Dünya

SENSASİYA: Ateist alimdən Allahın varlığı ilə bağlı İNANILMAZ ETİRAF

17 Avqust 2017 11:45

Entoni Flü adlı fəlsəfə üzrə professorun elmi kəşfi bütün dünyanı lərzəyə gətirdi. Flü etiraf etdi ki, ateizm (allahsızlıq) insanlığın ən böyük yanlışıdır. Professor Flü vaxtilə ateizmi elmi cəhətdən ən güclü şəkildə təbliğ edən elm adamı olub. Alim onilliklər boyu yazdığı kitablar, böyük auditoriyalar qarşısında söylədiyi mühazirələrlə Allahın varlığını elmi yolla inkar etməyə çalışıb.

Dünyanın lideri dəyişir: Ağ Ev 25 illik müharibənin nəticəsini AÇIQLADI

17 Avqust 2017 11:43

“ABŞ Çinlə iqtisadi müharibə aparır”. Bunu ABŞ prezidentinin əsas strateji məsləhətçisi Stiven Bennon deyib. “Biz Çinlə iqtisadi müharibə vəziyyətindəyik. Onlar nə etdikləri barədə danışmaqdan utanmırlar”, - Ağ Ev rəsmisi bildirib. Bennon həmçinin qeyd edib ki, ən yaxın 25-30 il ərzində iki dövlətdən biri hegemon olacaq. Ağ Evin strateqi həmçinin Amerika hakimiyyətini xəbərdar edib ki, ABŞ bu yolda ilişərsə, Çin dünya lideri olacaq.

Kraldan qətərli zəvvarlara güzəşt

17 Avqust 2017 11:42

Səudiyyə Ərəbistanı qətərli zəvvarların məsrəflərinin Kral Salman bin Əbduləziz tərəfindən ödəniləcəyini açıqlayıb. Kralın bu qərarı ilə qətərli zəvvarlar icazə almadan Səudiyyə Ərəbistanı torpaqlarına daxil olaraq Həcc ziyarətlərini edə biləcəklər.

İstanbulun tarixini yenidən yazdıracaq TAPINTI

17 Avqust 2017 11:14

Türkiyənin Beşiktaş adlı bölgəsində metrostansiya tikintisi üçün ayrılan ərazidə aparılan qazıntılar zamanı ortaya çıxan tarixi faktlar görənləri təəccübləndirib. Metro xəttinin Beşiktaş stansiyası üçün qazıntı işləri aparılan hissəsində 19-cu və 20-ci əsrlərə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanıb.

Türkiyəyə müharibə ELAN OLUNDU

17 Avqust 2017 11:13

ABŞ-ın silah-sursat və hərbi təlimlə dəstək verdiyi PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) Suriyanın şimalındakı “Fərat Qalxanı” bölgəsinə hücum etməsi üçün yeni bir təşkilat qurub. 14 avqust 2017-ci il tarixində Tel-Abyadda qurulan “Kuvvet-i Suvvar” bölgədə olan qüvvələrə döyüş elan edib. ABŞ təşkilata on minlərlə döyüşçünün qatılması barədə təlimat verib. Təşkilatın məqsədi isə bölgədə olan Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunu hədəf almaqdır.

Venesuelada 37 nəfər ölüb

17 Avqust 2017 11:09

Venesuelanın Amasonas ştatında həbsxanada baş vermiş iğtişaşlar nəticəsində 37 nəfər ölüb. Venesuela Təhlükəsizlik Xidmətinin Puerto-Ayakuço şəhərində həbsxanada nəzarəti bərpa etmək cəhdi məhkumların müqaviməti ilə qarşılaşıb.

Çində 750 mindən çox insana ziyan dəyib

17 Avqust 2017 10:59

Çinin mərkəzi hissəsində yerləşən Xuan əyalətində son bir həftə ərzində davam edən leysan nəticəsində 750 mindən çox insana ziyan dəyib.  Təbii fəlakət bölgəsindən 88,5 mindən çox insan təxliyyə edilib. Daşqınlar 1100-dən artıq tikilini, o cümlədən yaşayış binasını dağıdıb, 4 nəfər isə bu fəlakətin qurbanı olub. Bundan başqa, sel körpüləri, avtomobil yollarını və başqa infrastrukturları dağıdıb. Məlumata görə, ziyan dəyən rayonlarda suyun səviyyəsi həyəcan yaradan nöqtəyə çatıb.

Dünyanın ən kök uşağı neçə kiloqramdır?

17 Avqust 2017 10:12

 Dünyanın ən kök uşağı İndoneziyada yaşayır. “Olaylar” bildirir ki,  11 yaşındakı Arya Premana  gündə beş dəfə qidalanaraq 190,5 kq idi. Onun qida rasiyonunda ən çox düyü, balıq, ət və tərəvəz şorbası üstünlük təşkil edir. Həkimlər əməliyyat olmazsa, yaşaya bilməyəcəyini bildirdikdən sonra Arya Premana mədə əməliyyatı olmağa qərar verir. Arya əməliyyatın köməkliyi ilə 31 kq çəki itirib.

Xəstəxanaya silahlı hücum – 12 uşaq ağır yaralandı

17 Avqust 2017 09:53

Qvatemalada xestexaya silahlı hücum qeydə alınıb. “Olaylar” – bildirir ki, hücum nəticəsində  ən azı 7 nəfər həlak olub. Silahlılar 12 uşağın yaralanmasına səbəb olublar. Uşaqların vəziyyətinin ağır olduğu bildirilir. Polis hücumla əlaqədar 5 nəfərin həbs olduğu və silahlıların Mara Salvatrucha cinayət şəbəkəsinin üzvləri  olduqlarını açıqlayıb.

Keti Perrinin VAMPİR sevgilisi üzə çıxdı – EŞQ ÜÇBUCAĞI

16 Avqust 2017 20:15

Dünya şöhrətli müğənni Keti Perri yeni sevgilisi ilə görüntülənib. Los Ancelesdə restoranların birində yemək yeyən ifaçı paparassilərin obyektivinə tuş gəlib. Dostları ilə əylənən müğənninin yanında Vampir obrazı ilə məşhurlaşan yeni sevgilisi Robert Petinson da olub. Bundan öncəki eşq həyatında uğur qazanmayan Perrinin Raşl Brend ilə evliliyi qısa çəkmiş, Orlando Blumla sevgi münasibəti isə ayrılıqla nəticələnmişdi. Eyni zamanda, Ketinin yeni sevgilisi Robert isə aktrisa Kristen Stivartın xəyanətinə uğramışdı. Aktyor sonuncu nişanlısı repçi FKA Tviqsdən isə aprel ayında ayrılıb.

Aktrisa saçlarını boyamadı, 70 yaşlı nənəyə bənzədildi

16 Avqust 2017 20:00

Aktrisa İpek Tanrıyer Bodrumda paparassilərin hədəfində olub.   Dostları ilə nərd oynayan aktrisa daha sonra dənizə girib. Yeni saç düzümü ilə diqqət çəkən İpek "Saçlarım tamamilə təbiidir, öz rəngidir. Bütün qadınlara tövsiyə edirəm. Salon dərdindən qurtulursunuz" deyib. 

65 illik evli cütlük həyatlarına əl-ələ son qoydu

16 Avqust 2017 19:45

Hollandiyada yaşayan və 65 ildir evli olan cütlük həyatlarına birlikdə son vermək qərarına gəlib. 91 yaşlı Nik və Tris Elderhorst cütlüyü evtanaziya haqlarından istifadə edərək həyatlarına son verib. Cütlük son 5 ildə müxtəlif xəstəliklərdən əziyyət çəkib. 2012-ci ildə Nik Elderhorst infarkt keçirib və yeriməsi çətinləşib. Tris Elderhorst isə yaddaş zəifliyindən əziyyət çəkib. Cütlüyün qızları valideynlərinin birlikdə ölməsinin ən böyük arzuları olduğunu bildirib: “Anamı müalicə edən həkim onun ağlının yerində olduğunu söyləyirdi. Amma atam ölsəydi, anamın vəziyyəti pisləşəcəkdi və xəstəxanada yaşamaq məcburiyyətində qalacaqdı. O, bundan çox qorxurdu. Birlikdə ölmək isə onların ən böyük arzuları idi”.

Demet Akalın ərini sildi

16 Avqust 2017 19:22

32 milyon lirəlik (təxminən 16 milyon manat) əmlakı müsadirə olunduqdan sonra əri Okan Kurtla problemlər yaşayan müğənni Demet Akalın Whatsapp profilindən həyat yoldaşının şəklini silib.  Adətən konsertlərinə Okanla birlikdə yollanan Demet bu dəfə ənənəsini pozub. Belə ki, sənətçi Bodrumda səhnəyə çıxsa da, Okan yanında olmayıb.  Bundan başqa, D.Akalın ailəsi ilə birlikdə yer aldığı Whatsapp şəklində ərini montaj edib.