosta-Rikadan gətirilən ananas yarpaqlarının arasında gizlənən ilan düz Şotlandiyaya qədər səfər edib. Təbiəti mühafizə idarəsinin əməkdaşları ilanı tutublar. İlan heç kəsi sancmayıb və zəhərli ilanlar sinfinə aid deyil.
Whatsapp YENİ FUNKSİYA
Whatsapp şəbəkəsi fəaliyyət sahəsini genişləndirməyə davam edir. Artıq vatsapda 100 mb limit ölçüsündə istənilən formatda fayl (foto,video,doc) göndərmək olar. Bu funksiya həm iOS, həm də Android sistemli smartfonlarda aktivləşdirilib.
“Putin həmin gecə Sarkisyana dedi ki...” - Ermənistan PAYIZI GÖZLƏYİR
Ermənistan parlamentinin “Yelk” fraksiyasından olan deputatları payız sessiyasının gedişatında Avrasiya İqtisadi İttifaqından çıxış prosedurunu təklif etməklə hədələyirlər. Ermənistanın hakim Respublika Partiyasının nümayəndələri də bu müzakirələrdə həvəslə iştirak edirlər, amma hərçənd Avrasiya İqtisadi İttifaqının “alternativsiz” olması əsas dəlil olaraq qalır.
İzmiti yerlə yeksan edən zəlzələ: 17 217 ölü, 43 959 yaralı...
XX əsrin sonları Türkiyənin tarixinə qanlı hərflərlə yazıldı. 1999-cu il avqust ayının 17-də Türkiyənin İzmit şəhərində dəhşətli zəlzələ baş verdi. Bu gün həmin hadisədən 18 il keçir.
Hindistanda qeyri – adi hadisə - MAVİ İTLƏR
Hindistanın Mumbai küçələrində görülən mavi itlər yerli əhali arasında narahatlıq yaradıb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında gözlənilən dəyişikliklərin SƏBƏBLƏRİ
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi təşkilatlarında gözlənilən dəyişikliklər partiyanın zəifləməsi və xalqın siyasi tələblərinə cavab verə bilməməsindən deyil, günün tələbindən irəli gəlir. Bunu Türkiyənin daxili və xarici siyasəti üzrə ekspert Atılqan Bayar deyib. A.Bayar qeyd edib ki, AKP-nin siyasi təşkilatları Türkiyə siyasi tarixində xalqın maraqlarına xidmət baxımından ciddi nailiyyətlər əldə edib: "Lakin hazırda bəzi səbəblər var ki, partiyada dəyişikliklər edilməsini zəruri edir".
Niderlandda radiostansiyaya hücum: girovlar var
Niderlandın 3FM radiostansiyasının ofisində naməlum kişi radiostansiyanın əməkdaşlarını girov götürüb. Məlumata görə, polis radiostansiyanın ofisinin yerləşdiyi binanı mühasirəyə alıb. Əraziyə xüsusi təyinatlı dəstə cəlb edilib. Hadisə haqqında xəbərlərə baxmayaraq, radiostansiyanın yayımı davam edir.
Cinsiyyət orqansız doğulan qız əməliyyat üçün pul yığır
Kayli Moats adlı qız "Rokitansky Küster Hauser" sindromundan əziyyət çəkir. Vajinasız doğulan 22 yaşlı Kayli əməliyyat olunmaq üçün pul yığır.
“Qardaşım evlənəndən sonra mən ərə gedəcəyəm”
Müğənni Deniz Seki ərə getmək üçün şərtini açıqlayıb. Həbsxanadan yenicə çıxan müğənni bankdan çıxarkən kameraların hədəfində olub. Boyunbağısı ilə diqqət çəkən Deniz nişanlısı Faruk Salmanın və özünün adlarını sonsuzluq işarəsi ilə birləşdirib.
Saxalində azərbaycanlı ermənini döyərək öldürdü — SƏBƏB
Rusiyanın uzaq Saxalin vilayətində qətl hadisəsi baş verib. Vilayətin hüquq-mühafizə orqanları Ermənistan vətəndaşının azərbaycanlı tərəfindən döyülərək öldürüldüyünü ehtimal edir. Buna səbəb isə qısqanclıq olub. 15 avqust tarixində xəstəxanaya yerləşdirilən erməni döş qəfəsindən küt alətlə aldığı zədə səbəbindən dünyasını dəyişib. Faktla bağlı cinayət işi qaldırılıb. İstintaq və axtarış tədbirləri nəticəsində 37 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Petrosyanın 23 il əvvəl ABŞ-dakı məxfi görüşü
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 1994-cü ildə ABŞ-a etdiyi 9 günlük səfərlə bağlı bəzi gizli məqamlar üzə çıxıb. Məlum olub ki, səfər 137.371 dollara başa çatıb.
Kılıçdaroğlu həbs edilə bilər
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu həbs edilə bilər. K.Kılıçdaroğlunun ölkə kəşfiyyatının fəaliyyəti ilə əlaqədar fotomaterialların yayılmasında iştirak etdiyi iddia edilir. Türkiyə mediasında yayılan məlumatlara görə, bundan əvvəl bu iş üzrə həbs olunmuş CHP-dən olan deputat Enis Berberoğlu istintaq zamanı bu materialları ona məhz müxalif partiyanın liderinin, Kılıçdaroğlunun verdiyini deyib.
SENSASİYA: Ateist alimdən Allahın varlığı ilə bağlı İNANILMAZ ETİRAF
Entoni Flü adlı fəlsəfə üzrə professorun elmi kəşfi bütün dünyanı lərzəyə gətirdi. Flü etiraf etdi ki, ateizm (allahsızlıq) insanlığın ən böyük yanlışıdır. Professor Flü vaxtilə ateizmi elmi cəhətdən ən güclü şəkildə təbliğ edən elm adamı olub. Alim onilliklər boyu yazdığı kitablar, böyük auditoriyalar qarşısında söylədiyi mühazirələrlə Allahın varlığını elmi yolla inkar etməyə çalışıb.














