Dünya

Demet Akalın ərini sildi

16 Avqust 2017 19:22

32 milyon lirəlik (təxminən 16 milyon manat) əmlakı müsadirə olunduqdan sonra əri Okan Kurtla problemlər yaşayan müğənni Demet Akalın Whatsapp profilindən həyat yoldaşının şəklini silib.  Adətən konsertlərinə Okanla birlikdə yollanan Demet bu dəfə ənənəsini pozub. Belə ki, sənətçi Bodrumda səhnəyə çıxsa da, Okan yanında olmayıb.  Bundan başqa, D.Akalın ailəsi ilə birlikdə yer aldığı Whatsapp şəklində ərini montaj edib.

Qorxu anında isanlar niyə bir-birlərindən tuturlar?

16 Avqust 2017 19:12

Bəlli olduğu kimi təhlükəli vəziyyətlərdə yaranan qorxu anında insanlar özlərindən asılı olmayaraq bir-birlərinə tutunmağa çalışırlar.

Ermənilər yezidi əsgəri döyüb təhqir etdilər

16 Avqust 2017 19:00

Ötən gün xəbər verdiyimiz kimi, Ermənistanın Şirak vilayətinin Hatsik kəndində milliyyətçə yezidi olan 19 yaşlı əsgər Abas Sloyan intihar edib. Sloyan Armavir şəhərində xidmət edib.  Hatsik sakinlərinin sözlərinə görə, Sloyan hərbi hissədə milliyyətçə yezidi olduğunu deyib. Qarabağdan Armavir hərbi hissəsinə göndərilən əsgərlər Sloyanla söhbət zamanı onların da yezidi dostlarının olduğunu bildiriblər. Söhbət zamanı aydınlaşıb ki, həmin əsgərlər Sloyanın bacısının keçmiş ərinin dostlarıdır. Bundan hiddətlənən əsgərlər yezidi Sloyanı və onun bacısını söyüblər. Cavabında Sloyan da onlarla söyüşlə danışmağa başlayıb və sabiq yeznəsinin ünvanına xoşagəlməz fikirlər səsləndirib. Nəticədə azı 7-8 əsgər Sloyanı təkləyərək döyüb. Bu olaydan sonra Sloyan hərbi hissədən qaçıb və xidmətdən imtina etdiyini deyib. 

XİN: "Almaniyada fəal şəkildə Türkiyə əleyhinə təbliğat aparılır"

16 Avqust 2017 18:55

Almaniyada fəal şəkildə Türkiyə əleyhinə təbliğat aparılır. Bunu "TRT Haber" telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Almaniya Türkiyəyə qarşı düşmən münasibətini dəyişməlidir.

Baş nazir: "Referendum regionda xaos yaradacaq"

16 Avqust 2017 18:38

İraqın Kürd muxtariyyətində müstəqillik haqqında referendum regionda xaosa səbəb olacaq. Bunu İraqın Baş naziri Heydər əl-Abadi bəyan edib.O qeyd edib ki, referendum İraqın dövlət sərhədlərinin  dəyişdirilməsi deməkdir, bu isə ölkə üçün qəbuledilməzdir. Baş nazirin sözlərinə görə, Ərbilin müstəqilliyi haqqında referendum birtərəfli qaydada keçirilə bilməz.

Ermənistanda qiyam görürəm TƏHLİL

16 Avqust 2017 18:06

Həyat elə qurulub ki, heç də bütün hallarda gününü sakit və firəvan keçirmək mümkün deyil. Elə hallar olur ki, insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi ola biləcək əsəb gərginliyi keçirir və özündən çıxır. Bu halda səbirli olmaq, təmkinini qoruyub-saxlamaq çoxları üçün çətindir. Hirsini-hikkəsini boğa bilmədiyindən, əlindən xata çıxaranlar da olur. Amma bu vəziyyətdən çıxmaq üçün əla resept mövcuddur.

Yolun ortasında arvadına zor tətbiq etdi - Polislər görməməzlikdən gəldilər - VİDEO

16 Avqust 2017 18:04

İstanbulda həyat yoldaşıyla mübahisə edən gənc qadın bir körpəsini də götürərək evdən çıxıb. Ancaq avtomobillə arxasınca gələn əri, qadını zorla maşınına mindirməyə çalışıb. O məqamda yoldan keçən bir qadın sürücü avtomobilini saxlayaraq qucağında körpə olan qadını qorumaq üçün araya girib.

500 minlik üzüyünü 6 aylıq qızının barmağına taxdı

16 Avqust 2017 17:59

Müğənni Ebru Yaşar həyat yoldaşı Necat Gülsevənin ona aldığı 500 min lirəlik (təxminən 250 min manat) brilyant üzüyü 6 aylıq əkizlərindən birinin barmağına taxaraq sosial şəbəkədə fotosunu paylaşıb. 

Ukraynaya yeni hücum hazırlanır - TARİX AÇIQLANDI

16 Avqust 2017 17:53

Ukrayna Mərkəzi Bankı ölkə bankları və digər maliyyə strukturlarına yeni kiberhücum barədə xəbərdarlıq edib. Yeni kütləvi kiberhücum Müstəqillik Günündə (24 avqust) başlana bilər.

Alimlərdən yeni kəşf — Yadplanetlilərlə hansı üsullarla əlaqə saxlamaq olar?

16 Avqust 2017 17:49

Alimlər yeni araşdırma aparıblar. Araşdırma yadplanetlilərlə yeni ünsiyyət vasitələri üzə çıxıb. Alimlərin fikrinə görə Yerdən kənarda yaşayan sivilizasiyanın nümayəndələri ilə radio siqnal, güclü lazer və yüksək tezlikli dalğalar vasitəsilə əlaqə qurmaq mümkündür. Bununla yanaşı alimlər yeni bir həvəskar üsul barədə də məlumat veriblər. Bu zaman Günəş mayak kimi istifadə edilir. Əgər günəşin yanına şəffaf olmayan material yerləşdirilsə, gün şüaları müntəzəm olaraq müəyyən istiqamətdə yanıb-sönəcək.

Lavrov: “Şimali Koreyanın iqtisadi boğulmasını dəstəkləmirik”

16 Avqust 2017 17:39

Rusiya Şimali Koreyanın iqtisadi cəhətdən boğulması haqqında bir sıra partnyorların ideyalarını dəstəkləmir.  Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Pxenyana iqtisadi təzyiqin imkanları praktik olaraq bitib.

Trampdan Rusiyanın qonşularına SÜRPRİZ

16 Avqust 2017 17:38

ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə qəribə simpatiyası Şərqi Avropanı narahat edir. Bu haqda “Bloomberg” agentliyi yazıb. ABŞ-ın bir sıra yüksək vəzifəli məmurları Şərqi Avropa ölkələrini Vaşinqtonun sarsılmaz dəstəyi barədə inandırsalar da, Vaşinqtonun maliyyə planları bunun əksini deyir.

Yunanıstan Avropadan kömək istədi

16 Avqust 2017 17:37

Yunanıstan meşə yanğınları ilə mübarizədə yardım üçün Avropa İttifaqına müraciət edib. Avqustun əvvəlindən başlayaraq ölkə boyunca meşə yanğınları tüğyan edir. Yerli yanğınsöndürənlərin alovun qarşısını ala bilmədiyi deyilir. Təkcə avqustun 14-ü 91, avqustun 15-i isə 55 yeni yanğın ocağı aşkar edilib. Son sutka ərzində isə 33 yeni yanğın hadisəsi qeydə alınıb. Yunanıstanın bəzi regionlarında fövqəladə vəziyyət elan edilib.

Çin və ABŞ hərbi sahədə yeni müqaviləyə imza atdı

16 Avqust 2017 16:48

Çin və ABŞ arasında yeni müqavilə imzalanıb.  Çin Xalq Qurtuluş Ordusu ilə ABŞ ordusu arasında yeni rabitə mexanizminin qurulması haqqında razılaşma əldə edilib. Çin mətbuatının xəbərinə əsasən ABŞ ordu baş qərargah rəisi general Cozef Danford Çinin paytaxtı Pekində Çin Xalq Qurtuluş Ordusunun generalı Fanq Fnqhui ilə görüşüb.

Futbol komandasını xilas etmək üçün borca girdi və intihar etdi

16 Avqust 2017 16:43

Türkiyənin Adana şəhərində adı hörmətlə anılan futbol fədaisi Bəkir Çınarın ölümündən 7 il keçir. Bəkir Çınar 2010-cu ilin avqust ayının 16-da borc aldığı adamların onu izləməsindən yaxa qurtarmaq üçün intihar edib.